Icma.az
close
up
RU
Ukrayna böhranı: Rusiya və Qərb arasında diplomatik uçurum ANALİZ

Ukrayna böhranı: Rusiya və Qərb arasında diplomatik uçurum ANALİZ

Icma.az, Sherg.az saytına istinadən bildirir.

Son illərdə dünyada baş verən hadisələr göstərir ki, böyük dövlətlər arasında rəqabət daha da güclənib. Xüsusilə də ABŞ, Rusiya, Çin və Avropa İttifaqı kimi güclər öz maraqlarını qorumaq üçün müxtəlif yollarla: bəzən hərbi, bəzən isə iqtisadi vasitələrlə bir-biri ilə mübarizə aparırlar. Ukraynada baş verən münaqişə də bu mübarizənin nəticəsi kimi qiymətləndirilə bilər. Bu müharibə təkcə Rusiya və Ukrayna arasında deyil, həm də böyük güclərin qarşıdurması fonunda baş verir. ABŞ bu prosesdə birbaşa iştirak etməsə də, dolayısı ilə təsir göstərir və öz strateji maraqlarını qorumağa çalışır. Hazırda vəziyyət mürəkkəbdir və tərəflər arasında sülhə nail olmaq çətin görünür. Bu da münaqişənin nə qədər davam edəcəyi və nəticələrinin kimlər üçün daha ağır olacağı suallarını gündəmə gətirir.


Mövzu ilə bağlı politoloq Azad Məsiyev Sherg.az-a açıqlama verib:


"Bu problemin əsasları 2014-cü ildə ABŞ prezidenti Barak Obamanın dövründə, "demokratiya" ideyası adı altında Ukraynada baş verən hakimiyyət dəyişikliyi ilə qoyuldu. 2015-ci ilin fevralında Barak Obama CNN kanalına verdiyi müsahibədə “Ukraynada hakimiyyəti biz devirdik” fikrini səsləndirdi. Bu açıqlama ABŞ-nin bölgədəki strateji maraqlarının açıq göstəricisi kimi qiymətləndirilə bilər.

ABŞ-da hakimiyyət dəyişikliklərinə baxmayaraq, dövlətin xarici siyasətində dəyişməyən bəzi əsas strategiyalar mövcuddur. Bunlardan biri də ABŞ-nin qlobal üstünlüyünü qorumaq və bu üstünlüyə təhlükə yaradan amilləri neytrallaşdırmaqdır. Bu baxımdan ABŞ-nin qarşısında üç əsas təhlükə mövcuddur: hərbi güc baxımından–Rusiya, iqtisadi güc baxımından–Çin, pul vahidi baxımından-Avropa(Avro). Bu çərçivədə, ABŞ-nin strateji beyin mərkəzləri Rusiya-Ukrayna müharibəsinin başlanmasını təmin etməklə, bir neçə məqsədə xidmət edən prosesləri işə saldı. Müharibə nəticəsində Rusiya ilə Avropa arasında iqtisadi və enerji əlaqələri zəiflədi, Avropa hərbi və iqtisadi baxımdan çətin vəziyyətə düşdü, ABŞ isə proseslərə birbaşa hərbi müdaxilə etmədən, geosiyasi üstünlüyünü möhkəmləndirdi.

Bayden administrasiyası hərbi xaos vasitəsilə bu strategiyanı davam etdirərkən, Tramp dövründə iqtisadi xaosa fokuslanıldı". 


Ekspert Trampın əsas hədəfinin Çin olduğunu və onun siyasətinin Çinin iqtisadiyyatını zəiflətməyə yönəldiyini bildirib: 

"Eyni zamanda, Avropanın pul vahidi olan avronun qlobal bazarda rolunun azaldılması da ABŞ üçün strateji hədəf idi.

İqtisadi güclənmənin əsas şərtləri olan xammal və enerji resursları Rusiya ilə əlaqəlidir. Müharibə şəraitində bu resursların Avropaya axını azalır, nəticədə Avropa iqtisadiyyatı zəifləyir. Bu isə ABŞ-nin maraqlarına tam uyğun gəlir. ABŞ münaqişənin pik həddində bir növ geri çəkilərək, Avropanın daha da zəifləməsinə şərait yaradır.

Trampın fərqli yanaşması isə Çinə yönəlmiş iqtisadi mübarizə ilə bağlıdır. Məqsəd, Çin iqtisadiyyatını zəiflətmək, Avronun dünya bazarındakı təsirini azaltmaq və ABŞ dollarının dominantlığını qorumaqdır.

Rusiya-Ukrayna müharibəsi nə qədər "insani dəyərlər" və "demokratiya" ilə əsaslandırılsa da, əslində bu prosesdə ən çox zərər çəkən tərəf Ukraynadır.

Münaqişə başlamasaydı, Ukraynanın NATO-ya daxil olması ehtimalı Rusiya üçün daha ciddi təhlükə yaradacaqdı. Lakin münaqişənin başlaması da ABŞ-nin maraqlarına uyğun idi. Bu yolla Rusiya Avropadan təcrid olundu, sanksiyalara məruz qalaraq qlobal iqtisadi sistemdən kənarlaşdırıldı.

Ümumilikdə, istər Bayden, istərsə də Tramp prezidentliyə gəlsin, hər iki siyasət ABŞ-nin uzunmüddətli strategiyasına xidmət etməlidir. Əgər Trampın siyasəti bu strategiyaya zidd olarsa, onun hakimiyyətdə qalması çətinləşə bilər".


Politoloq Sultan Zahidov isə Trampın son ritorikasının ABŞ-nin Ukrayna-Rusiya sülh prosesindən yavaş-yavaş çəkilmək niyyətində olduğunu göstərdiyini deyib: 


"Mövcud vəziyyətdə bu prosesin yaxın zamanda nəticə verəcəyi ehtimalı zəifdir. Tərəflər arasında ciddi mövqe fərqləri mövcuddur: Ukrayna 30 günlük, qeyri-şərtsiz atəşkəs istəyir, lakin Rusiya müharibəyə səbəb olan kök problemlərin həllini tələb edir. Buna görə də üfüqdə hər hansı bir kompromis görünmür.

ABŞ bu prosesdə nəticəsiz şəkildə iştirak etdikcə, bu onun beynəlxalq nüfuzuna mənfi təsir göstərir. Vaşinqton da görünür ki, bu səbəbdən prosessdən tədricən uzaqlaşmaq niyyətini gizlətmir.

Digər tərəfdən, Avropa "Ukraynaya Dəstək Naminə İradə Koalisiyası" adlı yeni bir ittifaq yaradıb. Bu koalisiya Ukraynaya hərbi dəstəyin artırılmasını və eyni zamanda Rusiyaya qarşı sanksiyaların gücləndirilməsini hədəfləyir. Belə olan halda, Ukraynanın Rusiyanın kapitulyasiyaya bərabər olan şərtlərinə razılaşması real görünmür. Bu isə atəşkəs məsələsinin daha da təxirə salınmasına səbəb olur.

Burada əsas sual əgər atəşkəs imzalanmayacaqsa, bu münaqişənin nə qədər davam edəcəyi və bu qarşıdurma davam etdikcə hansı tərəfin daha çox zərər görəcəyidir".


Ekspert hazırda Ukraynanın təxminən 20% ərazisinin işğal altında olduğunu qeyd edib: 

"Rusiya həm iqtisadi, həm də insan resursları baxımından ciddi itkilərlə üzləşir. Müharibənin davam etməsi hər iki tərəf üçün mənfi nəticələr doğurur. Lakin tərəflər güzəştə getmək istəmədikləri üçün sülh perspektivi bu mərhələdə kifayət qədər qeyri-müəyyən və bulanıq görünür.

Bu səbəbdən ABŞ hazırda diqqətini digər regionlara –Yaxın Şərqə və Uzaq Şərqə yönəltməyə çalışır. Bu isə "ABŞ-nin Ukraynaya hərbi dəstəyi davam edəcəkmi?" sualını gündəmə gətirir.

Çünki bu dəstək olmadan Ukraynanın cəbhədə müqavimət gücü ciddi şəkildə azalacaq".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:127
embedMənbə:https://sherg.az
archiveBu xəbər 22 May 2025 16:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see222

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see206

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see179

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see176

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see170

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see166

KİV: İsveçrədə yanğın baş verən barın sahibi Fransada insan alverində təqsirli bilinib

06 Yanvar 2026 20:17see160

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see158

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see154

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see154

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see154

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see148

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see147

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see144

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see141

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see141

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see134

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see133

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see132

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri