Icma.az
close
up
RU
Menu

Süni intellektlə bağlı fətva veriləcək?

Vaşinqton Cənubi Qafqazda yeni iqtisadi və geosiyasi arxitektura qurmağa çalışır

Babasillə bağırsaq xərçəngini necə ayırd etməli?

675 nəfər narkotik asılılığından müalicə alır

Bakı üçün imtahan: Bu layihələr fəsadsız olmayacaq

Kababla soyuq Cola içənlərin öd yolları məhv olur

Z dönəm gəncləri tarixin ən bekar nəsli olacaq

Ədəbiyyat Muzeyinə Məhsəti Gəncəvinin tut ağacından yonulmuş heykəli hədiyyə edilib

Azərbaycanda ilk dəfə unikal bank səhmdarlarının sayı açıqlanıb

Fiziki aktivlik azaldıqda bədəndə tam olaraq nə baş verir? HƏKİM AÇIQLADI

Uşaq yaxşı böyümür, yorğundur, bədəni ağrıyırsa... Uzman həkim səbəbləri açdı VİDEO

57 yaşlı Ceylodan cazibədar Fotolar

“Sülh Körpüsü”nün Azərbaycan üzrə qrupu diplomatik korpusun Qarabağa səfəri ilə bağlı Ermənistanda ictimai müzakirələrdəki qəbuledilməz tondan məyusluğunu bildirib

“18 əsərin sehri” Azərbaycan musiqisindən seçilmiş nümunələr səsləndiriləcək

Möminlərə Musa peyğəmbərin əsasının bir parçası göstərilib...

Azərbaycanda doğum sayının azalmasının əsas səbəbi nədir? HƏKİM AÇIQLADI

Nərimanov sakinləri su probleminə görə ayağa qalxdılar: Nə baş verir? AÇIQLAMA

“Həkim məsləhəti” rubrikamızda

Prokurorluq toyda İlkinin qətli ilə bağlı verilən Cəzaya etiraz etdi

İsrail Rəfaha zərbə endirdi: Əbu Ubeyd öldürüldü

Devrilən liderlərin xanımları Onların taleyi necə olub?

Devrilən liderlərin xanımları Onların taleyi necə olub?

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Venesuelada baş verən hadisələr dünya siyasətində böyük rezonans doğurub: ABŞ ordusunun 3 yanvar tarixində keçirdiyi hərbi əməliyyat nəticəsində Venesuela Prezidenti Nikolas Maduro və onun həyat yoldaşı Siliya Flores həbs olunub. Hazırda Amerikada saxlanılan eks-prezident və xanımı məhkəmə qarşısına çıxarılıb, onlara 4 maddə üzrə ittiham elan olunub.

Ciliya Flora 1956-cı ildə Venesuelada anadan olub, vəkil ixtisasına malikdir və uzun müddət ölkə siyasətində fəal rol oynayıb. O, 2006-2011-ci illərdə parlamentin sədri və 2012-2013-cü illərdə baş prokuror vəzifəsində çalışıb, 2013-cü ildən isə ərinin prezidentliyi dövründə “birinci xanım” statusu daşıyıb. 


Siliya Flores həm hüquqşünas kimi peşəkar karyera qurub, həm də dövlət qurumlarında rəhbər vəzifələrdə çalışaraq əsas siyasi fiqurlardan biri olub. O, Nikolas Maduro ilə evlilikdən əvvəl də siyasət arenasında tanınan sima olub və 1990-cı illərdən etibarən ərinin tərəfdaşı kimi siyasi həyatın mərkəzində yer alıb.  

İndi S.Flores də əri ilə birlikdə ABŞ ədalət sistemi qarşısında cavab verməkdədir və bu, dünya ictimaiyyətinin diqqətini çəkən aktual siyasi və hüquqi prosesə çevrilib.  

Nikolas Maduro ABŞ tərəfindən devrilən ilk lider deyil. Tarixdə ABŞ xüsusi xidmətləri və hərbi qüvvələrinin xarici dövlət rəhbərlərini saxlayıb ekstradisiya etdiyi hallar bir neçə dəfə təkrarlanıb. Belə olduğu halda devrilən liderlərin həyat yoldaşlarının taleyi də maraq doğurur.

Modern.az saytı bir sıra ölkələrdə devrilən diktatorların həyat yoldaşlarının taleyini araşdırıb. 

ABŞ qüvvələri İraq Prezidenti Saddam Hüseyni 2003-cü il dekabrın 13-də Tikrit şəhəri yaxınlığında tutatkən onun həyat yoldaşı Səcidə Xeyrullah Təlif ölkədə deyildi.


Rəsmi və açıq mənbələrdə yer alan məlumatlara əsasən, Səcidə Təlif ABŞ-ın İraqa hərbi müdaxiləsindən az sonra ölkəni tərk edib. O, Saddam Hüseynin saxlanıldığı dövrdə İordaniya və daha sonra Qətərdə yaşayıb və ABŞ qüvvələri tərəfindən heç vaxt tutulmayıb. Sonrakı illərdə Qətərdə siyasi sığınacaq aldığı bildirilir.

Qeyd edək ki, Səcidə Xeyrullah Təlif Saddam Hüseynin əmisi Xeyrullah Təlifin qızı olub və onunla 1958-ci ildə ailə həyatı qurub. Bu nikahdan Uday, Qusay, Rana, Raghad və Hala adlı beş övladı dünyaya gəlib.

Rəsmi məlumatlara görə, Səcidə Təlif İraq dövləti strukturlarında heç bir rəsmi vəzifə tutmayıb. Onun fəaliyyəti əsasən “birinci xanım” statusu çərçivəsində protokol xarakterli olub, sosial və xeyriyyə tədbirlərində simvolik iştirakla məhdudlaşıb. O, siyasi qərarların qəbulunda açıq və ya formal iştirakçı kimi tanınmayıb və 2003-cü ildən sonra da ictimai-siyasi fəaliyyət göstərməyib.


Liviya lideri Müəmmər Qəddafinin də 2011-ci ildə hakimiyyətdən devrildiyi və öldürüldüyü dövrdə həyat yoldaşı Səfiya Fərkaş onun yanında deyildi.

Rəsmi və beynəlxalq mənbələrdə yer alan məlumatlara əsasən, 2011-ci ilin avqustunda paytaxt Tripolinin müxalif qüvvələrin nəzarətinə keçməsindən sonra Səfiya Fərkaş Qəddafinin bir neçə övladı ilə birlikdə Əlcəzairə qaçıb.

Əlcəzair hökuməti həmin dövrdə Qəddafi ailəsinin üzvlərinə humanitar əsaslarla müvəqqəti sığınacaq verdiyini rəsmi şəkildə təsdiqləmişdi.

Qeyd olunur ki, Müəmmər Qəddafi 2011-ci il oktyabrın 20-də Sirt şəhəri yaxınlığında öldürüldüyü vaxt həyat yoldaşı artıq Əlcəzairdə təhlükəsiz ərazidə olub.

Səfiya Fərkaş 1952-ci ildə Liviyada anadan olub, tibbi təhsil alıb və gənclik illərində tibb bacısı kimi çalışıb. O, 1970-ci ildə Müəmmər Qəddafi ilə evlənib və bu nikahdan 7 övladları olub.

Panama lideri Manuel Norieqa 1989-cu ilin dekabrında ABŞ qüvvələri tərəfindən tutulduğu vaxt onun həyat yoldaşı Felisiya Santanqa Norieqa ölkədə olub.

Rəsmi və açıq mənbələrdə yer alan məlumata əsasən, Manuel Norieqa saxlanılarkən həyat yoldaşı ABŞ hərbçiləri tərəfindən tutulmayıb və hərbi əməliyyatların birbaşa hədəfi olmayıb. O, sonrakı dövrdə də Panamada qalaraq ictimai-siyasi fəaliyyətdən kənar, qapalı həyat sürüb.

Felisiya Santanqa uzun illər Panama Müdafiə Qüvvələrində psixoloq kimi çalışıb və polkovnik rütbəsinə qədər yüksəlib. O, Manue Norieqa hakimiyyətdə olduğu dövrdə ictimaiyyət qarşısında nadir hallarda görünən, siyasi proseslərdə açıq rol almayan birinci xanım kimi tanınıb.


Serbiya Prezidenti Slobodan Miloşeviç 2001-ci ilin aprelində Belqradda saxlanıldığı vaxt onun həyat yoldaşı Mira Markoviç ölkədə olub. Rəsmi mənbələrdə qeyd edilir ki, Miloşeviçin tutulması zamanı Markoviç ölkəni tərk etməyib və əməliyyat birbaşa ona şamil olunmayıb.

Mira Markoviç ali təhsilli sosioloq olub, uzun illər Belqrad Universitetində müəllim kimi fəaliyyət göstərib. O, Yuqoslaviya dövründə hakimiyyətə yaxın Yuqoslaviya Solçu Partiyasının (JUL) qurucusu və lideri kimi tanınıb. Rəsmi dövlət vəzifəsi daşımamasına baxmayaraq, Miloşeviçin hakimiyyəti illərində ideoloji proseslərə və siyasi qərarların formalaşmasına təsir göstərən əsas fiqurlardan biri hesab edilib.

Qeyd edək ki, Miloşeviçin Haaqa Beynəlxalq Tribunalına təhvil verilməsindən sonra Mira Markoviçə qarşı Serbiyada bir sıra cinayət işləri açılıb və bundan sonra o, Rusiyaya köçərək siyasi sığınacaq alıb. Sonrakı illərdə ictimai-siyasi fəaliyyəti minimuma enib və mediadan kənar həyat sürüb.


Jan-Bertrand Aristide 2004-cü ildə Haitidə hakimiyyətdən devrildiyi və ölkəni tərk etdiyi vaxt həyat yoldaşı Mildred Aristide də onunla birlikdə olub. Rəsmi məlumatlara əsasən, Aristide ailəsi çevrilişdən sonra əvvəlcə Mərkəzi Afrika Respublikasına, daha sonra isə Cənubi Afrikaya gedib və uzun müddət orada mühacir həyatı yaşayıb.

Məlumata görə, Mildred Aristide peşəkar hüquqşünasdır, Haitidə və xaricdə hüquq sahəsində çalışıb, həmçinin insan hüquqları və sosial məsələlərlə bağlı fəaliyyət göstərib. O, Jan-Bertrand Aristidenin prezidentliyi dövründə rəsmi dövlət vəzifəsi daşımayıb, lakin “birinci xanım” statusu çərçivəsində təhsil və sosial layihələrə dəstək verib. Sonrakı illərdə də ictimai çıxışları və sosial mövzularla bağlı mövqeyi ilə tanınıb.


1973-cü il sentyabrın 11-də Çilidə baş verən hərbi çevriliş zamanı Prezident Salvador Alyendenin həyat yoldaşı Hortensiya Bussi de Alyende ölkədə olub. Rəsmi mənbələrdə qeyd edilir ki, general Auqusto Pinoçetin rəhbərliyi ilə həyata keçirilən çevriliş və prezident sarayı “La Moneda”ya hücum zamanı Hortensiya Bussi birbaşa hadisə yerində olmayıb, lakin çevrilişin ilk günlərində Çilini tərk etməyə məcbur olub.

Məlumata əsasən, çevrilişdən sonra Hortensiya Bussi əvvəlcə Meksikaya, daha sonra Kubaya gedib və uzun illər mühacir həyatı yaşayıb. O, həyat yoldaşının ölümündən sonra beynəlxalq platformalarda Çilidə hərbi diktatura dövründə baş verən insan hüquqları pozuntularını gündəmə gətirən əsas simalardan biri kimi tanınıb.

Qeyd edək ki, Hortensiya Bussi ixtisasca müəllim olub. Salvador Alyendenin prezidentliyi dövründə rəsmi dövlət vəzifəsi daşımayıb, lakin “birinci xanım” statusu çərçivəsində sosial ədalət, qadın hüquqları və aztəminatlı ailələrlə bağlı təşəbbüslərə dəstək verib. 1973-cü ildən sonra isə o, əsasən siyasi mühacir kimi fəaliyyət göstərərək Alyende irsinin və Çilidə demokratiya mübarizəsinin simvolik fiqurlarından birinə çevrilib.


Fərəh Pəhləvi
İran şahı Məhəmmədrza Pəhləvinin 3-cü arvadıdır. O, şahın arvadları arasında “Şahbanu” titulunu almış yeganə xanımdır.

Fərəh Pəhləvi şahın əvvəlki iki arvadından fərqli olaraq ona varis (oğlan övladı) dünyaya gətirə bilmişdi.
Şahın üç xanımı arasında yalnız onun üçün tacqoyma mərasimi (1967) keçirilib, ona “Şahbanu” titulu verilib.  21 yaşlı Fərəh və 40 yaşlı Məhəmməd Rza Pəhləvinin toyu 1959-cu il dekabrın 21-də baş tutmuşdu. Bu evlilikdən onların dörd övladı olub: Rza Kir Pəhləvi (1960), Fərəhnaz Pəhləvi (1963), Əli Rza Pəhləvi (1966), Leyla Pəhləvi (1970). 
Məhəmməd Rza Pəhləvi 16 sentyabr 1941-ci ildən 11 fevral 1979-cu il tarixinədək İranda şahənşah olub. 1979-cu ildə İranda şahənşahlıq ləğv olunub, inqilab nəticəsində şah hakimiyyəti devrilib və İran İslam Respublikası elan edilib.
Nəticədə şah ailəsi vətəni tərk edərək mühacirətə yollanıb və Misirdə sığınacaq alıb. Məhəmməd Rza Pəhləvi şah 27 iyul 1980-ci ildə 60 yaşında Misirin paytaxtı Qahirədə xərçəngdən ölüb. Onu Əl-Rifahi məsçidində dəfn ediblər. 

Şahın ölümündən sonra Misir prezidenti Pəhləvi ailəsinə yaşamaları üçün saray ayırıb. Amma Misir prezidentinin qətlə yetirilməsi səbəbilə Fərəh Pəhləvi və ailəsi bu ölkəni  tərk edərək, ABŞ-ın dövlət başçısı Reyqanın dəvəti ilə okeanın o tayına yollanıb. 
2001-ci ildə Fərəh Pəhləvinin qızı şahzadə Leyla ABŞ-da vəfat edib. 
2011-ci ildə ailəyə növbəti bədbəxtlik üz verib. Məhəmməd Rza Pəhləvinin kiçik oğlu Əlirza Pəhləvi özünü güllə ilə vuraraq, intihar edib.
Bu gün şahbanu Fərəh Pəhləvi Vaşinqtonda yaşayır. Böyük oğlu Reza Pəhləvi də ailəsi ilə bərabər Vaşinqtondadır. İran mühacirlərinin bir hissəsi onu "şahzadə" adlandırır. Atasının vəfatından sonra Reza Kir Pəhləvi varis kimi bu titulu götürüb. Mühacirətdəki iranlılar Fərəh Pəhləviyə əvvəlki kimi “Şahbanu” deyərək müraciət edirlər. 
Pəhləvilər ailəsi hazırda İranda "arzuolunmaz ailə" statusu daşıyır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:214
embedMənbə:https://modern.az
archiveBu xəbər 08 Yanvar 2026 10:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Süni intellektlə bağlı fətva veriləcək?

14 Sentyabr 2026 15:47see453

Vaşinqton Cənubi Qafqazda yeni iqtisadi və geosiyasi arxitektura qurmağa çalışır

15 Sentyabr 2026 11:23see273

Babasillə bağırsaq xərçəngini necə ayırd etməli?

14 Sentyabr 2026 19:34see268

675 nəfər narkotik asılılığından müalicə alır

14 Sentyabr 2026 15:37see259

Bakı üçün imtahan: Bu layihələr fəsadsız olmayacaq

14 Sentyabr 2026 17:41see252

Kababla soyuq Cola içənlərin öd yolları məhv olur

14 Sentyabr 2026 15:45see245

Z dönəm gəncləri tarixin ən bekar nəsli olacaq

14 Sentyabr 2026 19:08see243

Ədəbiyyat Muzeyinə Məhsəti Gəncəvinin tut ağacından yonulmuş heykəli hədiyyə edilib

14 Sentyabr 2026 17:45see240

Azərbaycanda ilk dəfə unikal bank səhmdarlarının sayı açıqlanıb

14 Sentyabr 2026 18:55see236

Fiziki aktivlik azaldıqda bədəndə tam olaraq nə baş verir? HƏKİM AÇIQLADI

14 Sentyabr 2026 15:44see232

Uşaq yaxşı böyümür, yorğundur, bədəni ağrıyırsa... Uzman həkim səbəbləri açdı VİDEO

14 Sentyabr 2026 21:41see226

57 yaşlı Ceylodan cazibədar Fotolar

14 Sentyabr 2026 16:20see202

“Sülh Körpüsü”nün Azərbaycan üzrə qrupu diplomatik korpusun Qarabağa səfəri ilə bağlı Ermənistanda ictimai müzakirələrdəki qəbuledilməz tondan məyusluğunu bildirib

14 Sentyabr 2026 20:28see184

“18 əsərin sehri” Azərbaycan musiqisindən seçilmiş nümunələr səsləndiriləcək

15 Sentyabr 2026 03:39see183

Möminlərə Musa peyğəmbərin əsasının bir parçası göstərilib...

14 Sentyabr 2026 21:09see181

Azərbaycanda doğum sayının azalmasının əsas səbəbi nədir? HƏKİM AÇIQLADI

14 Sentyabr 2026 15:44see178

Nərimanov sakinləri su probleminə görə ayağa qalxdılar: Nə baş verir? AÇIQLAMA

14 Sentyabr 2026 19:09see177

“Həkim məsləhəti” rubrikamızda

15 Sentyabr 2026 16:05see171

Prokurorluq toyda İlkinin qətli ilə bağlı verilən Cəzaya etiraz etdi

15 Sentyabr 2026 13:01see169

İsrail Rəfaha zərbə endirdi: Əbu Ubeyd öldürüldü

16 Sentyabr 2026 01:44see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri