Icma.az
close
up
RU
Dərs yükü şagirdləri yorur: bu sistemdən imtina etməsək…

Dərs yükü şagirdləri yorur: bu sistemdən imtina etməsək…

Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.

Məktəblərdə dərs yükünün həddindən artıq çox olması və dərslərin məzmun baxımından ağır, bəzi hallarda isə ali təhsil səviyyəsinə yaxın tədris olunması hazırda təhsil sistemində ən çox tənqid edilən məsələlərdəndir.

Bu sözləri Axar.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

“Məktəblərdə dərs yükünün çox olması pedaqoji nəticə doğurmur. Əksinə, çox vaxt tədris yalnız çatdırmağa yönəlir, izah və mənalandırma isə ikinci plana keçir. Digər tərəfdən, dərs saatının çoxluğu şagirdin məktəbdənkənar inkişafına – musiqi, idman, sənət, kitab oxuma, ailə ilə vaxt keçirmə kimi vacib sosial komponentlərə imkan vermir. Bu yüklənmə yalnız şagirdləri fiziki və psixoloji baxımdan yormur, həm də ailələrin və müəllimlərin gündəlik həyatına birbaşa təsir göstərir. Ən ciddi narahatlıq isə ondan ibarətdir ki, bu cür intensiv, lakin səmərəsiz yüklənmə sonda nə düşünə bilən şagird, nə də real həyatda tətbiq edə biləcəyi bacarıqlara sahib fərd formalaşdırır.

Hazırda ümumi təhsil məktəblərində, xüsusən V-XI siniflərdə orta hesabla həftədə 32-35 dərs saatı tədris olunur. Bu, beynəlxalq göstəricilərlə müqayisədə əhəmiyyətli dərəcədə yüksəkdir. Xüsusilə də fənlər üzrə proqramların ağırlaşdırılması – məsələn, riyaziyyatda ali riyaziyyata yaxın anlayışların (determinant, limit, tənlik sistemlərinin həndəsi interpretasiyası), biologiyada isə ali tibbi səviyyədə molekulyar mexanizmlərin izahı məktəb təhsilini məqsədindən uzaqlaşdırır.

Azərbaycanın təhsil sistemi bu yükləmə modelindən imtina etməli, az dərs saatı ilə çox bacarıq prinsipinə keçməlidir. Bunun üçün ilk növbədə fənlərin sayında islahat aparılmalı, dərsliklərin məzmunu yüngülləşdirilməli və pedaqoji yanaşma şagirdin iştirakına əsaslanmalıdır. Həmçinin müəllimlərin dərs yükü də bu sistemə uyğunlaşdırılmalı, onların hər dərsi layihə və fəal metodla təşkil etməsi üçün vaxt və metodoloji resurs təmin olunmalıdır.

Əgər biz dəyişiklik istəmiriksə, şagirdlərin yalnız test həll edən, amma həyatın içində qərar verə bilməyən, özünü ifadə etməkdə çətinlik çəkən fərdlərə çevrilməsinə susmaq məcburiyyətində qalacağıq. Ancaq bu dəyişiklik baş verərsə, biz təkcə daha az yüklü deyil, daha ağıllı və bacarıqlı cəmiyyətə doğru irəliləyəcəyik. Bizə dərs yükü deyil, mənalı və öyrədən təhsil lazımdır. Əgər qərarlar statistikaya yox, insana əsaslanarsa, bu mümkün ola bilər”, – ekspert bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://axar.az
archiveBu xəbər 15 May 2025 08:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see768

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see238

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see209

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see198

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see180

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see170

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see170

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see163

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see159

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see146

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see143

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see141

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see139

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri