Icma.az
close
up
RU
Diləzbər Hüseynzadə: Ebru sənəti autizmli uşaqlara möcüzə kimi təsir göstərir MÜSAHİBƏ

Diləzbər Hüseynzadə: Ebru sənəti autizmli uşaqlara möcüzə kimi təsir göstərir MÜSAHİBƏ

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 4 oktyabr, Fidan Əlizadə, AZƏRTAC

Rənglərin su üzərində rəqs etdiyi, hər toxunuşda yeni bir dünyanın yarandığı nadir sənət növlərindən biri də qədim türk sənəti Ebrudur. Ölkəmizdə bu sənətin tanıdılması və sevilməsi üçün “Özünü yarat” yaradıcı sənət mərkəzinin rəhbəri Diləzbər Hüseynzadə illərdir çalışır.

10 ildən artıqdır ki, bu sahədə fəaliyyət göstərən sənətçinin AZƏRTAC-a müsahibəsini təqdim edirik.

İxtisasca ibtidai sinif müəllimi olan Diləzbər Hüseynova üçün ebru yalnız bir incəsənət növü deyil, həm də uşaqlarla, böyüklərlə paylaşdığı sakitlik və yaradıcılıq yoludur.

– Ebru sənəti ilə necə tanış oldunuz?

– Mənim üçün bu sənət təsadüfi başlamadı. Əslində, incəsənət hər zaman ruhumda var idi. Ebrunu kəşf etdikdə isə suyun üzərində rənglərin necə harmoniya yaratdığını gördüm. Həmin andan qərar verdim ki, bu sənəti öyrənim və daha da inkişaf etdirim.

– Ebrunun özəlliyi nədədir?

– Bu sənətin əsas sirri xüsusi hazırlanmış suyun və boyaların üzərində fırçalarla naxışlar yaratmaqdır. Suyun üzərində yaranan hər əsər təkrarsız olur. Bu, həm sənət, həm də insan ruhu üçün bir müalicədir. İstifadə olunan su adi su deyil, xüsusi yapışqanlı olur. Boyanın içinə isə öd kisəsi qatılır ki, rənglər suyun üzərində açılsın. Fırçalar isə at tükündən hazırlanır. Əslində, hər bir detalın öz sirri var. Biz tələbələrə 3 aylıq proqramda suyun hazırlanmasını, boyaların qarışdırılmasını və müxtəlif texnikaları öyrədirik.

– Bu sahədə hansı çətinliklərlə qarşılaşırsınız?

– Ən böyük çətinlik materialların tapılmasıdır. Azərbaycanda yüksək keyfiyyətli ebru materiallarını əldə etmək çətindir. Çox vaxt Türkiyədən gətirirəm. Burada satılanların ya qiyməti baha olur, ya da keyfiyyəti zəifdir. Sənətimi daim inkişaf etdirmək üçün hər il Türkiyədə müəllimlərimin təkmilləşdirmə dərslərində iştirak edirəm.

– Bu sənətin insana hansı təsirləri olur?

– Ən önəmlisi, insanın ruhunu dincəldir. Su bütün yorğunluğu götürür. İş stressini atmaq, sakitləşmək üçün Ebru əsl vasitədir. Eyni zamanda, bu sənət insanların diqqətini, səbrini və yaradıcılıq bacarığını artırır. Mənim pedaqoji təcrübəm var və deyə bilərəm ki, uşaqlarla Ebru sənətində işləmək xüsusi zövqdür. Onlar çox səmimi olur və rənglərə başqa cür yanaşırlar. Hətta ruhu uşaq qalan böyüklər belə bu sənətdə özlərini azad hiss edirlər. Autizmli uşaqlara isə Ebru möcüzə kimi təsir göstərir. Enerjilərini düzgün istiqamətə yönəltməyə kömək edir. Mənim missiyam Azərbaycanda Ebru sənətini yüksək səviyyədə təbliğ etməkdir. İnsanlara göstərmək istəyirəm ki, rənglərin və suyun harmoniyası ilə həyat daha gözəldir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 Oktyabr 2025 11:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see714

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see165

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see162

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see148

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see141

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see141

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see138

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see138

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see136

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see135

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri