Icma.az
close
up
RU
Diaqnoz Tibb Mərkəzində qaraciyər xəstəliklərinin dəqiq diaqnostikası Elastoqrafiya müayinəsi

Diaqnoz Tibb Mərkəzində qaraciyər xəstəliklərinin dəqiq diaqnostikası Elastoqrafiya müayinəsi

Icma.az, Unikal.az portalına istinadən məlumat yayır.

Diaqnoz Tibb Mərkəzinin Radioloqu, Ultrasəs müayinə Həkimi Dr. Gülnarə Əliyeva müasir ultrasəs müayinə metodu olan və qaraciyər toxumasının sərtliyinin yoxlanmasına əsaslanan qaraciyərin elastoqrafiyası barəsində məlumat verib.

"Unikal" xəbər verir ki, Elastoqrafiya - ən son ultrasəs görüntüləmə texnologiyalarını birləşdirən, həmçinin qeyri-invaziv, yəni heç bir müdaxilə olmadan (kəsiksiz) aparılan müayinə metodudur.

-   Adi ultrasəs müayinəsi kimi aparılır, “real taym”, yəni nəticə dərhal əldə olunur.
-   Qaraciyər xəstəliklərinin dəqiq müayinəsində geniş istifadə olunur.  

Qaraciyər elastoqrafiyası - hepatit viruslu, şəkərli diabetli, artıq çəkili pasiyentlərdə, mütəmadi olaraq energetik içkilərdən, alkoqollu içkilərdən istifadə edən şəxslərdə aparılan diaqnostik müayinə metodudur.

Qaraciyərin sıxlığı KiloPaskalla ölçülür və buna uyğun olaraq fibrozun dərəcəsi müəyyən edilir. Bu isə klinik praktikada xəstəliyin mərhələsinin və proqnozunun təyini, müalicələrin effektivliyinin qiymətləndirilməsinə imkan yaradır. Fibrozu vaxtında təyin etməklə sirrozun qarşısını almaq, portal hipertenziya, qida borusu venalarının varikoz genişlənməsi kimi ağırlaşmaları önləmək mümkündür.
“Fibroz qaraciyərin bir çox xroniki xəstəliklərinin əsas xüsusiyyətidir. Qaraciyərin xroniki diffuz xəstəlikləri ən çox rast gələn patologiyalardan olmaqla, dünya əhalisinin 20-30 faizində müşahidə edilir və ümumi letal halların təxminən 2-3 faizini təşkil edir. Əksər xroniki qaraciyər xəstəliklərinin təbii gedişi üçün xarakterik olan ardıcıl mərhələlər davam edən zədələnmə, fibroz, sirroz və ağırlaşmaları, hepatosellular karsinomadır. Səbəbindən və müddətindən asılı olmayaraq fibrozun mövcudluğu və dərəcəsi, növü və yayğınlığı qaraciyər xəstəliyinin irəliləmiş mərhələsinin və proqressiv olduğunun mütləq göstəricisidir”.


Elastoqrafiyanın digər müayinə metodlarından üstünlükləri:
1. Bütün yaş qruplarına tətbiq edilir.
2. Müayinə aparılmasına xüsusi hazırlıq tələb olunmur.
3. Müayinə qeyri-invazivdir.
4. Müayinə dəri tamlığını pozmadan icra olunur.
5. Bütün çəki qruplarına aid edilir.
6. Müayinə zərərsiz və ağrısızdır.
7. Müayinə müddəti qısa vaxt (10-15 dəqiqə) ərzində olur.
8. Heç bir əks göstərişi yoxdur.
9. Qiyməti daha münasibdir.

Elastoqrafiya müayinəsi Diaqnoz Tibb Mərkəzində İcbari Tibbi Sığorta çərçivəsində də vətəndaşlara təqdim olunur. Bunun üçün vətəndaş dövlət tibb müəssisəsinə müraciət etməli, “Xidmətlər Zərfi” çərçivəsində “Göndəriş vərəqəsi”ni əldə etməli və bu göndərişlə Diaqnoz Tibb Mərkəzinə müraciət edərək Elastoqrafiya müayinəsindən yararlana bilər.

Çağrı mərkəzi: 904
Mobil: +994 55 754 43 03
E-mail: [email protected]
Veb-sayt: www.diaqnoz.az

Ünvan: Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Sarayevo küçəsi 38C


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://unikal.az
archiveBu xəbər 13 Oktyabr 2025 17:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see196

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see194

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see188

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see182

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see168

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see164

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see164

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see163

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see162

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see161

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see157

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see156

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see151

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see148

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see147

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see145

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see139

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see139

İranda etiraz aksiyaları ilə bağlı yeni videolar yayılıb, nümayişçilər bəzi küçələrə nəzarəti ələ keçirib VİDEO

11 Yanvar 2026 11:46see137

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri