Icma.az
close
up
RU
Dietoloq: Axşam yeməyindən imtina etmək düzgün deyil VİDEO

Dietoloq: Axşam yeməyindən imtina etmək düzgün deyil VİDEO

Icma.az, Saglamolun portalına istinadən məlumatı açıqlayır.

Çoxsaylı diet proqramlarında hansı yanlışlara yol verilir? Diet proqramı müddətli olmalıdırmı?

Gündə neçə dəfə qidalanmaq lazımdır? Hormonal, metobolik pozğunluqların dietlə tənzimlənməsi mümkündürmü? Hansı pəhriz proqramları təhlükəlidir? Pəhriz proqramlarında bir sıra qidaların tamamilə menyudan çıxarılması nə dərəcədə əsaslıdır? APA TV-nin "Öncə sağlıq" layihəsinin növbəti buraxılışında qonaq olan həkim-dietoloq Şəfa Yadigarova deyib ki, diet proqramları hər bir insan üçün fərdi olmalıdır: "Bir insanın problemlərini, səhhətini, psixoloji durumunu nəzərə almadan onun çəkisini azaltmaq mümkün deyil. Çəki artımının səbəbi önəmlidir. Bir çox insanlar internetdən götürülən diet proqramlarına müraciət edirlər. Məsələn, hamı bir dietdən istifadə edir, 1-2 kilo itirir, bir müddət sonra daha artıq çəki qazanırlar".

Mono dietlərin ziyanlı olduğunu deyən həkim-dietoloqun sözlərinə görə, təqdim olunan təktərkibli dietlər sonradan fəsadlara səbəb olur: "Bir çox insanlar anlamadan  mono dietlərə üstünlük verir, orqanizmin tələb etdiyindən çox az kalorili qida istifadə edirlər. Bu isə sonradan prosesin əksinə getməsi ilə nəticələnir, çəki itkisi əvəzinə, artımı qeydə alınır. Metabolizm prosesi zəifləyir, qısa zamandan sonra həmin şəxs az miqdarda faydalı qidalar qəbul etsə belə artıq çəki yaranır. Mən mono dietləri qəbul etmirəm. Bu, yanlış qidalanmalıdır. Bu dietlər nəticəsində insanlar sonradan o qədər böyük çəkilər qazanırlar ki, bunun  qarşısını almaq mümkün olmur”.

Şəfa Yadigarova deyib ki, ən effektiv diet proqramları psixoloji hazırlıqla başlayır və düzgün qidalanma ilə həyata keçirilir: "Diet proqramı insanın ac qalması demək deyil. İnsan ac qalmamalıdır, yeyərək arıqlamalıdır".

Həkim-dietoloq hesab edir ki, yalnız çəki azlığından əziyyət çəkən insanlar axşamlar yeyə bilər: "Artıq çəkidən azad olmaq istəyən insanlar axşam meyvələrə üstünlük verməməlidirlər”.

Mütəxəssis onu da deyib ki, axşam yeməyindən imtina olunması düzgün deyil: “Əgər bir insan gecə saat 2-də yatırsa, necə ola bilər ki, saat 18-də yemək yesin, 2-yə kimi ac qalsın. Bu, qəbul olunmazdır. Axşam yeməyində ağartı məhsullarına, zülalla zəngin qidalara  üstünlük verilməlidir. Karbohidratları axşamlar qəbul etmək olmaz, daha yaxşı olar artıq çəkidən əziyyət çəkənlər tərəvəzlər, salatlar qəbul etsinlər".

Süni şəkər istifadəsinin tərəfdarı olmadığını deyən Ş. Yadigarova hesab edir ki, uşaqlara ümumiyyətlə, şirniyyat vermək düzgün deyil: "Təbii şəkər qəbul etmək, yəni meyvələrdən, quru meyvələrdən istifadə etmək lazımdır".

Həkim-dietoloq ağ çörəkdən imtina etməyin də vacibliyini açıqlayıb. O, həmçinin dərman preparatları ilə arıqlamağı nəzərdə tutan diet proqramlarının doğru olmadığını açıqlayıb.

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:206
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 20:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri