DİM in tələbə qəbulu ilə bağlı imtahan xərclərinə nə qədər vəsait ayrılacaq?
Unikal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin aparılması, orta ixtisas təhsil müəssisələrinə və ali təhsilin bakalavriat səviyyəsinə tələbə qəbulu ilə bağlı imtahanların keçirilməsi ilə bağlı xərclər üçün 21,3 milyon manat ayrılması nəzərdə tutulub.
"Unikal"ın məlumatına görə, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.
Bildirilib ki, bu 2025-ci illə müqayisədə 2,0 milyon manat, (10,2 faiz) çox vəsait deməkdir.
Qeyd edək ki, növbəti il üzrə təhsil xərclərinə 5015,9 milyon manat vəsait proqnozlaşdırılır ki, bu da 2025- ci illə müqayisədə 78,6 milyon manat və ya 1,6 faiz, 2024-cü ilin icrası ilə müqayisədə isə 625,8 milyon manat və ya 14,3 faiz çoxdur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:21
Bu xəbər 04 Noyabr 2025 11:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















