Icma.az
close
up
RU
Dilin saflığının qorunması yalnız ölkə daxilində deyil, azərbaycanlıların yaşadıqları bütün yerlərdə başlıca məsələ olmalıdır ŞƏRH

Dilin saflığının qorunması yalnız ölkə daxilində deyil, azərbaycanlıların yaşadıqları bütün yerlərdə başlıca məsələ olmalıdır ŞƏRH

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 5 noyabr, AZƏRTAC

Azərbaycan dili minilliklərin sınağından keçmiş, xalqımızın qan yaddaşını, milli kimliyini və dövlətçilik ruhunu yaşadan ən möhkəm sütundur. Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyində səsləndirdiyi fikirlər bu baxımdan həm siyasi, həm də mədəni mənada strateji əhəmiyyət daşıyır. “Təmiz, saf, ədəbi Azərbaycan dilinin qoruyucuları bizik – müstəqil Azərbaycan dövləti” ifadəsi yalnız dil məsələsinə münasibət deyil, eyni zamanda, dövlətin mədəni kimlik qarşısında məsuliyyətini də ifadə edir. Çünki dövlət həm də dilin, mədəniyyətin və milli yaddaşın əsas qoruyucusudur. Tarix göstərir ki, dilini, tarixini, mədəniyyətini unudan millət bir müddət sonra dövlətini də itirir. Azərbaycan xalqı əsrlər boyu ana dilimizin varlığı uğrunda mübarizə aparıb, milli kimliyini məhz ana dilinin saflığı hesabına qoruyub saxlayıb.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Elçin Mirzəbəyli söyləyib.

O bildirib ki, müstəqil Azərbaycan dövləti bu gün dilimizin əsas qoruyucudur və Prezident İlham Əliyevin çıxışı bu məsuliyyətin həm siyasi, həm də ideoloji əsaslarını ifadə edir: "Dil təkcə filoloji məsələ deyil, həm də milli təhlükəsizlik və mənəvi müstəqillik məsələsidir. Xarici təsirlər, xüsusilə, media və sosial şəbəkələrdə yad kəlmələrin çoxalması, dilin təmizliyinə zərbə vurur, milli özünəməxsusluğumuzu təhlükə qarşısında qoyur. Prezidentin “Əgər Azərbaycan dilində əzəli bir kəlmə varsa, başqa dildən kəlməni gətirib əvəzləmək nə məqsəd daşıyır? Bu, ya səhvdir, ya təxribatdır” sözləri bu məsələnin mahiyyətini tam şəkildə ifadə edir. Azərbaycan dili xalqımızın birliyini və identikliyini təmin edən əsas amillərdən biridir. Prezident İlham Əliyevin vurğuladığı kimi, başqa ölkələrdə yaşayan azərbaycanlılar arasında ədəbi dilin zəifləməsi və məişət səviyyəsinə enməsi narahatedici haldır. Dilin təhrif olunması, əsas ünsiyyət vasitəsi kimi sıradan çıxması isə milli birliyimizin zəifləməsinə səbəb ola bilər. Buna görə də, dilin saflığının qorunması yalnız ölkə daxilində deyil, azərbaycanlıların yaşadıqları bütün yerlərdə başlıca məsələ olmalıdır. Xaricdə fəaliyyət göstərən mədəniyyət mərkəzləri, məktəblər və diaspor təşkilatları bu istiqamətdə daha sistemli fəaliyyət göstərməli, ədəbi Azərbaycan dilinin öyrədilməsinə və təbliğinə xüsusi diqqət ayırmalıdır. Çünki dil təkcə ünsiyyət vasitəsi deyil, milli varlığın sərhədlərini müəyyən edən mənəvi dövlətdir".

Deputatın sözlərinə görə, dilin sərhədləri dövlətin sərhədləri kimi qorunmalıdır: "Prezident İlham Əliyevin çağırışı həm də alimlərə, yazıçılara, şairlərə, jurnalistlərə və ictimai xadimlərə ünvanlanmış mənəvi və elmi məsuliyyət aşılayır. Dövlətimizin başçısı haqlı olaraq qeyd edir ki, Azərbaycan dilinin saflığının qorunması hər bir vətəndaşın işi olmalıdır. Dövlət, alimlər, dilçilər, yazıçılar, siyasətçilər və media nümayəndələri bu məsələyə ciddi yanaşmalı, dilin təmizliyinin qorunmasını ümummilli vəzifə kimi qəbul etməlidirlər. Ədəbi dilin norma və qaydalarının qorunması, terminoloji sistemin milli əsasda yenilənməsi, tədris və informasiya mühitində Azərbaycan dilinin düzgün tətbiqinə nəzarət bu istiqamətdə mühüm amillərdəndir. Prezident İlham Əliyev bu məsələni ilk dəfə deyil ki, gündəmə gətirir. On il əvvəl də bu narahatlığını dilə gətirərək, kənar təsirlərin qarşısını almaq üçün vacib tədbirlərin görülməsini tapşırmışdı. Bu çıxış da həmin siyasətin davamı və daha dərin mərhələsidir. Çünki qloballaşma dövründə informasiya axınları, texnoloji yeniliklər və mediada yad dillərin təsiri milli dildə yadlaşma meyillərini gücləndirir. İngilis və rus dillərindən gətirilən sözlərin çoxalması təkcə dilin saflığının pozulması deyil, eyni zamanda, düşüncə tərzinin dəyişməsi, milli təfəkkürün zəifləməsi deməkdir. Prezidentin “ya səhvdir, ya təxribatdır” fikri bu ideoloji təhlükənin dərinliyinə diqqət çəkir. Azərbaycan dilinin qorunması və saflığının təmin olunması gələcəyə yönəlmiş strateji məsələdir. Müstəqil Azərbaycan dövləti öz dilinin yalnız hüquqi deyil, həm də mənəvi qoruyucusudur. Prezidentin “bizim dilimiz qədimdir, zəngindir və xarici kəlmələrə ehtiyac yoxdur” fikri Azərbaycan dilinin təkamül potensialına, onun daxili zənginliyinə və müasir dövrün tələblərinə cavab vermə qabiliyyətinə olan inamı ifadə edir. Bu baxımdan Prezident İlham Əliyevin çıxışı, sadəcə, bir çağırış deyil, milli ideoloji konsepsiyanın yenilənməsi kimi dəyərləndirilməlidir. Azərbaycan dili dövlət suverenliyinin mənəvi dayağı, milli kimliyimizin qoruyucusu və milli mədəniyyətimizin daşıyıcısıdır. Təmiz, saf Azərbaycan dili anlayışı dövlət ideologiyasının, mədəni təhlükəsizliyin və milli birliyin əsasını təşkil edir”, - deyə o vurğulayıb.

Elçin Mirzəbəyli qeyd edib ki, Azərbaycan xalqı tarix boyu dilinə sahib çıxmaqla öz varlığını, mənəviyyatını və dövlətçilik ənənələrini qoruyub. “Bu gün də dilimizin saflığı uğrunda mübarizə milli kimliyimizin və müstəqilliyimizin qorunması deməkdir. Prezident İlham Əliyevin çıxışı hər bir vətəndaş üçün mənəvi göstəriş, hər bir alim üçün elmi məsuliyyət, hər bir media nümayəndəsi üçün milli borc kimi dəyərləndirilməlidir. Azərbaycan dili bizim milli kimliyimiz və bütövlüyümüz, bu günümüz və gələcəyimizdir. Onu qorumaq isə dövlətin və xalqın birgə tarixi missiyasıdır. Azərbaycan dili isə dünyanın ən gözəl dillərindən, Azərbaycan mədəniyyəti dünyanın ən yüksək mədəniyyətlərindən biridir. Biz dünyaya mədəniyyət gətirən bir millətin övladlarıyıq. Dilimizlə, mədəniyyətimizlə, tariximizlə fəxr etməli və qorumalıyıq!"- deyə deputat diqqətə çatdırıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 Noyabr 2025 15:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see666

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see314

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see291

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see274

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see270

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see244

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see226

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see204

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see186

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see178

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see175

Tramp indi açıq şəkildə iki istiqamətdə siyasət aparır

02 Fevral 2026 08:22see175

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see174

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see167

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see161

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see161

Azərbaycan gəncliyi dövlətin strateji investisiyasıdır Millət vəkili

02 Fevral 2026 23:24see158

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see157

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see153

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see153
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri