Di Mariyadan Messi üçün duyğusal vida
Icma.az bildirir, Qol.az portalına istinadən.
Argentina millisinin sabiq futbolçusu Anhel Di Mariya Lionel Messinin milli komandada karyerasını başa vurması ilə bağlı fikirlərini bölüşüb.
QOL.az xəbər verir ki, argentinalı yarımmüdafiəçi "The Touchline"a açıqlamasında keçmiş komanda yoldaşına təşəkkür edib.
“Heç kimin gözləmədiyi gün rəsmi olaraq gəlib çatdı. Artıq “Messi, sağ ol” deməyin vaxtıdır. Amma bu gün onun paylaşdığı fotoları və videoları gördüm. Onu belə xoşbəxt və rahat görmək, əlində olan hər şeyi verdiyini bilmək bizi də sevindirir. Şübhəsiz ki, bu, hər kəs üçün xüsusi gün olacaq. Hər şey üçün təşəkkürlər, Leo. Ömrümüzün sonuna qədər sənə minnətdar olacağıq” – deyə Di Mariya bildirib.
Qeyd edək ki, Argentina millisinin Beninlə keçirəcəyi qarşılaşma Messinin milli komandanın formasında son oyunu olacaq. Oyun Buenos-Ayresdəki “Monumental Antonio Vespucio Liberti” stadionunda keçiriləcək və Bakı vaxtı ilə bu gecə saat 03:00-da başlayacaq.
Baxış sayı:94
Bu xəbər 06 Oktyabr 2026 17:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















