DİN ə yeni vəzifə həvalə olunub
Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Nazirlər Kabineti “Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin əməkdaşlarının sağlamlığının mühafizəsi ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi” haqqında qərar verib.
APA-nın xəbərinə görə, qərara əsasən, Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin əməkdaşlarına (pensiyaya çıxmış əməkdaşlar da daxil olmaqla) və onların ailə üzvlərinə tibbi xidmətin göstərilməsi, o cümlədən xəstəliklərin profilaktikası, ilkin tibbi-sanitariya yardımı, təcili və təxirəsalınmaz tibbi yardım, ambulator-poliklinik və stasionar tibbi yardım, onların tibbi reabilitasiyası və sağlamlaşdırılmasının təmin edilməsi Daxili İşlər Nazirliyi tərəfindən həyata keçiriləcək.
Maliyyə Nazirliyi bu Qərarın icrası ilə əlaqədar müvafiq vəsaitlərin hər il növbəti ilin dövlət büdcəsi layihəsinin tərtibi zamanı Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə razılaşdırılmış təklifləri əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin saxlanılması xərclərinin tərkibində nəzərdə tutulmasını təmin etməli və bu Qərardan irəli gələn digər məsələləri həll etməlidir.
Bu Qərar 2027-ci il yanvarın 1-dən qüvvəyə minir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 17 Sentyabr 2026 12:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















