Vətəndaşlar dərmana görə, saatlarla ayaqüstə gözlədi VİDEO KONKRET
Konkret.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ayaqüstə gözləyən onlarla xəstə və onların yaxınları… Saatlarla davam edən uzun növbələr…
KONKRET.az xəbər verir ki, iddiaya görə, dövlət tərəfindən təmin olunan dərmanlar məhz 9 nömrəli poliklinikada verildiyi üçün insan sıxlığı yaranıb. Kadrlardan da aydın olur ki, vətəndaşların bir çoxu uzaq ərazilərdən bura gəliblər.
Sıxlığın səbəbini öyrənmək üçün Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) müraciət edilib. Qurumdan bildirilib ki, xəstələrin dərman təminatı rayonlar üzrə mərkəzləşdirilmiş qaydada, imtiyazlı apteklər vasitəsilə həyata keçirilir. Binəqədi rayonu ərazisində mərkəzləşdirilmiş aptek isə 9 nömrəli Şəhər Poliklinikasında yerləşir.
Eyni zamanda, yaxın gələcəkdə əhaliyə göstərilən tibbi xidmətin əlçatanlığının təmin edilməsi və tibbi xidmətin keyfiyyətinin artırılması məqsədilə sözügedən məsələ ilə bağlı tədbirlərin görülməsi planlaşdırılıb.
Mövzu ilə bağlı ətraflı videomaterialı təqdim edirik:


