Icma.az
close
up
RU
“Diplomatic World Sweden” saytında COP29 haqqında məqalə dərc olunub AZƏRTAC

“Diplomatic World Sweden” saytında COP29 haqqında məqalə dərc olunub AZƏRTAC

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Stokholm, 30 noyabr, Nərgiz Cəfərli, AZƏRTAC

Əsas auditoriyası diplomatlar, siyasətçilər, eləcə də İsveçdə akkreditə olunmuş diplomatik korpusun üzvləri olan “Diplomatic World Sweden” saytı noyabrda Bakıda keçirilən iqlim sammitinə məqalə həsr edib.

AZƏRTAC xəbər verir ki, “Bakıda keçirilən tarixi COP29 iqlim konfransından sonra dünya nəhayət bir ümid şüası tapır” sərlövhəli məqalənin müəllifi qeyd edir ki, forum iqlim dəyişikliyi ilə qlobal mübarizədə tarixi hadisəyə çevrilib. Konfrans iştirakçıları 2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələrə yardım üçün hər il 1,3 trilyon dollar toplamaq məqsədi daşıyan iddialı Bakı Maliyyə Məqsədini qəbul etdilər. Bu qərar beynəlxalq ictimaiyyətin ən həssas ölkələri dəstəkləməkdə prioritet olduğunu vurğulayır.

Konfransın mühüm diplomatik danışıqlar platformasına çevrildiyi bildirilir. Nəticədə sənayeləşmiş ölkələr hər il 300 milyard dollar ayırmağı öhdələrinə götürdülər ki, bu da əvvəlki planlardan 50 milyard dollar çoxdur. Danışıqlara töhfə verən investorların və özəl sektorun rolu vurğulanır.

Məqalədə yüksək şəffaflıq səviyyəsinə malik karbon bazarlarının yaradılmasına yol açan Paris Sazişinin 6-cı maddəsinin müzakirəsindəki irəliləyişə xüsusi diqqət yetirilir. Bu bazarların 2050-ci ilə qədər hər il 1 trilyon dollara qədər gəlir əldə edəcəyi və eyni zamanda milli iqlim strategiyalarının xərclərini azaldacağı gözlənilir.

Nəşr qeyd edir ki, konfrans bir sıra əsas təşəbbüslərin platformasına çevrilib. Enerjinin saxlanması, elektrik şəbəkələrinin modernləşdirilməsi və hidrogen texnologiyalarının inkişafı sahələrində razılaşmalar əldə edilib. Bu addımlar bərpaolunan enerjiyə keçidi sürətləndirməyə və qazıntı yanacaqdan asılılığı azaltmağa kömək edəcək.

Məqalədə konfransın maliyyə uğuru - 7,3 milyard dollar toplandığı vurğulanır. Həmçinin İtki və Zərər Fondunun isə ən həssas ölkələrə kömək etmək üçün 730 milyon dollardan çox vəsait aldığı qeyd edilib.

Sonda deyilir ki, COP29 innovativ yanaşmalar, maliyyə ambisiyaları və beynəlxalq əməkdaşlığın qlobal çağırışların öhdəsindən necə gələ biləcəyini nümayiş etdirdi. Bakı iqlim dəyişmələri ilə mübarizədə dünya ictimaiyyətinin birliyinin simvoluna çevrilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:97
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 Noyabr 2024 07:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see234

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see220

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see202

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see195

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see188

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see187

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see184

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see174

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see172

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see169

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see160

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see159

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see157

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see154

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see151

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see150

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri