DİN in katerləri vasitəsilə Kür çayında fasiləsiz xidmət aparılır
Icma.az, Sia Az portalına istinadən məlumat verir.
III MDB Oyunları çərçivəsində Mingəçevir şəhərində keçiriləcək avarçəkmə yarışlarında təhlükəsizliyin yüksək səviyyədə təmin olunması məqsədilə Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən Kür çayında gücləndirilmiş xidmət təşkil olunub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, xidmətə əlavə katerlər və canlı qüvvə cəlb edilib.
“Polis əməkdaşları su hövzəsində ictimai asayişin qorunması, hər hansı hüquqazidd əməllərin qarşısının vaxtında alınması, eləcə də köməyə ehtiyacı olan şəxslərə operativ yardım göstərilməsi istiqamətində fasiləsiz rejimdə fəaliyyət göstərirlər”, - deyə məlumatda bildirilir.

III MDB oyunları ilə əlaqədar Kür çayında DİN in katerləri fasiləsiz xidmət aparır
01 Oktyabr 2025 10:51
Kür çayında araşdırma aparılır
24 Avqust 2025 10:16
Kür çayında iki nəfər batdı, axtarış aparılır
19 Fevral 2025 21:20
Kür çayında kritik vəziyyət
11 Avqust 2025 16:36
Kür çayında yeniyetmə boğuldu
02 Avqust 2025 18:46

