Icma.az
close
up
RU
Kiyevdə tanınan azərbaycanlı neyrocərrahdan unikal beyin əməliyyatı AZƏRTAC ın XÜSUSİ REPORTAJI VİDEO

Kiyevdə tanınan azərbaycanlı neyrocərrahdan unikal beyin əməliyyatı AZƏRTAC ın XÜSUSİ REPORTAJI VİDEO

Azertag saytına istinadən Icma.az xəbər verir.

Kiyev, 25 dekabr, AZƏRTAC

Ukraynada müharibə şəraitinin yaratdığı çətinliklərə baxmayaraq öz şərəfli həkim peşəsini davam etdirən soydaşlarımız da az deyil. Onlardan biri də Kiyevdə Azərbaycan xalqının və ölkəmizin adını uca tutan tanınan gənc həkim-neyrocərrah Emil Əsgərovdur.

Hazırda Kiyev Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Neyrocərrahiyyə kafedrasının həkimi olan soydaşımız neyrovaskulyar patologiya, neyroonkologiya, onurğa və onurğa beyninin patologiyası istiqamətləri üzrə fəaliyyətini davam etdirir. O, Ukraynada doğulub böyüməsinə baxmayaraq, vətəni Azərbaycana bağlı bir gəncdir. Təxminən Azərbaycanın müstəqilliyi qədər yaşı var. 1992-ci ilin iyulun 22-də Kiyevdə doğulan soydaşımız Azərbaycana qəlbən bağlı olduğunu gizlətmir. Ona görə də Azərbaycandan gələn xəstələrə öz köməkliyini əsirgəmir.

AZƏRTAC-ın çəkiliş qrupu azərbaycanlı həkimin Bakıdan gələn xəstə Ramil Allahverdiyevin üzərində apardığı ən ağır cərrahiyyə əməliyyatını izləyərək xüsusi reportaj hazırlayıb. Emil Əsgərovun icra etdiyi beyin törəməsi (tümörü) nevrinoma əməliyyatı 5 saata yaxın çəkib.

Həkim AZƏRTAC-a açıqlamasında bildirib ki, Azərbaycandan xəstə ağır diaqnozla Kiyevə gəlib. “Müharibə şəraitinə baxmayaraq xəstə risk edərək yanıma gəlib. Beynində böyük şiş var idi, bütün sinirlər sıxılmışdı, böyük risklər var idi. Bu unikal əməliyyatdır. Əməliyyatın çətinliyi odur ki, sinirlər zədələnə bilər. Sinirlərə toxunulmadan uğurla keçən əməliyyat 5 saat davam edib. Xəstə artıq özünü yaxşı hiss edir. Normal danışır, görmə qabiliyyəti normaldır və yaxşı eşidir. Əməliyyatdan öncə artıq xəstənin görmə qabiliyyəti zəifləmişdi. Bu əməliyyat olunmasa idi, göz sinirləri atrofiya olunardı və görmə qabiliyyətini itirərdi. Mən həmişə müharibənin çətinliyinə baxmayaraq həmvətənlərimizin müraciətlərinə dərhal reaksiya verirəm. Bir azərbaycanlı kimi həmvətənlərimizin sağlamlığını təmin etmək borcumdur”, - deyə həkim Emil Əsgərov əlavə edib.

Azərbaycandan gələn pasiyent Ramil Allahverdiyev isə əməliyyatdan sonra AZƏRTAC-a öz fikirlərini bölüşüb.

“Sol ayağım və əlimdə keyimə hiss edirdim. Bildim ki, nəsə problem var. Valideynlərim Azərbaycan, Türkiyə, Rusiya, Gürcüstandan neyrocərrahlarla maraqlandılar. Sonda Kiyevdə Emil həkimin yanına gəlmək qərarını verdik. Yolun çətinliyinə baxmayaraq neyrocərrah həkim Emil Əsgərovun yanına gəldik. Şükür əməliyyat uğurla keçib. İndi əlimi, ayağımı normal çalışdıra bilirəm. Fəxr edirəm ki, Ukraynada bu cür soydaşımız olan həkim var. Savadlı həkim soydaşımızın olması mənim üçün fəxrdir. Kənar ölkədə doğma münasibət görürsən”, - deyə Ramil Allahverdiyev bildirib.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:73
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 Dekabr 2025 00:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see307

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see193

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see175

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see165

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see157

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see153

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see148

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see146

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see141

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see140

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see139

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see139

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see136

Hökumə Əliyevaya həsr edilən film yenə təxirə düşdü SƏBƏB

24 Dekabr 2025 12:09see136

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

25 Dekabr 2025 06:29see132

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see132

10 dəqiqəyə hazır: Ən sadə tava börəyi resepti

24 Dekabr 2025 07:15see131

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

25 Dekabr 2025 01:01see129

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

25 Dekabr 2025 09:35see129

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

25 Dekabr 2025 01:15see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri