Diplomatik manevr: Qərb Ukrayna ilə bağlı Tramp Putin danışıqlarına hazırlaşır
Icma.az, Oxu.az saytına istinadən bildirir.
ABŞ, bir sıra Avropa ölkələri və Ukraynadan yüksəkvəzifəli rəsmilər bu həftə sonu Böyük Britaniyada toplaşaraq Ağ Ev rəhbəri Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında görüş üçün ümumi mövqe hazırlaya bilərlər.
Oxu.Az-ın məlumatına görə, bu barədə "Axios" mənbələrə istinadən xəbər verir.
Belə bir görüş keçirmək ideyası Ukrayna və bir neçə NATO müttəfiqinin şəxsi qaydada Trampın onların mövqeyini nəzərə almadan Putinin müharibəni dayandırmaq təkliflərini qəbul edə biləcəyi ilə bağlı narahatlıqlarını bildirməsindən sonra yaranıb.
Nəşrdə qeyd olunur ki, bu danışıqların təşkili hələ də müzakirə mərhələsindədir, o cümlədən kimin iştirak edəcəyi aydın deyil.
Daha əvvəl Tramp Putinlə görüşünün 15 avqustda Alyaskada baş tutacağını bildirmiş, məlumat Kreml tərəfindən təsdiqlənmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 09 Avqust 2025 14:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















