Dərman növbəsi gərginlik yaratdı: Vətəndaşlar saatlarla ayaqüstə gözləyiblər
Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Ayaqüstə gözləyən onlarla xəstə və onların yaxınları… Saatlarla davam edən uzun növbələr…
Oxu.Az Xəzər TV-yə istinadla xəbər verir ki, iddiaya görə, dövlət tərəfindən təmin olunan dərmanlar məhz 9 nömrəli poliklinikada verildiyi üçün insan sıxlığı yaranıb. Kadrlardan da aydın olur ki, vətəndaşların bir çoxu uzaq ərazilərdən bura gəliblər.
Sıxlığın səbəbini öyrənmək üçün Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) müraciət edilib. Qurumdan bildirilib ki, xəstələrin dərman təminatı rayonlar üzrə mərkəzləşdirilmiş qaydada, imtiyazlı apteklər vasitəsilə həyata keçirilir. Binəqədi rayonu ərazisində mərkəzləşdirilmiş aptek isə 9 nömrəli Şəhər Poliklinikasında yerləşir.
Eyni zamanda, yaxın gələcəkdə əhaliyə göstərilən tibbi xidmətin əlçatanlığının təmin edilməsi və tibbi xidmətin keyfiyyətinin artırılması məqsədilə sözügedən məsələ ilə bağlı tədbirlərin görülməsi planlaşdırılıb.
Mövzu ilə bağlı ətraflı videomaterialı təqdim edirik:
Dərman növbəsi gərginlik yaratdı: Vətəndaşlar saatlarla ayaqüstə gözləyiblər
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 17 Sentyabr 2025 22:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















