Icma.az
close
up
RU
525ci qəzet “Diplomatic World Sweden” saytında COP29 haqqında məqalə dərc olunub

525ci qəzet “Diplomatic World Sweden” saytında COP29 haqqında məqalə dərc olunub

Icma.az, 525.az saytına istinadən bildirir.

Əsas auditoriyası diplomatlar, siyasətçilər, eləcə də İsveçdə akkreditə olunmuş diplomatik korpusun üzvləri olan “Diplomatic World Sweden” saytı noyabrda Bakıda keçirilən iqlim sammitinə məqalə həsr edib.

525.az xəbər verir ki, “Bakıda keçirilən tarixi COP29 iqlim konfransından sonra dünya nəhayət bir ümid şüası tapır” sərlövhəli məqalənin müəllifi qeyd edir ki, forum iqlim dəyişikliyi ilə qlobal mübarizədə tarixi hadisəyə çevrilib. Konfrans iştirakçıları 2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələrə yardım üçün hər il 1,3 trilyon dollar toplamaq məqsədi daşıyan iddialı Bakı Maliyyə Məqsədini qəbul etdilər. Bu qərar beynəlxalq ictimaiyyətin ən həssas ölkələri dəstəkləməkdə prioritet olduğunu vurğulayır.

Konfransın mühüm diplomatik danışıqlar platformasına çevrildiyi bildirilir. Nəticədə sənayeləşmiş ölkələr hər il 300 milyard dollar ayırmağı öhdələrinə götürdülər ki, bu da əvvəlki planlardan 50 milyard dollar çoxdur. Danışıqlara töhfə verən investorların və özəl sektorun rolu vurğulanır.

Məqalədə yüksək şəffaflıq səviyyəsinə malik karbon bazarlarının yaradılmasına yol açan Paris Sazişinin 6-cı maddəsinin müzakirəsindəki irəliləyişə xüsusi diqqət yetirilir. Bu bazarların 2050-ci ilə qədər hər il 1 trilyon dollara qədər gəlir əldə edəcəyi və eyni zamanda milli iqlim strategiyalarının xərclərini azaldacağı gözlənilir.

Nəşr qeyd edir ki, konfrans bir sıra əsas təşəbbüslərin platformasına çevrilib. Enerjinin saxlanması, elektrik şəbəkələrinin modernləşdirilməsi və hidrogen texnologiyalarının inkişafı sahələrində razılaşmalar əldə edilib. Bu addımlar bərpaolunan enerjiyə keçidi sürətləndirməyə və qazıntı yanacaqdan asılılığı azaltmağa kömək edəcək.

Məqalədə konfransın maliyyə uğuru - 7,3 milyard dollar toplandığı vurğulanır. Həmçinin İtki və Zərər Fondunun isə ən həssas ölkələrə kömək etmək üçün 730 milyon dollardan çox vəsait aldığı qeyd edilib.

Sonda deyilir ki, COP29 innovativ yanaşmalar, maliyyə ambisiyaları və beynəlxalq əməkdaşlığın qlobal çağırışların öhdəsindən necə gələ biləcəyini nümayiş etdirdi. Bakı iqlim dəyişmələri ilə mübarizədə dünya ictimaiyyətinin birliyinin simvoluna çevrilib (AZƏRTAC).

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:111
embedMənbə:https://525.az
archiveBu xəbər 30 Noyabr 2024 10:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see272

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see260

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see255

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see241

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see232

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see220

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see216

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see192

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see188

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see181

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see181

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see180

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see166

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see161

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see156

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see146

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see144

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see138

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see136

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri