Icma.az
close
up
RU
Diplomat: Bu ilin ilk yeddi ayında Çin ilə Azərbaycan arasında ticarət dövriyyəsi 26 faiz artaraq 2,45 milyard dollara çatıb

Diplomat: Bu ilin ilk yeddi ayında Çin ilə Azərbaycan arasında ticarət dövriyyəsi 26 faiz artaraq 2,45 milyard dollara çatıb

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 8 sentyabr, AZƏRTAC

Çin Azərbaycanın dördüncü ən böyük ticarət tərəfdaşı və əsas idxal mənbəyinə çevrilib.

AZƏRTAC xəbər verir ki, bunu Çin Xalq Respublikasının Azərbaycandakı səfiri Lu Mey Prezident İlham Əliyevin Çinə son səfərinin yekunlarına həsr olunmuş brifinqdə deyib.

“Prezident İlham Əliyevin Çinə səfərinin sıx qrafikinə baxmayaraq, o, “China Communications Construction Company”, “China Energy Engineering Group”, “Power Construction Corporation of China”, “China National Chemical Engineering”, “Sichuan Sunsync Photovoltaic Technology” kimi şirkətlərin rəhbərləri, həmçinin Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti ilə görüşüb.

Görüşlər zamanı tərəflər infrastruktur tikintisi, neft-kimya və neft emalı, emal sənayesi və istehsal gücləri kimi ənənəvi sahələrdə əməkdaşlığı müzakirə ediblər. Eyni zamanda, onlar yaşıl energetika, ətraf mühitin mühafizəsi, su ehtiyatlarının idarə olunması və rəqəmsal iqtisadiyyat kimi yeni sahələr üzrə də fikir mübadiləsi aparıblar. Yuxarıda qeyd olunan görüşlər Prezident İlham Əliyevin iki ölkə arasında praqmatik əməkdaşlığın dərinləşdirilməsinə verdiyi böyük diqqəti, həmçinin Çin müəssisələrinin potensialına yüksək qiymətini və etimadını tam şəkildə əks etdirməklə, hər iki ölkə üçün inkişaf imkanlarına çıxışın təmin olunmasına dair müsbət siqnal olub.

Çin və Azərbaycan iqtisadiyyatları bir-birini tamamlayır və sənaye və investisiya əməkdaşlığı üçün böyük potensiala malikdir. Qarşılıqlı fayda və ümumi qazancla xarakterizə olunan iki ölkə arasında praqmatik əməkdaşlıq insanlara fayda gətirir. Son dövrdə bu əməkdaşlıq aşağıdakı xüsusiyyətləri nümayiş etdirib, ikitərəfli ticarətin artım tempi sürətli olaraq qalır. Bu ilin iyun ayında Pekin və Bakı Azərbaycanın ÜTT-yə qəbul olunması üçün bazarlara çıxış üzrə danışıqları əhəmiyyətli dərəcədə başa çatdırıblar.

Azərbaycanın statistik məlumatlarına görə, bu ilin ilk yeddi ayında Çin ilə Azərbaycan arasında ticarət dövriyyəsi 2,45 milyard ABŞ dolları təşkil edib ki, bu da illik həcmdə 26 faiz artım deməkdir. İllik ticarət dövriyyəsinin rekord səviyyəyə çatacağı gözlənilir.

Bu gün Baş nazirin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi yüksəksəviyyəli nümayəndə heyəti 25-ci Çin Beynəlxalq Ticarət və İnvestisiya Yarmarkasında iştirak etmək üçün Çin Xalq Respublikasına yola düşəcək. O, həmçinin Çin-Azərbaycan İkitərəfli İnvestisiya Forumuna və Çin-Azərbaycan İnvestisiya Əməkdaşlığı üzrə Birinci İşçi Qrupunun iclasına sədrlik edəcək. Məqsəd iki tərəf arasında iqtisadi-ticari və investisiya əməkdaşlığına yeni təkan verməkdir”, – deyə Lu Mey vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Sentyabr 2025 17:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see233

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see219

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see194

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see186

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see185

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see173

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see159

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see157

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see153

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see150

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri