Icma.az
close
up
RU
Dərs ili öncəsi tələbələrin ən böyük problemi Universitet yataqxanalarında ŞƏRAİT və QİYMƏTLƏR

Dərs ili öncəsi tələbələrin ən böyük problemi Universitet yataqxanalarında ŞƏRAİT və QİYMƏTLƏR

Baku.ws portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Yeni dərs ilinin başlamasına iki həftə qalır. Tələbə adını qazanan gənclərin sevinci böyük olsa da, onları və valideynlərini düşündürən əsas məsələlərdən biri yaşayış problemidir.

Xüsusilə də bölgələrdən paytaxta üz tutacaq tələbələr üçün bu məsələ daha aktualdır. Çünki Bakıda kirayə mənzillərin qiymətləri son zamanlar xeyli artıb. Ev həm metroya, həm də universitetə yaxın yerləşirsə, qiymət daha da "cib yandıran" olur.

Məhz bu səbəbdən universitetlərin tələbə yataqxanaları, onların şəraiti və qiymətləri hazırda ən çox müzakirə olunan mövzulardandır.

BAKU.WS ölkənin bir sıra aparıcı universitetləri ilə əlaqə saxlayaraq tələbə yataqxanalarındakı mövcud vəziyyəti öyrənib.

Bakı Dövlət Universiteti

BDU-nun Tələbə Evi 220 nəfərlikdir. Burada hər bir şərait var. Çamaşırxana, internet, oxu zalı, idman sahəsi, tibb məntəqəsi, 24 saat təhlükəsizlik kameraları və s. Əsasən şəhid, qazi övladları, valideynlərini itirmiş, sosial həssas qrupa aid olanların övladları və s. qəbul edilir.

BDU-nun tələbə yataqxanasında məskunlaşmaq istəyən hər bir gənc aylıq 75 manat pul ödəməlidir.

Yeni yataqxananın tikilməsi məsələsinə gəldikdə isə, universitetdən bildirildi ki, bununla bağlı dövlət-özəl əməkdaşlığı çərçivəsində müzakirələr davam edir.

Xəzər Universiteti

Xəzər Universitetində tələbələr üçün nəzərdə tutulmuş yataqxana 100 nəfərlik tutuma malikdir. Üçmərtəbəli binadan ibarət yataqxananın birinci və ikinci mərtəbələri oğlan tələbələr, üçüncü mərtəbəsi isə qız tələbələr üçün ayrılıb.

Yerli və xarici tələbələr eyni binada yerləşdirilir. Otaqların tutumu müxtəlifdir – tələbələr 2, 3 və ya 4 nəfərlik otaqlarda qalırlar.

Yataqxanada qalmağın aylıq ödənişi 120–140 manat arasında dəyişir.

Azərbaycan Texniki Universiteti

AzTU-nun yataqxanasında qaçqın və məcburi köçkün ailələri məskunlaşıb. Son illər binalarda 124 ailə yaşayırdı, lakin artıq 10 ailə işğaldan azad edilən ərazilərdə doğma yurdlarına qayıdıb. Qalan 114 ailə hazırda həmin binalarda yaşayır. Yataqxana kompleksi tamamilə yararsız vəziyyətə düşüb. Binaların vəziyyəti hər hansı yaşayış standartlarına cavab vermir. Su, elektrik və qaz xətləri, habelə kanalizasiya sistemi məcburi köçkünlər tərəfindən öz məişətlərinə uyğun dəyişdirilib.

Yataqxana kompleksindəki ərazidə vaxtilə mövcud olmuş idman, sağlamlıq və ictimai iaşə obyektləri, habelə ətraf yollar və yaşıllıqlar tamamilə yararsız hala düşüb. Köçürülmə prosesi tam yekunlaşdıqdan sonra yataqxananın təmir olunması və ya sökülərək yenidən tikilməsi ilə bağlı qərar veriləcək. Daha sonra isə tələbələrin istifadəsinə veriləcək.

Azərbaycan Dillər Universiteti

Azərbaycan Dillər Universitetinin yataqxanasında ümumilikdə 205 yer var. Hazırkı vəziyyətdə yataqxanada 18 məcburi köçkün ailəsi məskunlaşdığı üçün 205-dən artıq tələbəni yerləşdirmək mümkün deyil. Məcburi köçkünlər öz el-obalarına qayıtdıqdan sonra biz yataqxananı əsaslı təmir etmək istəyirik. Bundan sonra yerlərin artacağı proqnozlaşdırılır.

Universitetin 2 - 1 saylı və 2 saylı yataqxanası mövcuddur. 2 saylı yataqxana sırf qız tələbələr üçün nəzərdə tutulub. Məcburi köçkünlər oğlanlar üçün nəzərdə tutulan yataqxanada məskunlaşıb.

Yataqxananın aylıq ödənişi 30 manatdır.

Ötən dövr ərzində hər iki valideynini itirmiş tələbəmiz olub. Tələbə tam şəkildə ödənişdən azad edilib. O hazırda da yataqxananın sakinidir. Bundan əlavə, 1 tələbəmiz qazi övladıdır. Bu səbəbdən ona da ödənişlə bağlı güzəşt edilib. Kim fərdi şəkildə müraciət edirsə ona güzəştlər olunur.

Lənkəran Dövlət Universiteti

Lənkəran Dövlət Universitetində qızlar və oğlanlar üçün 2 tələbə yataqxanası var. Qızlar yataqxanası 160 yerlikdir, 2019-cu ildə inşa olunaraq tələbələrin istifadəsinə verilib. Oğlan tələbələr üçün yataqxana binası 2 il öncə istifadəyə verilib, 250 yerlikdir. Yataqxanaların aylıq ödənişi 60 manatdır.

Oğlanlar və qızlar üçün tələbə yataqxanalarında otaqlar 2-3 nəfərlikdir. Otaqların hər birində ayrıca sanitar qovşaqları var, fasiləsiz elektrik enerjisi, isti və soyuq su, internet, soyuducu -bir sözlə, bütün kommunal xidmətlərlə təmin edilib. Hər iki yataqxanada Elektrik genoratorunun olması tələbələrin fasiləsiz elektrik enerjisi ilə təminatına imkan verir.

Güzəşt məsələsi ilə bağlı təhsil ocağından BAKU.WS-ə deyildi ki, heç kəsə tələbə yataqxanası ilə bağlı güzəşt nəzərdə tutulmayıb. Çünki təhsil haqlarında bu güzəştlər artıq var.

Yeni yataqxananın tikintisinə gəlincə, ehtiyac olarsa, növbəti illərdə inşa olunacaq. Hər iki yataqxana yenidir. Tələbələr yaxın rayonlardan olduğu üçün əksəriyyəti evlərində qalırlar.

Banu Hüseynli

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:65
embedMənbə:https://baku.ws
archiveBu xəbər 01 Sentyabr 2025 16:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see236

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see219

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see150

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see143

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see137

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri