Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Dillər Universitetində təqaüd “baryeri”... Təqaüd üçün minimal bal necə müəyyən edilir?

Dillər Universitetində təqaüd “baryeri”... Təqaüd üçün minimal bal necə müəyyən edilir?

Azpolitika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan Dillər Universitetində təqaüd almaq üçün minimum bal həddi artırılıb.

Redaksiyamıza daxil olan məlumatda bildirilir ki, indiyədək 84 bal olan göstərici yeni qərarla 88 bala qaldırılıb. Mənbənin sözlərinə görə, dəyişiklik yeni semestrdən tətbiq olunacaq və bu barədə tələbələrə fakültə səviyyəsində məlumat verilib.

Bal həddinin artırılması tələbələr arasında narazılıq yaradıb. Onların bir qismi hesab edir ki, 4 ballıq artım təqaüd alanların sayının azalmasına səbəb olacaq. Tələbələr bildirirlər ki, mövcud qiymətləndirmə sistemində 88 bal toplamaq əvvəlki hədlə müqayisədə daha çətindir və bu dəyişiklik bir çox tələbəni maddi dəstəkdən məhrum edə bilər. Narazı tələbələr qərarın yenidən nəzərdən keçirilməsini və dəyişikliklə bağlı rəsmi izahat verilməsini istəyirlər. Onların fikrincə, xüsusilə regionlardan gələn və kirayədə yaşayan tələbələr üçün təqaüd mühüm sosial dəstək vasitəsidir.

Bəs maraqlıdır, minimal ballar müəyyən olunarkən hansı kriteriyalar əsas götürülür?


Bu barədə Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli "AzPolitika"-ya açıqlamasında bildirib ki, tələbələrin təqaüd həyəcanını və narazılığını anlamaq mümkündür, çünki bu, onlar üçün həm maddi dəstək, həm də mənəvi stimuldur: "Lakin məsələnin kökünə endikdə görmək olar ki, ali təhsil müəssisələrində təqaüdlərin paylanması heç də subyektiv bir qərar deyil, konkret normativ sənədlərlə tənzimlənən bir prosesdir. Azərbaycanda tələbələrə təqaüdlərin təyin olunması Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş qaydalar əsasında həyata keçirilir. Bu qaydalara görə, dövlət sifarişi ilə oxuyan tələbələr üçün ayrılan təqaüd yerlərinin sayı məhduddur və bu yerlər akademik göstəriciləri ən yüksək olan tələbələr arasında rəqabət əsasında bölünür".

Ekspert qeyd edir ki, burada ən mühüm məqam "keçid balı" anlayışının sabit olmamasıdır:"Universitet daxili nizamnaməsinə və ya elmi şurasının qərarına əsasən, təqaüd üçün minimum limit müəyyən edə bilər, lakin bu limit çox vaxt tələbələrin ümumi göstəricilərindən asılı olaraq formalaşır. Əgər bir fakültədə və ya kursda tələbələrin böyük əksəriyyəti yüksək nəticə göstərirsə, təbii olaraq "əlaçı" və ya "zərbəçi" nominasiyaları üzrə rəqabət artır və virtual "keçid balı" yuxarı qalxır. Xarici Dillər Universitetində qeyd olunan bal artımı, böyük ehtimalla, tələbələrin akademik göstəricilərinin kütləvi şəkildə yüksəlməsi və ya təqaüd fondu üçün ayrılan yerlərin daha yüksək ballı tələbələr tərəfindən doldurulması ilə bağlıdır".

"Bu sistemin nə dərəcədə ədalətli olmasına gəldikdə isə deməliyəm ki, ali təhsil müəssisələrinə müəyyən qədər muxtariyyətin verilməsi dünya praktikasında qəbul olunmuş haldır. Universitet təhsilin keyfiyyətini artırmaq üçün meyarları sərtləşdirə bilər. Lakin bu dəyişikliklər qəfil yox, semestrin əvvəlində, şəffaf şəkildə tələbələrə elan olunmalıdır ki, onlar öz hədəflərini buna uyğun müəyyənləşdirsinlər. Ədalət prinsipi burada "bərabər şərtlər" üzərində qurulur - əgər qayda hamıya eyni dərəcədə tətbiq olunursa, bu, akademik sağlam rəqabətin bir parçası hesab edilir.
Yekun olaraq, bal normaları müəyyən edilərkən həm dövlətin müəyyən etdiyi kvotalar, həm də tələbələrin ümumi bilik səviyyəsi nəzərə alınır. Tələbələrə tövsiyəm odur ki, təqaüdü sadəcə bir "haq" kimi deyil, akademik üstünlük uğrunda mübarizənin nəticəsi kimi görsünlər. Universitet rəhbərliyi isə bu cür dəyişikliklərin kommunikasiyasını daha geniş aparmaqla yanlış anlaşılmaların qarşısını ala bilər", -deyə ekspert əlavə edib.

E. Bəyməmmədli

"AzPolitika.info"

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 27 Fevral 2026 16:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see311

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see300

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see272

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see253

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see251

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see245

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see241

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see237

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see221

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see217

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see215

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see213

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see213

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see211

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see207

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see205

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see204

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see195

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see180

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri