Icma.az
close
up
RU
Dini konfessiya rəhbərləri bəyanat yaydılar

Dini konfessiya rəhbərləri bəyanat yaydılar

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycanın dini konfessiya rəhbərləri 27 sentyabr – Anım Günü ilə bağlı bəyanat yayıblar.

Modern.az xəbər verir ki, bəyanatda 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsinin Azərbaycan Ordusunun şanlı zəfəri ilə başa çatdığı qeyd olunub.

Bildirilib ki, bu tarix Azərbaycan xalqının tarixinə əbədi həkk olunub:

“Bu tarix təkcə bizim üçün deyil, bütün bəşəriyyət üçün Haqq və Ədalətin təcəllisi günü, Böyük Zəfər yolunun başlanğıc nöqtəsi kimi yaddaşlarda əbədi qalacaqdır. Bizim xalqımız bu Anım gününü Vətən uğrunda qəhrəmanlıq və şəhadətin Şərəf salnaməsi kimi daima yaşadacaqdır!”

Bəyanatda qeyd olunub ki, 27 sentyabrda başlayan və 44 gün davam edən savaş düşmənin tam təslim aktı ilə Azərbaycan Ordusunun şanlı zəfəri kimi tarixə yazılıb:

“Noyabrın 8-də Ermənistanın 30 illik işğalçı siyasətinə son nöqtə qoyuldu. Azərbaycan öz əzəli torpaqlarında Ulu Öndər Heydər Əliyevin “Dövlətçiliyimizin və müstəqilliyimizin rəmzi” adlandırdığı üçrəngli bayrağını qaldırdı”.

Dini konfessiya rəhbərləri vurğulayıblar ki, qələbənin müəllifi və müzəffər sərkərdəsi Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevdir.

“Bu 44 gün ərzində onun əzmi, qətiyyəti, mərdliyi, cəsarəti hər kəsə - ordumuzun əsgərinə, xalqımızın övladlarına, dinindən və dilindən asılı olmayaraq ölkəmizin bütün vətəndaşlarına unudulmaz anlar yaşatdı”, - bəyanatda bildirilib.

Bəyanatda 30 ilə yaxın davam edən işğal dövrünə də toxunulub. Qeyd edilib ki, Ermənistan Azərbaycanın ərazisinin 20 faizini işğal altında saxlayıb, işğal müharibə və insanlıq əleyhinə cinayətlərlə müşayiət olunub.

“Ermənistan tərəfindən həyata keçirilən etnik təmizləmə nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl etməyən Ermənistan cəzasızlıqdan ruhlanaraq işğalın davam etdirilməsi yolunu seçdi, qəsdən danışıqlar prosesini pozdu”, - bəyanatda qeyd olunub.

Sənəddə 2020-ci ilin iyulunda Ermənistanın Azərbaycanla dövlət sərhədi boyunca hərbi təxribat törətdiyi, Tovuz rayonu istiqamətində açılan artilleriya atəşi nəticəsində 13 hərbçi və mülki şəxsin həlak olduğu bildirilib.

Bəyanatda vurğulanıb ki, sentyabrın 27-də Azərbaycan BMT Nizamnaməsində təsbit edilmiş özünümüdafiə hüququndan istifadə edərək öz ərazisində əks-hücum əməliyyatına başlayıb.

Dini konfessiya rəhbərləri 44 günlük müharibə zamanı Ermənistan silahlı qüvvələrinin Azərbaycan şəhərlərini və yaşayış məntəqələrini atəşə tutduğunu qeyd ediblər.

“Ermənistanın Azərbaycanın hərbi mövqelərinə və mülki şəxslərinə qarşı irimiqyaslı hücumuna cavab olaraq, sentyabrın 27-də Azərbaycan BMT Nizamnaməsində təsbit edilmiş özünümüdafiə hüququndan istifadə edərək, öz ərazisində Ermənistana qarşı əks-hücum əməliyyatına başladı”.

Bəyanatda bildirilib ki, müharibədən sonra da dini konfessiya rəhbərləri Azərbaycanın mövqeyinin beynəlxalq dini mərkəzlərə və qurumlara çatdırılması istiqamətində fəaliyyət göstəriblər.

“Azərbaycanda fəaliyyət göstərən bütün dini konfessiyalarla bir olduq, çiyin-çiyinə haqq mücadiləmizə birgə yardımçı olduq. Bu gün də Azərbaycandakı katoliklər, pravoslavlar, yəhudilər, alban-udilər müsəlmanlarla bərabər Vətən şəhidlərinin ailələrini diqqət və qayğı ilə əhatə edirlər, onların xatirələrini layiqli şəkildə anırlar”, - bəyanatda bildirilib.

Sənəddə Azərbaycan Ordusunun şəhidlərinin xatirəsi ehtiramla yad edilib:

“Polad Həşimov, Mübariz İbrahimov, Albert Aqarunov, Denis Pronin, Yakovlev, Polovinko, Senyuşkin və b. kimi yüzlərlə qəhrəmanımız doğma Azərbaycan üçün şəhidlik zirvəsinə ucaldılar. Onların əziz xatirəsi əbədi olaraq qəlblərimizdə yaşayacaq və daima ehtiramla yad olunacaqdır”.

Bəyanatda Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işlərinə də toxunulub. Qeyd olunub ki, dağıdılmış şəhər və kəndlərin bərpası, ərazilərin minalardan təmizlənməsi istiqamətində genişmiqyaslı işlər davam etdirilir.

“Bərpa olunmuş tarixi məscid binalarından ucalan Azan səsləri, bərpa və yenidən qurulan ibadətgahlar, xristian məbədləri mənəvi dəyərlərini, multikultural dini irsini milli sərvət olaraq dəyərləndirən, onu dirçəldərək hifz edən Azərbaycan dövlətinin tolerant dövlət siyasətinin təzahürüdür”, - bəyanatda vurğulanıb.

Dini konfessiya rəhbərləri bəyanatın sonunda qeyd ediblər ki, əsas məqsədləri gələcəkdə müharibələrin, insan tələfatının, terror aktları və münaqişələrin qarşısının alınması üçün tarixin dərslərini xatırlatmaqdır.

Bəyanatı imzalayanlar sırasında Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev, Rus Pravoslav Kilsəsinin Azərbaycan Yeparxiyasının yepiskopu Aleksi, Alban-udi dini icmasının sədri Robert Mobili, Azərbaycanda Katolik Kilsəsinin Apostol Prefekturasının general vikarisi Yozef Marek, Sefarad yəhudilərinin Bakı dini icmasının sədri Zamir İsayev və Avropa yəhudiləri dini icmasının sədr müavini Yevgeni Brenneysen yer alıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://modern.az
archiveBu xəbər 24 Sentyabr 2026 11:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see320

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see310

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see256

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see256

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see243

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see243

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see240

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see237

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see230

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see228

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see227

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see223

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see217

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see214

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see214

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see205

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see204

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see201

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see199

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri