DGK sədri: Müasir texnologiyalar gömrük orqanları üçün yeni imkanlar yaradır AZƏRTAC
Icma.az, Azertag portalına istinadən məlumat verir.
Bakı, 20 noyabr, AZƏRTAC
Müasir texnologiyalar ekoloji risklərin aşkarlanması və idarə edilməsində gömrük orqanları üçün yeni imkanlar yaradır.
AZƏRTAC xəbər verir ki, bu sözləri COP29 çərçivəsində “Yaşıl gömrük – Aparıcı gömrük rəsmilərinin dialoqu” mövzusunda beynəlxalq tədbirdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov deyib.
O qeyd edib ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi süni intellekt və avtomatlaşdırılmış sistemlərdən istifadə edərək sərhədlərimizdən keçməklə ətraf mühitə zərər verə biləcək məhsullar üzərində effektiv şəkildə nəzarət tədbirlərini həyata keçirir: “Xüsusilə, Avtomatlaşdırılmış Risk Analizi Sistemi (ARAS) vasitəsilə təhlükəli maddələrin və məhsulların sərhədlərarası qanunsuz daşınmasının aşkarlanması və qarşısının alınması istiqamətində tərəfimizdən zəruri işlər görülür. Ən son yeniliklər gömrük prosedurlarının daha şəffaf və effektiv olmasına, həmçinin ekoloji risklərin vaxtında idarə edilməsinə xidmət edir”.
Şahin Bağırov bildirib ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi gələcəkdə də “Yaşıl gömrük” təşəbbüsünü inkişaf etdirərək ekoloji cəhətdən təmiz ticarət və ekoloji risklərin idarə olunması sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi istiqamətində öz fəaliyyətini səylə davam etdirəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 20 Noyabr 2024 16:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















