Icma.az
close
up
RU
DGK nın vəzifəli şəxsi nədə ittiham olunub? İki şuba...

DGK nın vəzifəli şəxsi nədə ittiham olunub? İki şuba...

Axar.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Dövlət Gömrük Komitəsi “Azərterminalkompleks” Birliyinin Bakı şöbəsinin sabiq rəis müavini Fəxrəddin Quliyevin məhkəməsi başa çatıb.

Axar.az Teleqraf-a istinadlıa xəbər verir ki, Fəxrəddin Quliyev qeyd olunan vəzifədə işləyərkən səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı edib, Dövlət Gömrük Komitəsi tərəfindən vətəndaşlardan götürülərək saxlanılmasına nəzarət üçün ona etibar edilmiş 70 min manatdan artıq əmlakı mənimsəyib.

Fəxrəddin Quliyevin barəsində Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda ziyan vurmaqla mənimsəmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib. Cinayət işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Hafiz Əliyevin sədrliyi ilə keçirilən prosesdə F.Quliyev özünü ittiham üzrə təqsirli bilməyib. O, ifadəsində göstərib ki, Dövlət Gömrük Komitəsində işləyib, maddi-məsul şəxs olub: “Həmin dövrdə gömrükdən keçməyən məhsulları hansı anbara yönəldirdilərsə, siyahı ilə göndərirdilər. Əgər gələn məhsulda əksiklik olurdusa, geri qaytarılırdı. Mənim işim məhsulu qəbul edib, sənədləri düzəldərək əmr gələndə sahibinə vermək idi. Mən məhsulu qəbul etdikdən sonra komitədən adam göndərilir, akt tərtib olunur, mən də qol çəkirdim.

Mənə təqdim olunan iki bağlamada iki şuba vardı, mən heç nə satmamışam. Yəni iki sellofan paketdə iki şuba olub, mən də sənədə iki ədəd şubanı qeyd eləmişəm”.

Məhkəmədə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilib. Həmin ifadədən məlum olur ki, Fəxrəddin Quliyev 1997-ci ildən 2017-ci ilə kimi Dövlət Gömrük Komitənin “Azərterminalkompleks” Birliyinin anbar təsərrüfat şöbəsində çalışıb, son vəzifəsi isə rəis müavini olub:

“2017-ci ildə işdən azad olunmuşam. Barəmdə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 179-cu maddəsinin 2-ci bəndi ilə istintaq aparıldı və həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmə məsuliyyətinə verildim. Abşeron rayon məhkəməsində hakim Sevinc Quliyevanın çıxardığı hökmlə təqsirli bilinərək hazırda yadımda qalmayan cəzalara məhkum olundum”.

Təqsirləndirilən şəxs qeyd edib ki, işi "Azərterminalkompleks" Birliyində işlədiyi dövrdə birliyin anbarına müxtəlif gömrük postlarından gətirilən malları maddi məsul şəxs kimi qəbul etmək, həmin anbarda saymaq, sənəd üzrə doğruluğunu yoxlamaq və yerləşdirilməsindən ibarət olub:

“29 dekabr 2014-cü ildə Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postundan 38 adda malı sənəd üzrə qəbul edərək birliyin anbarına yerləşdirdim. Orada çox çeşiddə məhsullar olub, onların içərisində 2 kiçik bağlamada hər birinin içərisində 1 ədəd olmaqla qadın xəz dəri məhsulları vardı. Xatırladığım qədəri ilə həmin xəz dərinin uzunluğu qurşağa qədər olmaqla qolsuz idi.

Anbarda məhsullar uzun müddət qaldıqda ya satışa buraxılır, ya məhv edilir və ya sənədləri qaydasına salındıqda sahibinə geri verilirdi. Bağlamadakı 2 ədəd qadın üst geyimi 5 aya yaxın anbarda qaldıqdan sonra iştirakımla qəbzlə alıcıya təhvil verildi”.

Fəxrəddin Quliyev qeyd edib ki, birliyin kommersiya şöbəsi tərəfindən məhsulların satışı həyata keçirilib, yəni şubalar Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzi tərəfindən qiymətləndirilərək satışlıb: “İki ədəd qadın üst geyimi də qiymətləndirmədən keçməklə sənəddə qeyd olunan kimi biri 15 manat yazılmaqla hər ikisi 30 manata satılıb”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, ona ünvanlanmış istintaq sənədlərində 3 çantada olmaqla hər birinin içərisində 21 ədəd, ümumi dəyəri 93 min 950 ABŞ dolları məbləğində qiymətləndirilmiş məhsul gömrük sərhədindən ölkə ərazisinə daxil olaraq inspektor tərəfindən 3 çanta kimi rəsmiləşdirilib, qarşısında heç bir miqdarı, çəkisi və qiyməti qeyd edilməyib:

“Sonradan həmin məhsul saxlanca 3 bağlama şəkildə verilməklə yekunda 2 bağlama formasında Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” birliyinə təhvil verildi. 2 bağlama formasında “Azərterminalkompleks” birliyinə təhvil verilərək hər biri 15 manat olmaqla 30 manata satılmış məhsulların kimə məxsus olması, qiyməti barədə mənim məlumatım olmayıb. Həmin məhsulları 2 kiçik ölçülü torbada içərisində 1 ədəd olmaqla qəbul edərək maddi məsul olduğum anbara yerləşdirdim, satışını birliyin kommersiya şöbəsi həyata keçirdi, məhsulun təhvil verilməsini isə qaimə-faktura ilə mən icra etdim”.

Çin Xalq Respublikasından gətirilən xəz dəri məhsullarında qüsurların olub-olmaması barədə suala cavab olaraq təqsirləndirilən şəxs göstərib ki, məhsullarda hər hansı qüsurun olması barədə ona məlumat verilməyib.

Məhkəmənin hökmü ilə Fəxrəddin Quliyev barəsində olan Cinayət Məcəlləsinin 314.2 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib. Cinayət Məcəlləsinin 314.2 və 313-cü maddələri ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə ona həmin maddələr üzrə cəza təyin edilməyib.

Təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə aparılan cinayət təqibinə xitam verilib.

Təqsirləndirilən şəxsin barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:340
embedMənbə:https://axar.az
archiveBu xəbər 16 Aprel 2025 17:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see301

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see278

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see275

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see268

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see255

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see252

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see245

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see243

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see240

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see226

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see222

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see218

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see215

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see214

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see213

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see210

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see206

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see204

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see201

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri