Dini qurumlarının rəhbərləri Şuşa ilə tanış olublar
Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.
Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin dini məsələlər üzrə dövlət qurumlarının rəhbərləri Şuşa ilə tanış olublar.
Bakıvaxtı.az xəbər verir ki, Şuşada TDT ölkələri dini məsələlər üzrə dövlət qurumları rəhbərlərinin Birinci görüşünün iştirakçıları Şuşa şəhərinin gəzməli və tarixi məkanlarına baş çəkiblər.
Qonaqlar əvvəlcə Azərbaycan ədəbiyyatı və incəsənətinin görkəmli nümayəndələri Xurşidbanu Natəvan, Üzeyir Hacıbəyli və Bülbülün işğal zamanı ermənilər tərəfindən güllələnmiş heykəllərinin sərgiləndiyi Şuşa şəhər mərkəzi meydanında olublar.
Qonaqlara Şuşa şəhərinin işğaldan əvvəlki dövrü və işğaldan azad edildikdən sonra şəhərdə aparılan bərpa-quruculuq işləri barədə ətraflı məlumat verilib. Onlar daha sonra Şuşa Yaradıcılıq Mərkəzində "Heydər Əliyev və Qarabağ" fotosərgisinə baxıblar, X.Natəvanın imarəti, "Xan qızı" bulağı, Şuşa qalası, Aşağı Gövhər Ağa məscidi, Yuxarı Gövhər Ağa məscidi ilə tanış olublar.
Sonda Cıdır düzünə gələn qonaqlar buradan açılan mənzərəni seyr ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:144
Bu xəbər 30 İyun 2026 15:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















