Icma.az
close
up
RU
Diabetlə bağlı illərin mifi dağıldı KONKRET

Diabetlə bağlı illərin mifi dağıldı KONKRET

Konkret.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Yay aylarında ərik, gilas, çiyələk, qarpız kimi mövsümi meyvələrə maraq artır. Lakin insanlar arasında geniş yayılmış fikirlərdən biri də şirin meyvələrin həddindən artıq istehlakının şəkər xəstəliyinə səbəb olması ilə bağlıdır.

Bəs bu iddia nə dərəcədə doğrudur?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Endokrinoloji və Metabolik xəstəlikləri mütəxəssisi Fərid Bayramov bildirib ki, şirin meyvələrin diabet yaratması ilə bağlı düşüncə el arasında formalaşmış yanlış təsəvvürdür.Onun sözlərinə görə, meyvə qəbulunun birbaşa şəkər xəstəliyinin yaranmasına səbəb olması elmi cəhətdən təsdiqlənməyib:

“Bu, cəmiyyətdə geniş yayılmış miflərdən biridir və gerçəkliklə əlaqəsi yoxdur. Meyvələrin tərkibində təbii şəkər olsa da, eyni zamanda lif, vitamin, mineral və antioksidantlar da mövcuddur. Bu səbəbdən onların normal miqdarda qəbulu sağlam qidalanmanın vacib hissəsi hesab olunur”.

Diabetin yaranmasında əsas rol oynayan amillər irsi meyillilik, artıq çəki, fiziki passivlik və qeyri-sağlam həyat tərzidir. Təkcə meyvə istehlakı ilə şəkər xəstəliyinin yaranması arasında birbaşa əlaqə yoxdur”.

F.Bayramov vurğulayıb ki, hər bir qida məhsulunda olduğu kimi, meyvələrin də həddindən artıq qəbulu tövsiyə edilmir. Lakin bu, onların diabet yaratdığı anlamına gəlmir:

“Meyvələr balanslı qidalanmanın vacib tərkib hissəsidir. Sadəcə porsiya ölçüsünə diqqət yetirmək və qidalanmada ümumi tarazlığı qorumaq lazımdır.

Yay meyvələrindən imtina etmək əvəzinə, onları düzgün və ölçülü şəkildə rasiona daxil etmək daha məqsədəuyğundur. Bu məhsullar həm orqanizmin vitamin və mineral ehtiyacının ödənilməsinə, həm də ümumi sağlamlığın qorunmasına töhfə verir”.

Mütəxəssisin sözlərinə görə, problem meyvələrin özündən deyil, ümumi qidalanma və həyat tərzindən qaynaqlanır. Risk aşağıdakı hallarda arta bilər:

* Meyvələrin çox böyük porsiyalarla yeyilməsi;

* Gün ərzində ümumi kalori qəbulunun normadan artıq olması;

* Artıq çəki və piylənmə;

* Fiziki aktivliyin az olması;

* İnsulin müqaviməti və ya prediabet vəziyyətinin mövcudluğu”.

Müşviq Tofiqoğlu
KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://konkret.az
archiveBu xəbər 28 İyul 2026 12:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see460

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see345

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see291

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see287

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see258

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see243

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see240

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see236

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see230

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see230

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see223

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see221

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see220

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see218

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see211

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see202

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see199

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see186

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see185

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri