Icma.az
close
up
RU
Menu

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

İdarə sədri: İçərişəhərdə tunellərin başlanğıc nöqtələri bəllidir, bu yaxınlarda yerin altında çox maraqlı tikili aşkarlamışıq MÜSAHİBƏ

Deniz Baysal və Barış Yurtçu 7 illik evliliklərini bitirdilər

Ölümdən sonra insanı nə gözləyir?

Ağıllı iqtisadiyyatın formalaşdırılmasında süni intellektin rolu müzakirə olunub

Əməkdar artistin oğlu və gəlini belə görüntüləndi (Video)

Aleksandr Plyuşşenko Batumidə Qran pridə 10 cu oldu

Məcnun Məmmədov panel sessiyada çıxış etdi Fotolar

Azərbaycanda səhiyyə üçün xüsusi mərkəzlər yaradıla bilər

Ötən onilliklərin solmayan kinolentləri

ERMƏNİ KİLSƏSİNDƏ “ƏCƏL ZƏNGİ” ÇALINIR Paşinyan Qaregini devirə biləcəkmi?

Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi

Yeni pandemiya añ məsələsidir ÜST rəhbərindən dünyanı şoka salan BƏYANAT

Yeni 100 manatlıqlar niyə terminallarda qəbul edilmir? Mərkəzi Bankdan AÇIQLAMA

WP: ABŞ kəşfiyyatı Səudiyyə Ərəbistanının nüvə silahı yaratmaq ehtimalını istisna etmədiyini düşünür

Bərpaolunan enerji layihələrinə investisiyaların cəlbi müzakirə olunub

Tiflisdə qazıntı: türklərə aid şəhər tapıldı, dərhal bağladılar...

Manaf Ağayevin qardaşının dəfnində ürəkdağlayan görüntüləri VİDEO

Dəyərlərin yaratdığı birliyin təzahürü ŞƏRH

Dəyərlərin yaratdığı birliyin təzahürü ŞƏRH

Icma.az, Ses qazeti portalına istinadən məlumat yayır.

İnsanlar arasında sərhədlər ola bilər, ancaq mədəniyyətlər arasında körpülər var. Bu körpülər – dildə, musiqidə, sənətdə, ədəbiyyatda, ən əsası isə ruhda qurulur. Laçında keçirilən Zirvə görüşü, yalnız siyasi deyil, mədəni və mənəvi həmrəyliyin yeni çağırışı kimi tarixə yazıldı. Cənab Prezident İlham Əliyevin çıxışında mədəniyyətin və dəyərlərin birləşdirici gücü də öz qəti əksini tapdı: “Ölkələrimiz və xalqlarımız birgə tarix, mədəniyyət və dəyərlər əsasında bir-birinə bağlıdır.” Bu sözlər – sadəcə bir deklarasiya deyil, əsrlərlə formalaşmış mədəniyyətlərin, ortaq yaddaşın, birgə yaşanmış acıların və zəfərlərin fonunda səslənən həmrəylik andıdır.

Azərbaycan, Türkiyə və Pakistan – hər üçü müxtəlif coğrafiyalarda yerləşsədə, ortaq tarixi miras və mədəni kodlarla bağlıdır. Bu bağlılıq təsadüfi deyil, mənəvi bağların, ədəbiyyatın, dinin və ortaq dəyərlərin yaratdığı birliyin təzahürüdür. Laçında keçirilən Zirvə görüşü, mədəni əlaqələrin siyasi dialoqa necə güc verdiyini bir daha sübut etdi. Cənab Prezident İlham Əliyev bu reallığı belə ifadə etdi: “Birgə mədəni tədbirlər, akademik tərəfdaşlıqlar və turizm əlaqələrinin fəallaşması xalqlarımız arasındakı bağları daha da gücləndirəcəkdir.” Bu cümlə, mədəniyyətin sadəcə estetik vasitə deyil, millətlərin ruhunu yaşadan və gələcək nəsilləri formalaşdıran strateji alət olduğunu göstərir. Yumşaq güc– yalnız filmlər, musiqilər və muzeylərdən ibarət deyil. Bu, xalqın hekayəsini, haqqın səsini dünyaya çatdırmaqdır. Azərbaycanın bu sahədə təşəbbüskar rolu artdıqca, onun mədəni-tarixi təsir dairəsi də genişlənir. Türk dünyasının simvolik şəhərləri – Bakı, İstanbul və Lahor – artıq mədəniyyətin diplomatiya vasitəsinə çevrildiyi qlobal mərkəzlərdir. Bu baxımdan cənab Prezidentin süni intellekt, kosmik texnologiyalarla yanaşı, rəqəmsal mədəniyyət sahəsindəki fikirləri də diqqətəlayiqdir: “Biz, həmçinin rəqəmsal innovasiyalar, süni intellekt və kosmik texnologiyalar kimi yeni əməkdaşlıq sahələrini araşdırmalıyıq.” Bu çağırış mədəniyyətin rəqəmsallaşan dünyada da güc olaraq qalmasının vacibliyini göstərir. Yumşaq güc, artıq sərhədləri keçən məlumatla, görüntü ilə, fikir və hisslə yayılır. Üç dövlətin birləşdirici dəyərlərindən biri də İslam mədəniyyəti və mənəviyyatıdır. Bu dinin təməlində dayanan haqq, ədalət, yardımsevərlik və birlik ideyaları Zirvə görüşündə də öz yerini tutdu. Azərbaycan Prezidenti, Pakistan-Hindistan gərginliyi ilə bağlı çıxışında sülhə çağırmaqla yanaşı, ədalətin İslam dünyasında əsas dəyər olduğunu bir daha vurğuladı: “Münaqişənin dialoq və sülh yolu ilə, beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanan həllini dəstəkləyirik.” Bu mesaj, mədəniyyətin və dini dəyərlərin geosiyasi yanaşmada necə yumşaq, lakin güclü təsir göstərə biləcəyini ortaya qoyur. Prezident İlham Əliyevin təklif etdiyi istiqamətlər arasında akademik tərəfdaşlıqlar və ortaq mədəni layihələr də ön plandadır. Ortaq film istehsalları, tarix və sənət simpoziumları, rəssamlıq və musiqi festivalları, tələbə və müəllim mübadiləsi bu əməkdaşlığın dərinləşməsinə xidmət edə bilər. Mədəniyyət – millətlərin səsi, dövlətlərin yumşaq gücüdür. Bu güc, fiziki sərhədləri deyil, qəlbləri fəth edir. Laçında səslənən fikirlərdən biri də bu oldu: “Əziz dostlar, 30 illik Ermənistan işğalından sonra dirçəliş dövrünü yaşayan Laçına bir daha xoş gəlmisiniz.” Bu xoş gəldin – təkcə siyasi qonaqlara deyil, mədəniyyətə, sülhə, bərpa olunan dəyərlərə verilmiş xoş gəldindir. Azərbaycan, Türkiyə və Pakistan arasında mədəni inteqrasiya, yalnız bu üç ölkənin deyil, ümumilikdə türkdilli və İslam dünyasının gələcəyi üçün ümid rəmzinə çevrilir. Çünki mədəniyyət ordu ilə yox, qəlblə yürüdülən səfərdir. Bu səfərdə biz ortaq tarix, ortaq ruh və ortaq gələcək uğrunda bir yerdəyik.

Gülər Sultanzadə

YAP Yasamal rayon təşkilatının fəal üzvü

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:192
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 30 May 2025 15:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see317

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

26 Sentyabr 2026 00:02see226

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

26 Sentyabr 2026 13:31see212

İdarə sədri: İçərişəhərdə tunellərin başlanğıc nöqtələri bəllidir, bu yaxınlarda yerin altında çox maraqlı tikili aşkarlamışıq MÜSAHİBƏ

25 Sentyabr 2026 20:02see208

Deniz Baysal və Barış Yurtçu 7 illik evliliklərini bitirdilər

25 Sentyabr 2026 23:42see206

Ölümdən sonra insanı nə gözləyir?

25 Sentyabr 2026 19:07see202

Ağıllı iqtisadiyyatın formalaşdırılmasında süni intellektin rolu müzakirə olunub

25 Sentyabr 2026 19:06see201

Əməkdar artistin oğlu və gəlini belə görüntüləndi (Video)

25 Sentyabr 2026 19:40see201

Aleksandr Plyuşşenko Batumidə Qran pridə 10 cu oldu

26 Sentyabr 2026 00:41see200

Məcnun Məmmədov panel sessiyada çıxış etdi Fotolar

25 Sentyabr 2026 21:53see200

Azərbaycanda səhiyyə üçün xüsusi mərkəzlər yaradıla bilər

25 Sentyabr 2026 13:48see198

Ötən onilliklərin solmayan kinolentləri

25 Sentyabr 2026 13:18see197

ERMƏNİ KİLSƏSİNDƏ “ƏCƏL ZƏNGİ” ÇALINIR Paşinyan Qaregini devirə biləcəkmi?

25 Sentyabr 2026 20:25see197

Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi

26 Sentyabr 2026 01:18see196

Yeni pandemiya añ məsələsidir ÜST rəhbərindən dünyanı şoka salan BƏYANAT

26 Sentyabr 2026 03:05see195

Yeni 100 manatlıqlar niyə terminallarda qəbul edilmir? Mərkəzi Bankdan AÇIQLAMA

25 Sentyabr 2026 19:30see192

WP: ABŞ kəşfiyyatı Səudiyyə Ərəbistanının nüvə silahı yaratmaq ehtimalını istisna etmədiyini düşünür

26 Sentyabr 2026 06:14see192

Bərpaolunan enerji layihələrinə investisiyaların cəlbi müzakirə olunub

25 Sentyabr 2026 20:43see192

Tiflisdə qazıntı: türklərə aid şəhər tapıldı, dərhal bağladılar...

26 Sentyabr 2026 13:43see169

Manaf Ağayevin qardaşının dəfnində ürəkdağlayan görüntüləri VİDEO

26 Sentyabr 2026 01:02see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri