Icma.az
close
up
RU
Cenevrə görüşləri: Diplomatik ümidlər, yoxsa vaxt qazanma?

Cenevrə görüşləri: Diplomatik ümidlər, yoxsa vaxt qazanma?

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

ABŞ, Ukrayna və Rusiya rəsmilərinin Cenevrədə apardığı danışıqlar, beynəlxalq ictimaiyyət tərəfindən münaqişənin diplomatik həllinə yönələn yeni bir imkan kimi qiymətləndirilir.

Görüşlərin əsas mövzuları humanitar məsələlər, təhlükəsizlik təminatı və atəşkəs formatları üzərində cəmləşib.

Lakin ekspertlər sual edirlər: bu danışıqlar həqiqətən real irəliləyişə yol aça bilər, yoxsa tərəflər yalnız mövqelərini sərtləşdirərək vaxt qazanır?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən siyasi şərhçi Turan Rzayev deyib ki, münaqişənin hərbi fazası uzandıqca tərəflərin resurs itkisi dərinləşir, cəbhə xəttində isə strateji dalan elementləri güclənir. Belə bir məqamda dialoqun bərpası özü-özlüyündə siyasi siqnaldır. Yəni bu, ən azı tərəflərin tam hərbi həll variantının real olmadığını qəbul etdiklərini göstərir.

"Bununla belə, real uzlaşma üçün zəmin hələ zəifdir. Rusiya mövcud nəzarət etdiyi əraziləri danışıqların başlanğıc nöqtəsi kimi təqdim edir və maksimalist mövqeyindən geri çəkilməyə hazır olduğuna dair açıq işarə vermir",- müsahibimiz bildirib.

Onun sözlərinə görə, Ukrayna suverenlik və ərazi bütövlüyü prinsipini əsas xətt kimi saxlayır. Avropa İttifaqı və ümumilikdə Qərb institutları Kiyevə həm maliyyə, həm hərbi, həm də siyasi dayağı davam etdirir ki, bu da müharibənin davamlılığını mümkün edən əsas amillərdəndir: 

"Vaşinqton isə bir tərəfdən Ukraynanın müdafiə qabiliyyətini gücləndirir, digər tərəfdən isə münaqişənin nəzarətsiz eskalasiyasının qarşısını almaq üçün diplomatik kanalları açıq saxlayır. Bu balanslı siyasət faktiki olaraq tərəfləri masa arxasına gətirir, lakin onları kompromisə məcbur edəcək qədər sərt çərçivə yaratmır. Nəticədə Cenevrə görüşü daha çox mövqelərin test edilməsi və gələcək konturların yoxlanılması mərhələsi təsiri bağışlayır".

Turan Rzayev: Cenevrə görüşü diplomatik prosesin institusionallaşması üçün platforma yaradır

Həmsöhbətimiz vurğulayıb ki, davam edən müharibə Ukraynanın iqtisadi və demoqrafik potensialını tükəndirir, Rusiya üçün isə sanksiya yükünü və geosiyasi təcridi dərinləşdirir: 

"Cəbhədə hər hansı tərəfin qəti üstünlük qazanmadığı şəraitdə siyasi həll modeli istər-istəməz qarşılıqlı kompromis üzərində qurulmalıdır. Bu kompromisin ən ağrılı elementi ərazi məsələsidir və məhz burada tərəflərin mövqelərinin yumşalması olmadan dayanıqlı atəşkəs çətin görünür. Kiyevin ərazi güzəşti ehtimalı hazırda rəsmi ritorikada inkar olunsa da, müharibənin uzanması belə ssenarini tam istisna etmir. Eyni şəkildə Moskvanın da təhlükəsizlik təminatları müqabilində müəyyən elastiklik göstərməsi mümkündür".

Sonda Turan Rzayev söyləyib ki, indiki məqamda Cenevrə görüşü müharibənin taleyini dərhal həll etməsə belə, diplomatik prosesin institusionallaşması üçün platforma yaradır. Lakin danışıqlar davamlı xarakter alarsa, tərəflər arasında ilkin ortaq məxrəc humanitar və təhlükəsizlik mexanizmlərindən, daha sonra isə siyasi çərçivədən formalaşa bilər. Sülhün əldə olunması qarşılıqlı güzəşt olmadan formalaşmayacaq.

Əli Hüseynov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 18 Fevral 2026 14:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see373

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see274

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see260

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see249

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see246

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see242

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see236

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see235

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see230

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see221

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see211

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see200

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see197

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see196

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see195

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see195

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see186

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri