Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

İmmuniteti gücləndirməyin ən asan yolu...

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

Dilimizin ortaqlaşması və saflaşdırılması zərurəti TƏHLİL

Dilimizin ortaqlaşması və saflaşdırılması zərurəti TƏHLİL

Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

XXI əsr dünya tarixində türk dövlətləri və türkdilli xalqlar üçün yeni mərhələnin başlanğıcı hesab oluna bilər. Bu mərhələnin əsas ağrı nöqtələrindən biri dilin vahidləşməsi, ortaqlığa və saflaşmaya doğru irəliləməsidir. Türk xalqlarının birliyi ideyasının yalnız siyasi və iqtisadi platformalarda deyil, mədəni və dil birliyində daha güclü təməl tapacağı şübhəsizdir. Bu baxımdan dil məsələsi, qürurumuz, kimliyimiz və gələcəyimiz baxımından həlledici amildir. Xüsusilə də, Azərbaycan türkcəsinin bugünə qədər müxtəlif təsirlərə məruz qalması, onu daha saf və qarşılıqlı anlaşmaya uyğun hala gətirmək, tarixi bir məsuliyyətdir.


Siyasi şərhçi Vasif Əfəndiyev "Sherg.az"a deyib ki, Azərbaycan Respublikasının dövlət dili Türk dilidir. Ekspert vurğulayıb ki, uzun illər ərzində bu dilə “Azərbaycan dili” adı altında formal hüquqi status verilsə də, onun türklüyü çox zaman ikinci plana keçirilib: 

"Əslində bu, həm tarixi ədalətsizlik, həm də mədəni təhrifdir. Dilimizdəki ərəb və fars mənşəli və ya rus imperiyasının gətirdiyi sözlərin çoxluğu dilimizin özündən doğan gücü və aydınlığı kölgəyə salır. Təqdirəlayiq haldır ki, artıq son illərdə bu məsələ cəmiyyət arasında daha çox müzakirə olunur və “dilimizin türk kimliyinə qaytarılması” prosesinə sosial tələb yaranır. Sovet hakimiyyəti dövründə Azərbaycan türkcəsi cəmiyyətin müxtəlif qatları arasında səslənən ləhcələrdən toplanan sözlər əsasında ədəbi dil halına gətirilsə də, bu proses təbii deyil, siyasi məqsədlərlə yönləndirilmişdi. Dilimizə üstünlük təşkil etdirməli olduğumuz türk sözləri tədricən arxa plana keçib, “şairanəlik” xatirinə farsca sözlərlə əvəz olunub, elmi dilin "abidəsi" kimi ərəb dilindən kütləvi şəkildə tərcümə edilməmiş terminlər dilimizə qəbul edilirdi. Bunun nəticəsində yaranan "Azərbaycan dili" müasir dövrün tələblərinə uyğun gəlmir; dilin strukturunu mənəvi yük altında saxlayan yad sözlərin çoxluğu onun inkişafını ləngidir. Ortaq türkcə  məcburiyyət deyil, tarixi borc və strateji zərurətdir". 

Analitik qeyd edib ki, heç bir türk dövlətinin türkdilli dünyada digərinin dilindən üstünlüyü iddiası olmamalıdır: "Lakin bunu demək o demək deyil ki, “ortaq türkcə” yaradılması prosesində sıfırdan başlanmalı və ya hər kəs öz dilində israr etməlidir. Hazırda ən güclü, ən sistemləşmiş, ən zəngin elmi materiala malik olan türkcə Türkiyə türkcəsidir. Yüzillər boyunca yüz minlərlə elmi əsər, roman, şeir, dərslik və akademik material bu dildə yazılıb. Türkiyə türkcəsi, elmi və mədəni üstünlüyü sayəsində artıq hazır materialdır ,onu qəbul etmək türk birliyinin mərkəzinə daha çabuk çatmaq deməkdir. Burada tərəddüd etmək, hər bir türk dövlətində ayrı-ayrı akademik komitələr qurmaq, sıfırdan “yeni ortaq dil yaranması” xəyalları içində vaxt itirmək türk birliyinə yalnız zərər vuracaq. 

Dilimizdəki ərəb, fars və rus mənşəli sözlərin çoxluğu təkcə linqvistik deyil, ideoloji yük daşıyır. Bu sözlər yalnız dilin quruluşunun deyil, düşüncə tərzimizin də dəyişməsinə səbəb olur. Fikrimiz yad dillə kökləndikcə öz düşüncə dünyamız da yadlaşır. Hər dil özünəməxsus düşüncə sistemi yaradır. Türk dili ilə düşünən insanın məntiqi ilə fars terminologiyası ilə düşünən insanın yanaşmaları fərqlidir. Məhz bu səbəbdən dilimizin təmizlənməsi yalnız estetik məsələ deyil ,milli şüurun azadlığa çıxmasıdır".


V.Əfəndiyev bəyan edib ki, türkdilli xalqlar arasında unudulmuş və ya yerli ləhcələrdə qorunan köhnə türk sözlərinin yenidən dirçəldilməsi və dilə qaytarılması vacib prosesdir: 

"Bu yalnız ədəbi dilimizi zənginləşdirməyəcək, həm də dilin kökləndiyi tarixi yaddaşı diriltmiş olacaq. Türk Dövlətləri Təşkilatı yalnız iqtisadi və siyasi əməkdaşlıq platforması deyil, dil birliyi yarada biləcək ən güclü tarixi fürsətdir. Ortaq türkcə ilə bağlı tədbirlər yalnız kağız üzərində qalmamalı, dövlət və akademiya səviyyəsində ciddi praktiki addımlarla dəstəklənməlidir. Azərbaycan üçün prioritet hədəf  öz dilini daha da saflaşdıraraq Türkiyə türkcəsi ilə inteqrasiya etmək öz dövlət dilinin türk kimliyini bərpa edib ,ortaq dilə keçidi sürətləndirmək olmalıdır. Dilimiz türk dilidir. Bu həm tarixi fakt, həm də milli qürurumuzun əsasıdır. Onu yad təsirlərdən təmizləmək, türk birliyinə qovuşdurmaq isə bizim borcumuzdur. Türk dünyasının gücü yalnız siyasi bloklanmada deyil, həm də ortaq dil, ortaq düşüncə və ortaq mədəniyyət formalaşdırmaqda gizlidir. Bu yolda tərəddüd deyil, cəsarət, küləyi gözə almaq deyil, öz küləyi ilə gələcəyi qurmaq gərəkdir".


Ekspert əlavə edib ki, türk birliyi dil birliyindən başlayır, o dil də hazırdır, adı üstündədir və bu Türkiyə türkcəsiddir:

 "Dünyada dillərin müqayisəsində istifadə edilən ən mühüm meyarlardan biri feillərin bolluğu və çoxşaxəliliyidir. Feil sistemi dilin diriliyini, hərəkət və düşüncə çevikliyini göstərən əsas göstəricidir. Bu baxımdan Türk dili dünyanın ən zəngin dillərindən biri hesab olunur. Türk dilində təqribən 10 minə yaxın feil kökü mövcuddur və bu köklərdən müxtəlif şəkilçilər vasitəsilə minlərlə yeni feil yaratmaq mümkündür. Hərbir feil təkcə hərəkəti ifadə etmir, həm də o hərəkətin necə, hansı şəraitdə, hansı münasibətlə baş verdiyini göstərir. Bu isə türk dilinin elastik, dəqiq və geniş ifadə gücünə malik olmasının əsasıdır. Əksinə, bir zamanlar böyük imperiya dili olmuş fars dilində feil sayı orta hesabla 200 ədəd təşkil edir. Bu isə dilin fikirləri ifadə etmə imkanlarını məhdudlaşdırır, onu daha çox isimlərlə və sabit ifadələrlə işləməyə məhkum edir. Məhz buna görə fars dilində çox zaman əməllər təsviri yolla ifadə olunur, lakin türk dilində sadə və gözəl feil formaları ilə ifadə olunur. Ərəb dili zəngin söz bazasına malik olsa da, feil sistemi baxımından türk dilinin çoxsaylı şəkilçi sistemi və feildən törəmə imkanları ilə müqayisədə məhduddur. Türk dilinin feillərin şəkilçilərlə genişləndirilməsi, zaman, şəxs, inkar, nəqli, ehtimal, şərt, arzu və daha onlarca hallarda istifadəsi onu daha canlı və məna dolu dilə çevirir. Bu cəhətdən türk dilinin bütövləşməsi və şəkilçilərin sistemli şəkildə qorunub saxlanması onu dünyanın ən zəngin və qüdrətli dillərindən birinə çevirə bilər. Türk dilində həm qədim, həm də müasir fikirləri ifadə etmək üçün məhdudiyyət yoxdur. Dilin mexanizmi genişləndirməyə, yeniləşməyə və dəyişməyə açıqdır, bu isə təkcə dilin deyil, onu danışan toplumun da düşüncə gücünün göstəricisidir". 


İsmayıl Qocayev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://sherg.az
archiveBu xəbər 03 Noyabr 2025 19:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see617

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see293

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see285

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see273

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see269

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see260

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see239

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see235

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see234

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see228

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see221

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see218

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see207

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see196

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see195

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see195

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see194

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see185

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see171

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri