Icma.az
close
up
RU
Deyir ki, adam anası ilə maraqlanar, o, çox böyük sözdür Qalmaqallı filmin qəhrəmanı

Deyir ki, adam anası ilə maraqlanar, o, çox böyük sözdür Qalmaqallı filmin qəhrəmanı

Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Xəbər verdiyimiz kimi, “Ayıq sürücü” qısametrajlı filmi cəmiyyətdə müzakirələrə səbəb olub.

Ölkə.Az xəbər verir ki, buna səbəb filmdəki ayıq sürücünün 67 yaşlı dul qadınla münasibətdə olması barədə dedikləridir. Qadının yaşadığı ərazi kimi isə Buzovna qəsəbəsi göstərilib.

Bu da Buzovnada yaşayan insanlar arasında narahatlıq doğurub. Onlar qəsəbəblərinin adının hallanmasından narazılıqlarını ifadə ediblər.

Çoxaylı müzakirələrdən sonra filmin köhnə versiyası yutubdan silinib yeni versiyada qəsəbənin adı “Bahçova”n ilə dəyişdirilərək yenidən yüklənib.

Filmdə rol alan aktyor Səmimi Fərhad Ölkə.Az-a açıqlamasında sosial şəbəkələrdə gedən müzakirələrdən danışıb:

“Bu filmin çəkilməsinə nə ehtiyac var idi?” sualını sosial şəbəkələrdə gördüm. Bir nəfər də yazmışdı ki, Rəhman personajı deyir ki, adam anası ilə maraqlanar. Yəni o söz əslində çox böyük sözdür. O filmin cavabsız qalan bir yeri yoxdur. Dramaturji tərəfi və s. bağlılıq olmasaydı, birincisi, Elvin Rüstəmzadə, ikincisi, mən o işə qol qoymazdıq.
Digər məsələyə gəldikdə isə ssenarini oxuyanda bizi o dərəcədə də narahat etmədi. Düşünməzdik ki, bu qədər səs-küyə səbəb olar. Bu adamlar ssenarini o ləhcə ilə yazmışdılar.

Sonrakı məsələlər həll olunub, ortada kompromisə gəlinib. Ağsaqqallar bizi dəvət etdilər. Getdik, oturduq, söhbət elədik”.

Aktyor filmin yutubdan silinməsi məsələsinə də toxunub: “Deyirlər ki, guya çoxsaylı şikayətlərə görə film silinib. Elə bir şey yoxdur. Elvin Rüstəmzadə ilə ağsaqqalların görüşünə getmişdik. Onlar bizi necə nəzakətlə qarşıladılar, danışdılar. Filmin hüquqları bizdə olmadığı üçün nə E.Rüstəmzadənin, nə də mənim ora müdaxilə etməyə hüququmuz var idi. Biz məcbur idik ki, Əlini (ssenari müəllifi Əli Ucal-red.) razı salaq. Onu da qınamıram, haqqı var. Razı düşməyə bilərdi. Adamın ilk ssenarisi bu qədər səs-küyə səbəb olur və tənqid edilir. Məncə, belə olmağı daha yaxşı oldu ki, söz-söhbətlər də yatdı”.

S.Fərhad film heyətinin təhdidlə üzləşməsi və buna görə də görünüşlərinə dəyişiklik etmələri barədə deyilənlərin də həqiqəti əks etdirmədiyini söyləyib.

“Yalan söhbətdir. Rasəf Mehdiyev “Koroğlu” metro stansiyasında belə bir şeylə üzləşib. 

Özüm Buzovnada olanda orada dəliqanlı gənclərdən bizə tərs-tərs baxanlar, mənə yaxınlaşanlar oldu. Mənim də yanımda o boyda ağsaqqal var, onsuz da toxunulmazlığım bərqərar olub ki, mən oradaydım. Amma ciddi bir şey yoxdur.

Üzümə, saqqalıma gəldikdə isə film çəkiləndən 2 gün sonra Elvindən (quruluşçu rejissor-red.) soruşdum ki, əgər əlavə nəsə olmayacaqsa, bığımı qırxmalıyam. O da dedi, yox, rahat qırxa bilərsən. Onda hələ film montaj üzü görməmişdi.  Yenə də həmin bığ-saqqalım yerindədir. Deyirlər ki, guya bığını qırxdı, elə bir söhbət yoxdur. 

Ortaya nifaq salırlar, region söhbətləri edir, ikrah hissi yaradırlar. Gəlmələr belə elədi, o elə elədi və s. Biz filmi silək, qoyun, hamı xoşbəxt olsun, belə söhbətlər olmasın. Elimizin o başı, bu başı yoxdur.

Buzovna o qədər qonaqpərvər yerdir ki, orada hər yerdən adam var, amma meşə də çaqqalsız olmur. Biz onu göstərmək niyyətində deyilik. Məsələ burasındadır ki, filmin özünün başqa məzmunu var. Bura qədər gəlib çıxmamalı idi. Hər tərəfin haqqı var. Yaxşı ki, kompromis oldu və söhbət bağlandı. Düşünürəm ki, o qədər də uzatmağın adı yoxdur. Əsas odur ki salamatlıqdır, heç bir təzyiq və s. yoxdur”.

S.Fərhəd Buzovna qəsəbəsinin uzaq məsafəni göstərmək məqsədilə seçildiyini söyləyib: “Orada məsafəni qət eləmək üçün necə desin? Onda Maştağa ilə Novxanı desəydik, nə olacaqdı? Yenə eyni şey təkrarlanacaqdı”.

Qeyd edək ki, filmin quruluşçu rejissoru Elvin Rüstəmzadə, ssenari müəllifi Əli Ucaldır. Ekran işində aktyorlar Səmimi Fərhad, Rasəf Mehdiyev, Nəsibə Eldarova, Niyaz İlyasoğlu və Əli Ucal yer alıblar.

Billurə Yunus

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:91
embedMənbə:https://olke.az
archiveBu xəbər 07 Aprel 2025 16:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see199

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see185

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see161

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see158

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see148

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see135

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see126

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see125

Xamenei: Etirazlar Trampın maraqlarına xidmət edir

09 Yanvar 2026 21:12see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri