Icma.az
close
up
RU
Diplomatik, yoxsa korporativ məqsəd

Diplomatik, yoxsa korporativ məqsəd

Yeniazerbaycan portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Parisin Gorusda konsulluq açması...

44 günlük Vətən müharibəsində Azərbaycan öz ərazisində 30 illik erməni işğalına son qoymaqla regionda yeni siyasi reallıqlar formalaşdırıb. Bu reallıqlar arasında sülh və əməkdaşlıq, o cümlədən regionun gələcək inkişafı tendensiyasında təhlükəsizlik arqumentinin önə çıxması təsadüfü deyil. Azərbaycanın 2022-ci ildən etibarən irəli sürdüyü sülh təşəbbüsləri regional sabitlik, əməkdaşlıq və təhlükəsizliyin möhkəmlənməsinə yol açır. Ermənistanla razılaşdırılmış sülh sazişi sənədində regiondan kənar dövlətlərin bölgədə destruktiv fəaliyyətlərinə yol verilməməsinin zəruriliyini əks etdirən müddəanın qeyd olunması Azərbaycanın regionun taleyi ilə bağlı məsələlərdə nə dərəcədə ciddi olduğunu sübut edir. Bu xüsusda Fransanın post-münaqişə dövründə Azərbaycana qarşı tutduğu mövqe birmənalı qarşılana bilməz. Fransanın davranışları regionda sülhün bərqərar olunmasına mane olur. Bu mənada, rəsmi Parisin Gorusda konsulluq açması müəyyən suallar doğurur. Xatırladaq ki, iyunun 2-də Fransanın Gorusdakı konsulluğunun açılışı olub. Fəxri konsul postuna isə milliyyətcə erməni olan və Gorus Frankofoniya Mərkəzinin direktoru vəzifəsini icra edən Karmen Apunts təyin olunub.

Konsulluq bu məqsədlə açılıb

Siyasi texnoloqlar hesab edirlər ki, Fransanın Gorusdakı konsulluğu diplomatik məqsədlərə deyil, Parisin həmin bölgədə siyasi və iqtisadi təsir imkanlarının artmasına, ən əsası da kəşfiyyat məlumatlarının toplamasına xidmət edəcək. Onların fikrincə, Ermənistanın Azərbaycanla sərhəd ərazilərdə yerləşən Aİ-nin mülki missiyası ilə bağlı ümidlər puça çıxdıqdan sonra  Paris indi də bu yola əl atıb. Məsələ ilə bağlı politoloq Tural İsmayilov “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, Fransanın Gorusda konsulluq açması Cənubi Qafqazda sülh proseslərinə açıq-aşkar zərbə vurmaq cəhdidir. “Bu addım Azərbaycanın regionda sabitlik və təhlükəsizlik üçün göstərdiyi səylərə kölgə salmaq məqsədi daşıyır. Ermənistanın buna razılıq verməsi onun sülhə sadiq olmadığını bir daha sübut edir. Fransa diplomatiya pərdəsi altında regionda öz geosiyasi maraqlarını güdmək niyyətindədir. Bu, Parisin Cənubi Qafqazda nüfuz uğrunda Rusiya və digər güclərlə rəqabət aparmaq istəyinin göstəricisidir. Ermənistanın bu oyuna alət olması regionun gələcəyi üçün təhlükəlidir”, - deyə T.İsmayilov vurğulayıb. Ekspert, həmçinin bildirib ki, Azərbaycan ilə Ermənistan arasında sülh danışıqları müsbət istiqamətdə irəliləyərkən belə bir addımın atılması qəbuledilməzdir: “Fransanın tələm-tələsik konsulluq açması sülhə dəstək deyil, əksinə, gərginlik yaratmaq manevridir. Ermənistanın Fransaya bel bağlaması onun öz suverenliyini şübhə altına qoyması deməkdir. Aİ-nin mülki missiyasının uğursuzluğu fonunda Parisin bu cür addımlar atması təsadüfi deyil”.

Ermənistan Fransanın “vassalı”na çevrilir?

T.İsmayilovun sözlərinə görə, Fransa regionda öz hərbi və siyasi varlığını gücləndirmək üçün Ermənistandan istifadə edir. O, qeyd edib ki, bu, Cənubi Qafqazın sabitliyinə xələl gətirən məsuliyyətsiz bir siyasətdir. “Ermənistanın Fransanın təhriki ilə hərəkət etməsi region dövlətləri arasında etimadı sarsıdır. Azərbaycanın sülh təşəbbüsləri Qərb tərəfindən təqdir olunsa da, Fransa bu prosesi pozmağa çalışır. Gorusda konsulluğun açılması təkcə diplomatik deyil, həm də kəşfiyyat məqsədləri daşıyır. Fransanın bu addımı regionda yeni münaqişə ocaqları yaratmaq potensialına malikdir”. Eyni zamanda, T.İsmayilov deyib ki, Ermənistanın Fransaya arxalanması onun müstəqil qərar qəbul etmə qabiliyyətini sual altına qoyur. “Parisin Cənubi Qafqazda yerləşmək cəhdi beynəlxalq hüquqa və regionun maraqlarına ziddir. Ermənistan bu cür addımlarla sülh danışıqlarında öz mövqeyini zəiflədir. Bu vəziyyət Parisin ikili standartlar siyasətinin bariz nümunəsidir. Ermənistan öz xarici siyasətini Fransanın əlinə verməklə böyük səhvə yol verir”.

Paris sülhü pozmağa çalışır

“Fransanın Gorusdakı konsulluğu regionda sülhü dəstəkləmək əvəzinə gərginliyi artırır. Cənubi Qafqazda sabitlik və əməkdaşlıq istəyən ölkələr Ermənistan və Fransanın bu siyasətini kəskin şəkildə pisləməlidir. Əks halda regionda siyasi böhranın dərinləşmə ehtimalı böyükdür”, - deyə eskpert bildirib.

Yunis ABDULLAYEV

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:240
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 05 İyun 2025 08:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see286

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see266

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see263

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see259

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see249

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see240

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see240

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see231

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see231

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see228

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see215

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see215

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see209

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see208

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see202

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see200

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see198

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see193

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see192

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri