Icma.az
close
up
RU
“Diferensial və inteqral operatorlar” mövzusunda II respublika elmi konfransının açılış mərasimi olub AZƏRTAC

“Diferensial və inteqral operatorlar” mövzusunda II respublika elmi konfransının açılış mərasimi olub AZƏRTAC

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 3 dekabr, AZƏRTAC

Bakı Dövlət Universitetində (BDU) fizika-riyaziyyat elmləri doktoru, professor, Əməkdar elm xadimi Arif Babayevin 90 illik yubileyinə həsr olunmuş “Diferensial və inteqral operatorlar” mövzusunda II respublika elmi konfransının açılış mərasimi keçirilib.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.

Tədbirdə çıxış edən elm və innovasiyalar üzrə prorektor Hüseyn Məmmədov bildirib ki, professor Arif Babayev universitetin Riyazi analiz kafedrasının təşkilatçısı və rəhbəri olub, qısa müddət ərzində sinqulyar inteqral tənliklər və məxsusi inteqrallar sahəsində güclü elmi məktəb yaradıb. Bu məktəb keçmiş SSRİ-də dörd məktəbdən biri sayılırdı. Onun rəhbərliyi altında onlarla alim yetişib.

BDU-nun Mexanika-riyaziyyat fakültəsinin dekanı Ziyatxan Əliyev görkəmli alimin həyat yolu və zəngin elmi fəaliyyəti barədə məlumat verib. Diqqətə çatdırıb ki, Arif Babayev 1934-cü il noyabrın 11-də anadan olub, BDU-nun Fizika-riyaziyyat fakültəsini bitirib. 1960-cı ildə fəlsəfə doktorluğu, 1966-cı ildə elmlər doktorluğu dissertasiyasını müdafiə edib, 1976-cı ildə AMEA-nın müxbir üzvü seçilib. O, BDU-nun Mexanika-riyaziyyat fakültəsində müəllim, dosent, professor, kafedra müdiri, dekan (1979-1994) vəzifələrində çalışıb.

Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru professor Misir Mərdanov, Riyazi analiz kafedrasının professoru Sadiq Abdullayev, Faydalı qazıntılar kafedrasının müdiri akademik Vasif Babazadə, Riyazi fizika tənlikləri kafedrasının müdiri akademik Yusif Məmmədov, BDU-nun nəzdində Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun elmi işlər üzrə direktor müavini Vaqif Quliyev, Arif Babayevin qızı Nigar Novruzova çıxışlarında görkəmli alimin elmi və pedaqoji fəaliyyətindən bəhs edib, onun riyaziyyatın böyük bilicisi, təbliğatçısı və təşkilatçısı olduğunu bildiriblər.

Konfransda görkəmli alimin elmi irsi haqqında müzakirələr aparılacaq, riyaziyyatın müasir problemləri, bu sahədə yeni tədqiqatlar təqdim ediləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:57
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 Dekabr 2024 18:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see387

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see296

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see243

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see199

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see198

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see182

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see182

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see179

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see177

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see163

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see163

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see159

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see158

Məhkəməlik olan Nazilə Səfərli ilə Fatimə eyni masa arxasında VİDEO

27 Yanvar 2026 17:10see155

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see150

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see149

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see146

Mirəli Seyidov dünyasını dəyişdi

27 Yanvar 2026 15:05see145

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see144

Əməkdar idman ustası və əməkdar məşqçi dünyasını dəyişdi

27 Yanvar 2026 15:35see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri