Icma.az
close
up
RU
DİM beynəlxalq tədqiqat mərkəzinin uyğunluq sertifikatı ilə təltif olunub AZƏRTAC

DİM beynəlxalq tədqiqat mərkəzinin uyğunluq sertifikatı ilə təltif olunub AZƏRTAC

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 15 yanvar, AZƏRTAC

Yanvarın 15-də Dövlət İmtahan Mərkəzində (DİM) Niderlandın İmtahan və Sertifikatlaşdırma üzrə Tədqiqat Mərkəzi (RCEC) tərəfindən aparılan təkrar auditin nəticələrinə və buna əsasən DİM-ə fəaliyyəti ilə bağlı uyğunluq sertifikatının təqdim olunmasına həsr edilmiş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə RCEC təşkilatı tərəfindən aparılan təkrar auditin əsas məqsədinin DİM-in Keyfiyyət İdarəetmə Sisteminin qiymətləndirilməsi ilə yanaşı, auditin nəticələrinə əsaslanaraq sisteminin effektivliyinin daha da artırılması olduğunu qeyd edib. Audit zamanı DİM-in fəaliyyəti və iş prinsipləri beynəlxalq standartlara uyğunluq baxımından yüksək qiymətləndirilib. Məleykə Abbaszadə bildirib ki, auditin nəticəsi DİM-in fəaliyyətində innovativ yanaşmaları və müasir idarəetmə sistemlərini tətbiq etdiyini və dövrün çağırışlarına əsasən fəaliyyət göstərdiyini bir daha sübut edir.

Tədbir zamanı RCEC tərəfindən həyata keçirilmiş təkrar audit prosesinin əsaslandığı yoxlama sistemi, audit prosesinin əhatə etdiyi imtahanlar, prosesə cəlb olunan struktur bölmələr və audit meyarlarına əsasən yekun nəticələr barədə iştirakçılara ətraflı məlumat verilib.

RCEC təşkilatının direktoru Jan Arnold Brauer bildirib ki, DİM-in Keyfiyyət İdarəetmə Sisteminin təkrar auditinin uğurla tamamlanması mühüm bir nailiyyətdir. O qeyd edib ki, bu audit yalnız qurumun yüksək keyfiyyət standartlarına riayət etdiyini təsdiqləmir, həmçinin imtahan prosesində ədalət, etibarlılıq və mükəmməlliyə sadiqliyini də nümayiş etdirir. RCEC təşkilatının yüksək standartların tələblərinə olan bağlılığı təkcə Azərbaycandakı təhsilin inkişafına kömək etmir, eyni zamanda, regionda və dünyada digər qurumlar üçün də əla nümunədir.

Sonda Brauer audit prosesinin nəticəsi olaraq, RCEC təşkilatının 3 il etibarlılığı olan uyğunluq sertifikatını Məleykə Abbaszadəyə təqdim edib.

Qeyd edək ki, 2008-ci ildən fəaliyyət göstərən Niderland Krallığının İmtahan və Sertifikatlaşdırma üzrə Tədqiqat Mərkəzi imtahan keçirən təşkilatların keyfiyyət idarəetmə sisteminin auditi prosesini həyata keçirir. DİM-in fəaliyyətinin RCEC tərəfindən ilk dəfə auditi 2020–2021-ci illərdə aparılıb və DİM 2021-ci ildə RCEC-nin 3 il etibarlılığı olan uyğunluq sertifikatı ilə də təltif olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 Yanvar 2025 15:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see266

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see198

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see184

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see159

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see157

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see153

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see152

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see152

ETX yeni podkast layihəsinə başlayıb

17 Yanvar 2026 15:34see147

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see145

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see145

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see140

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see140

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see139

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see133

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see131

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see127

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri