Diplomatiyada tarixi uğur Rusiya mediası ölkəmiz barədə hansı xəbəri tirajlayır?
Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Baku TV-nin "Bizdən nə danışırlar?" verilişinin yeni buraxılışı yayımlanıb.
Verilişdə bildirilib ki, Bolqarıstanın "bTV" televiziya kanalı Qarabağ mövzusunda hazırladığı xüsusi reportajında Ağdamı "Qafqazın Hirosiması" adlandıraraq bölgədə barışıq və bərpa proseslərinin çətinliklərini təhlil edib.
Reportajda 1990-cı illərin əvvəllərində Ermənistan tərəfindən işğal olunmuş Ağdam şəhərinin tamamilə dağıdılmasından bəhs olunub.
Diqqətə çatdırılıb ki, Ağdam minalanmış əraziyə çevrilib, evlər yerlə-yeksan edilib, qəbiristanlıqlar təhqir olunub və tarixi abidələr məhv edilib.
Vurğulanıb ki, Azərbaycan dövləti işğaldan azad olunmuş torpaqlarda genişmiqyaslı bərpa və yenidənqurma işlərinə başlayıb, yeni yaşayış massivləri salınır, yollar, infrastruktur və sosial obyektlər inşa olunur.
Rusiyanın "Gazeta.ru" nəşri oxucularına xəbər edib ki, Rusiya Dövlət Dumasının deputatı Vitali Milonov Azərbaycandan nümunə götürməklə Rusiyada qohumlar arasında nikahın qadağan edilməsini təklif edib.
Belə ki, V.Milonovun sözlərinə görə, bu kimi nikahlar mənəvi baxımdan qəbuledilməzdir və uşaqlarda genetik mutasiyalar və xəstəliklərə yol aça bilər.
Deputat qeyd edib ki, o, bu tip nikahların tamamilə qadağan edilməsi təşəbbüsü ilə çıxış edəcək.
Diplomatiyada tarixi uğur - Rusiya mediası ölkəmiz barədə hansı xəbəri tirajlayır?
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:46
Bu xəbər 22 Sentyabr 2025 22:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















