Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

DİM in şagird və müəllimləri üz üzə qoyan SUALLARI

DİM in şagird və müəllimləri üz üzə qoyan SUALLARI

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

Son günlər aktual olan mövzulardan biri də ali məktəblərə qəbul imtahanında tərtib olunan suallarla bağlıdır. 

Belə ki, televiziya kanallarından birində Dövlət İmtahan Mərkəzinin bunker müəllimlərindən biri çıxışı zamanı qəbul imtahanında düşən sualla bağlı Kembric universitetindən sitat gətirib. İllərdir DİM sübut etməyə çalışır ki, imtahan sualları orta məktəb proqramını əhatə edir. 

Kembriclə bağlı fakt onu göstərir ki, bu, heç də belə deyil. Əgər qəbul imtahanında bu kimi suallar tərtib olunacaqsa, orta məktəblərdə xarici ölkələrin dərsliklərindənmi istifadə edilməlidir?

Məsələ ilə bağlı təhsil üzrə ekspert Kamran Əsədov “Cümhuriyət”-ə bildirib ki, Dövlət İmtahan Mərkəzinin qəbul imtahanlarında istifadə etdiyi sualların bir qisminin beynəlxalq dərs vəsaitlərindən, konkret indiki halda Kembric Universitetinin dərsliyindən götürülməsi faktı illərdir ictimaiyyətə təqdim olunan rəsmi izahların və hüquqi əsaslandırmaların ciddi şəkildə yanlış, manipulyativ olduğunu ortaya qoyur:

“DİM bu günə qədər israrla bildirirdi ki, qəbul və buraxılış imtahanlarında istifadə olunan suallar yalnız Azərbaycan Respublikasının orta ümumtəhsil məktəblərində təsdiqlənmiş tədris proqramı çərçivəsində hazırlanır. Lakin son hadisə göstərdi ki, bu iddia heç bir hüquqi və pedaqoji əsas daşımır. 

Təhsil Nazirliyinin təsdiqlədiyi milli kurikulum sənədlərinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 dekabr tarixli, 257 nömrəli qərarına əsasən, ölkənin bütün orta məktəblərində tədris prosesi yalnız “Təhsil haqqında” Qanunun 19-cu və 20-ci maddələri əsasında təsdiqlənmiş tədris planları və proqramları ilə aparılmalıdır. 

Bu sənədlərdə Kembric və ya digər beynəlxalq dərs vəsaitlərinə əsaslanmaq, ümumiyyətlə, nəzərdə tutulmur. Həmin sənədlərdə açıq şəkildə göstərilir ki, ümumi təhsil sistemində verilən biliklər milli proqramlarla uyğunlaşdırılmalı və şagirdlərin qiymətləndirilməsi bu çərçivədə aparılmalıdır. 

Bu baxımdan, DİM tərəfindən Kembric mənbəyinə istinad edilərək tərtib olunan sual, hüquqi baxımdan əsassızdır, çünki o, dövlətin qəbul etdiyi təhsil siyasəti və hüquqi çərçivə ilə ziddiyyət təşkil edir. Buradakı daha ciddi problem isə ondan ibarətdir ki, bu yanaşma yalnız texniki və metodoloji səhv deyil, həm də sosial ədalətsizliyin açıq bir formasıdır. 

İmtahanlara hazırlaşan abituriyentlərin əksəriyyəti yalnız məktəbdə öyrəndikləri ilə kifayətlənir.  Ailələrinin maddi vəziyyəti onlara əlavə hazırlıq və ya xarici dərs vəsaitlərindən istifadə imkanı vermir. Lakin DİM tərəfindən xarici mənbəyə əsaslanan sualın imtahana daxil edilməsi o deməkdir ki, bu tip şagirdlər bilərəkdən imtahanda uğursuzluğa məhkum edilir”. 

O bildirib ki, bu, imtahanların ədalətlilik prinsipini pozur və Konstitusiyanın 25-ci maddəsində təsbit olunmuş “təhsil hüququnda bərabərlik” prinsipini ciddi şəkildə zədələyir. Ekspertin sözlərinə görə, statistikaya baxdıqda, 2024-cü ildə qəbul imtahanlarında iştirak edən abituriyentlərin 47%-i 200 balın altında nəticə göstərib: 

“Riyaziyyat fənni üzrə nəticələrin orta balı 12-dən aşağı olub ki, bu da həm tədrisin keyfiyyəti, həm də imtahanın reallıqla uyğun gəlmədiyinin göstəricisidir. Əgər bu nəticələrin arxasında sualların milli proqramdan kənar mənbələrə əsaslanması dayanırsa, o zaman məsuliyyət təkcə məktəb sisteminin deyil, sual hazırlayan strukturun, yəni DİM-in üzərindədir. 

Bu vəziyyətdə təqsiri müəllimlərdə və ya şagirdlərdə axtarmaq, məsuliyyəti cəmiyyətə ötürmək səmimi deyil və ictimai etimadı tam şəkildə sarsıdır. DİM-in bu yanaşması sistemli şəkildə ikiüzlülüyün formalaşmasına səbəb olur:

bir tərəfdən şagirdə deyilir ki, sən məktəbdəki dərslərə əsasən imtahana hazırlaş, digər tərəfdən isə imtahanda qarşısına xarici dərsliklərdən götürülmüş, əslində milli proqramla heç bir əlaqəsi olmayan suallar çıxarılır. Bu yanaşma təhsildə şəffaflıq, etimad və bərabərlik prinsipini dağıdır. 

Qanunvericiliyə əsasən, DİM yalnız müvafiq icra orqanı tərəfindən təsdiqlənmiş fənn proqramları üzrə imtahanlar təşkil edə bilər. Lakin faktiki vəziyyət göstərir ki, DİM öz mandatını aşır, özünü ali pedaqoji qurum kimi aparır və bu, artıq hüquqi məsuliyyət daşıyan ciddi pozuntudur.

Dünya təcrübəsinə nəzər saldıqda, imtahan sistemlərinin mənbə şəffaflığına ciddi riayət etdiyini görürük. Məsələn, Finlandiyada qəbul imtahanları tam şəkildə dövlətin təsdiqlədiyi kurikulumlara əsaslanır, bütün suallar ictimaiyyətə əvvəlcədən format və məzmun baxımından izah olunur. Estoniyada və Sinqapurda sual bankları dövlətin rəsmi proqram sənədlərinə uyğun şəkildə hazırlanır və ictimaiyyətə açıq olur. 

Türkiyədə ÖSYM tərəfindən keçirilən YKS imtahanları yalnız MEB (Milli Eğitim Bakanlığı) proqramı çərçivəsində təşkil olunur və bunu istənilən şagird əvvəlcədən bilir. Bu ölkələrin heç birində dövlət orqanı imtahan sualını Harvard, Oxford, Kembric dərsliyinə istinadla əsaslandırmır. Çünki bu, təhsil siyasətində xaos və qeyri-müəyyənlik yaradır. Azərbaycan isə bu baxımdan təəssüf ki, nə milli, nə də beynəlxalq modelə əsaslanan davamlı və etibarlı sistem yarada bilir”. 

Ekspertin fikrincə, DİM-in bu addımı yalnız şagirdləri deyil, eyni zamanda müəllimləri də çıxılmaz vəziyyətə salır: 

“Çünki müəllim tədris etdiyi proqram üzrə suallara hazırlıq aparır, lakin imtahanda onun şagirdi tam fərqli yanaşma ilə üz-üzə qalır. 

Bu isə müəllimin cəmiyyətdə nüfuzuna da mənfi təsir göstərir. Eyni zamanda, dərs deyən müəllim bu sualı izah edə bilmir, çünki həmin məzmun onun rəsmi tədris proqramında yoxdur. Bu ziddiyyət pedaqoji sistemin içindən çürüdüyünü və idarəetmənin koordinasiyadan uzaq olduğunu sübut edir. 

Bu şəraitdə dəyişməli olan ilk məsələ sual hazırlama və təsdiqləmə mexanizminin hüquqi nəzarətə götürülməsidir. DİM artıq özbaşına ekspert komandası ilə, cəmiyyətə hesabat vermədən, rəsmi dərs proqramlarını yox sayaraq fəaliyyət göstərə bilməz. Elm və Təhsil Nazirliyi imtahanlarda istifadə olunan hər bir sualın rəsmi proqramlara uyğunluğunu yoxlamalı, ictimaiyyətə illik hesabat təqdim etməlidir. 

Eyni zamanda, sualların hazırlanmasında istifadə edilən hər bir mənbə açıqlanmalı, şagirdlər bu məlumatlarla qabaqcadan tanış olmalıdırlar. Əks halda, bu proses “qeyri-rəsmi elitarizmin” formalaşmasına, yəni yalnız xarici mənbə əldə edə bilənlərin uğurlu nəticə göstərməsinə gətirib çıxaracaq. DİM-in beynəlxalq mənbələrə əsaslanan imtahan sistemini tətbiq etməsi yalnız o halda mümkündür ki, orta məktəblərin proqramları da həmin beynəlxalq proqramlarla uyğunlaşdırılsın. 

Bunun üçün isə bütün tədris sistemi dəyişdirilməli, müəllimlərin ixtisasartırması, dərsliklərin yenilənməsi və məktəb infrastrukturunun beynəlxalq səviyyəyə gətirilməsi prosesi həyata keçirilməlidir. Bu baş vermədiyi halda isə DİM-in bu cür addımı yalnız təhsildə süni elitalar yaradacaq, sosial-iqtisadi imkanlara əsaslanan nəticə fərqliliyini daha da dərinləşdirəcək. 

Nəticə etibarilə, DİM-in bu cür yanaşması nə pedaqoji baxımdan əsaslıdır, nə hüquqi baxımdan qanunlara uyğundur, nə də ictimai baxımdan ədalətlidir. Bu, sistemli və idarəolunmayan bir prosesin bariz nümunəsidir və dərhal dəyişdirilməlidir. Əks halda, bu yanaşma təhsildə etimadı məhv edəcək və gələcək nəsillərdə sistemə qarşı inamsızlıq toxumları səpəcək. Bu isə yalnız bir imtahan məsələsi deyil, bütün bir cəmiyyətin təhsil mədəniyyətinə və inkişafına vurulan ciddi zərbədir”.

Nigar Abdullayeva 
"Cebheinfo.az" 

Açar sözlər: DİM şagird müəllimlər Kamran Əsədov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:231
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 06 İyun 2025 12:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see344

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see270

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see257

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see253

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see249

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see235

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see230

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see215

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see208

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see204

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see200

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see199

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see196

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see194

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see190

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see186

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see178

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see178

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see175

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri