Icma.az
close
up
RU
Diplomatik sabitliyin təşviqi Azərbaycanın mövqeyini müəyyən edən əsas sütunlardır Deputat

Diplomatik sabitliyin təşviqi Azərbaycanın mövqeyini müəyyən edən əsas sütunlardır Deputat

Icma.az xəbər verir, Unikal.az saytına əsaslanaraq.

"13-15 mart 2025-ci il tarixlərində keçirilən XII Qlobal Bakı Forumu dünya siyasi gündəminin mərkəzində dayanan mühüm məsələlərin müzakirə olunduğu aparıcı platformadır. “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda təşkil olunan builki Forumda Prezident İlham Əliyevin çıxışı Azərbaycan dövlətinin strateji baxışını, eyni zamanda post-pandemiya və post-münaqişə dövrünün qlobal arxitekturasında yeni yanaşmaların vacibliyini ortaya qoydu".

Bunu "Unikal"a açıqlamasında Milli Məclisin deputatı Bədəl Bədəlov deyib. Deputat bildirib ki, Qlobal Bakı Forumu artıq uzun müddətdir ki, siyasi liderlərin, sabiq dövlət və hökumət başçılarının, beynəlxalq təşkilat rəhbərlərinin, fikir adamlarının və akademik dairələrin bir araya gəldiyi mühüm intellektual platformaya çevrilib:

"Burada təqdim olunan mövqelər, çağırışlar və ideyalar qlobal dialoqun gələcək trayektoriyasını formalaşdırmaq gücünə malikdir. Prezident İlham Əliyev çıxışında Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin bu platformanın təşkili və inkişafında oynadığı rolu qeyd edərək, onun dünya miqyaslı fəaliyyətini xüsusi vurğulayıb. Mərkəzin üzvlərinin COP29 kimi qlobal tədbirdə fəal iştirakı, 16 panel müzakirəsinə ev sahibliyi etməsi və müstəqil pavilyonla çıxış etməsi bu təşkilatın fəaliyyət miqyasını və əhəmiyyətini bir daha nümayiş etdirib. Bu, həm də Azərbaycanın elmi-siyasi dialoq mədəniyyətinə verdiyi töhfənin göstəricisidir. Dövlətimizin başçısı çıxışında enerji siyasəti ilə bağlı strateji istiqamətləri daimi prioritet kimi diqqətə çatdırıb. Ənənəvi enerji resurslarına malik olan Azərbaycanın paralel şəkildə yaşıl enerjiyə keçid üzrə apardığı işlər nümunəvi siyasət kimi təqdim olunub. Qeyd edilib ki, 2030-cu ilə qədər bərpaolunan enerjidən, əsasən günəş və küləkdən, o cümlədən Azərbaycanın azad edilmiş ərazilərdəki hidroresurslardan əlavə 6.5 giqavatlıq enerji gücləri alınacaq. Bu yanaşma yalnız daxili ehtiyaclara deyil, regional və qlobal enerji təhlükəsizliyinə də töhfə verir. Azərbaycan artıq təkcə karbohidrogen ixracatçısı deyil, eyni zamanda yaşıl enerji ixracatçısı kimi yeni status qazanmaqdadır. Təxminən 200 ölkənin yekdil qərarı ilə COP29 tədbirinin Azərbaycanda keçirilməsi, beynəlxalq ictimaiyyətin dövlətimizə göstərdiyi hörmət və etimadın ifadəsi kimi dəyərləndirilir. Bu qərar, həmçinin Azərbaycanın iqlim gündəliyinə inteqrasiya səviyyəsinin və qlobal ekoloji məsələlərdə tərəfdaşlıq potensialının göstəricisidir. Forumda ətraf mühitə məsuliyyətli münasibət və yaşıl iqtisadiyyatın təşviqi faktorları dövlət başçısı tərəfindən Azərbaycanın gələcək inkişaf modelinin əsasını təşkil edən hədəflərin tərkib hissəsi kimi təqdim olunub".

Onun sözlərinə görə, Cənab İlham Əliyev çıxışında vurğulayıb ki, biz faydalı qazıntılarla zənginik, gündəliyimizdə bərpaolunan enerjiyə diqqət yetirilir: “Bu gün artıq qərara alınıb ki, gələn illərdə Azərbaycanın bərpaolunan enerji imkanları faydalı qazıntıdan olan enerji istehsalına demək olar ki, bərabər olacaq. Bu gün Azərbaycanda yaradılmış enerji istehsalı imkanları 8 giqavatdır. 2030-cu ilə qədər bizim bərpaolunan enerjidən, əsasən günəş və küləkdən, o cümlədən Azərbaycanın azad edilmiş ərazilərdəki hidroresurslardan əlavə 6.5 giqavatlıq enerji güclərimiz olacaq. Beləliklə, biz bu günə olan potensialımızı demək olar ki, iki dəfə artıracağıq. Bunun sayəsində biz nəinki neft və qazı, o cümlədən yaşıl enerjini də ixrac edə biləcəyik. Bu rəqəmlər tamamilə realdır. Onlar artıq imzalanmış müqavilələrə və anlaşma memorandumlarına əsaslanır. Biz artıq həmin layihələrin icrasını görürük. Beləliklə, düşünürəm ki, Azərbaycanda COP29-u təşkil etmək qərarı Azərbaycanın öz enerji sərvətlərinə çox məsuliyyətli yanaşmasından irəli gəlir”. Azərbaycan Prezidenti çıxışının geniş hissəsini regional təhlükəsizlik məsələlərinə ayıraraq, xüsusilə Ermənistanın keçmişdə törətdiyi təcavüzkar siyasəti beynəlxalq auditoriyanın diqqətinə çatdırıb. İkinci Qarabağ müharibəsi zamanı mülki əhalinin məqsədli şəkildə atəşə tutulması, “İsgəndər M” raketindən istifadə faktı və bu təcavüzlərin beynəlxalq hüquq normalarına zidd olması bir daha vurğulanıb. Həmçinin, bu cür təcrübələr kontekstində Ermənistanın “sülh tərəfdarı” imici yaratmaq cəhdlərinin əsassızlığı açıq şəkildə bəyan edilib. Bu mesaj həm beynəlxalq ictimaiyyətə, həm də regiondakı sabitlik məsələlərinə maraq göstərən dairələrə ünvanlanıb.

Prezident İlham Əliyev Ermənistanla normallaşma prosesi çərçivəsində əsas şərtlərdən biri kimi Ermənistan Konstitusiyasında yer alan ərazi iddialarının ləğv edilməsini mütləq hesab edir. Bu tələb yalnız siyasi deyil, həm də hüquqi baxımdan regional sabitliyin təməl daşı kimi dəyərləndirilir. Eyni zamanda, ATƏT-in Minsk Qrupunun funksional anlamda artıq mövcudluğunu itirdiyi vurğulanaraq, onun buraxılması ilə bağlı beynəlxalq dəstəyə çağırış edilib. Bu, diplomatik sahədə konstruktiv və realist yanaşmanın təzahürüdür. Cənab İlham Əliyev qeyd edib ki, Ermənistana etimad səviyyəsi sıfra bərabərdir, beləliklə, onların hər hansı bir sözünə inanmırıq. Gələcəkdə hər hansı razılaşmalar yalnız yazılı hüquqi sənədlərlə müşayiət olunmalı, şifahi bəyanatlarla kifayətlənilməməlidir. Bu, diplomatik etimadın qurulması üçün minimal şərt kimi təqdim olunur. Cənab İlham Əliyevin XII Qlobal Bakı Forumunda çıxışı yalnız lokal və regional məsələlərin deyil, qlobal sistemdə dəyişən prioritetlərin və yeni geosiyasi düzənin necə dəyərləndirilməli olduğu baxımından da əhəmiyyətlidir. Sülh təşəbbüsləri, enerji transformasiyası, beynəlxalq hüquqa əsaslanan yanaşma və diplomatik sabitliyin təşviqi Azərbaycanın mövqeyini müəyyən edən əsas sütunlardır".


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:129
embedMənbə:https://unikal.az
archiveBu xəbər 15 Mart 2025 15:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see235

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see225

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see198

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see196

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see172

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see168

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see166

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see152

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see152

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see149

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see147

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see147

Azyaşlı qızları maşınına mindirib dəfələrlə zorladı Azərbaycanda ŞOK HADİSƏ

30 Dekabr 2025 05:29see144

Süni intellektin gələcəyi: OpenAI təhlükələrə qarşı mübarizə üçün idarəedici axtarır

30 Dekabr 2025 09:05see142

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see141

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see140

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see138

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see133

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see131

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri