Icma.az
close
up
RU
Şamaxıda I Respublika Konfransının açılış mərasimi oldu Fotolar

Şamaxıda I Respublika Konfransının açılış mərasimi oldu Fotolar

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Sentyabrın 4-də Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında “Astronomiya və astrofizikanın aktual problemləri” adlı Respublika Konfransı öz fəaliyyətinə başlayıb.

“Qafqazinfo” xəbər verir ki, iki gün (4-5 sentyabr) davam edəcək tədbirə Şamaxı Astrofizika Rəsədxanasının əməkdaşları ilə yanaşı ölkənin bir çox elm və təhsil müəssisələrinindən - Bakı Dövlət Universiteti, Xəzər Universiteti, Xəzər və Bakı Mühəndislik Universiteti, Fizika İnstitutu, Azərbaycan Texniki Universiteti, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Sumqayıt Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU), Qarabağ Universiteti, ADPU-nin Şamaxı filialı, Azərbaycan Dövlət İqtisad Universiteti, Batabat Astrofizika Rəsədxanası və Naxçıvan Dövlət Universitetindən iştirakçılar qatılıb.

Öncə konfrans iştirakçıları rəsədxananın yerləşdiyi alim Yusif Məmmədəliyevin adına olan qəsəbədə onun abidəsi önünə, daha sonra Ulu Öndər Heydər Əliyevin büstü qarşısına gül dəstələri qoyublar. Sonra rəsədxananın konfrans zalında Şamaxı Rayon İcra Hakimiyyətinin və Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin nümayəndələrinin iştirakı ilə tədbirə start verilib.

Konfransın açılış mərasimində çıxış edən Şamaxı Astrofizika Rəsədxanasının baş direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov və Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov rəsədxananın yarandığı gündən ölkəmizdə fundamental elmin inkişafına töhfə verdiyini, bu gün də astronomiya sahəsində regionun aparıcı elmi mərkəzlərindən biri kimi fəaliyyət göstərdiyini bildiriblər.

Həmçinin qeyd edilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə elm və təhsil sahəsinə göstərilən diqqət və qayğının nəticəsində, xüsusilə də regionlarda, elmi mərkəzlərin inkişafı son illərdə yeni mərhələyə qədəm qoyub. Konfransla bağlı bildirilib ki, bu cür elmi tədbirlər təkcə regional deyil, həm də beynəlxalq səviyyədə elmimizin nüfuzunu artırır, ölkəmizin innovativ inkişafına, yüksək texnologiyalara əsaslanan iqtisadiyyata keçidinə töhfə verir, gənc nəslin elmə marağını gücləndirir, Azərbaycanın dünya elmi xəritəsində daha möhkəm yer almasına şərait yaradır.

Açılış mərasimindən sonra konfrans “Astrofizikanın müxtəlif istiqamətlərində nəzəri tədqiqatlar” bölməsi üzrə məruzələrlə elmi sessiyaya başlayıb və öz işini elmi çıxışlar fonunda davam etdirib.

Qeyd edək ki, hibrid formada təşkil olunmuş konfransda 9-u plenar olmaqla əyani və onlayn şəkildə 6 bölmə üzrə ümumilikdə 54 elmi məruzə dinləniləcək. Bundan başqa, konfrans çərçivəsində “Nonclassical Models on Modern Mathematical Physics and its Applications to Physics, Aerodynamics, Astrophysics and Stellar Astronomy” vorkşopun da keçirilməsi nəzərdə tutulur.








Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:279
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 04 Sentyabr 2025 19:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see395

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see306

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see287

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see278

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see268

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see264

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see257

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see256

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see253

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see238

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see222

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see217

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see215

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see213

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see212

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see211

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see211

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see207

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see201

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri