Icma.az
close
up
RU
“Bu, böyük cinayətdir, müharibə cinayətidir” Ermənistanın Qarabağda meşə talanı

“Bu, böyük cinayətdir, müharibə cinayətidir” Ermənistanın Qarabağda meşə talanı

Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

İşğal dövründə Azərbaycan ərazilərində meşələrin qəsdən qırılması, yandırılması və təbii sərvətlərin talan edilməsi təkcə ekoloji fəsadlarla nəticələnən əməllər deyil, həm də beynəlxalq humanitar hüquq baxımından müharibə cinayətləri kimi hüquqi qiymətləndirilə biləcək hallardır. Ermənistanın bu cinayətlərinin miqyası və Azərbaycan təbiətinə vurduğu uzunmüddətli zərərin dünya ictimaiyyətinə çatdırılması isə xüsusi əhəmiyyət daşıyır.

Prezident İlham Əliyev ötən gün keçirdiyi müşavirədə bildirib ki, işğal dövründə Ermənistan Kəlbəcər, Laçın və Zəngilanda 60 min hektar meşə fondunu məhv edib, talan edib və İkinci Qarabağ müharibəsindən sonra ərazilərdən çıxarkən ağacları yandırıb.

İşğal olunmuş ərazilərdə meşələrin məhv edilməsi, təbii resursların istismarı və müharibə zamanı törədilmiş digər əməllərlə bağlı faktların beynəlxalq ictimaiyyətə çatdırılması, onların hüquqi və ekoloji aspektlərinin araşdırılması bu gün də aktual olaraq qalır.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında deputat Tural Gəncəliyev bildirdi ki, Ermənistan işğal dövründə Azərbaycan ərazilərinin məhv edilməsi, Azərbaycan xalqına məxsus irsin silinməsi ilə yanaşı, resursların talan edilməsi, torpaqların yaşayış üçün yararsız hala salınması məqsədilə 30 ilə yaxın dövr ərzində böyük cinayətlər törədib:

“Təbii ki, bunlar beynəlxalq hüquq və beynəlxalq humanitar hüquq baxımından ağır cinayətlər hesab olunur. Bu baxımdan, Ermənistanın Azərbaycan torpaqlarındakı meşə fondunu, faunasını, florasını məhv etməsi, meşələri dağıtması, ağacları kəsməsi... Hətta xatırlayırsınızsa, 2020-ci ildən sonra Azərbaycan Ordusunun qazandığı qələbədən sonra Ermənistan kapitulyasiya aktını imzalayaraq ərazilərdən geri çəkilərkən belə, meşələri və ağacları talan etməsi, dağıtması, evləri yandırması faktları bütün dünyanın gözü qarşısında baş verirdi. Ermənistan dövləti bundan utanmayaraq, çəkinməyərək bütün bu videoları, fotoları hətta özü çəkib paylaşırdı və bütün dünya qarşısında, necə deyərlər, ifşa olunurdu.

Ona görə də bu, böyük bir cinayətdir, müharibə cinayətidir. Beynəlxalq hüququn, beynəlxalq humanitar hüququn tələbi odur ki, işğalçı dövlət işğal etdiyi ərazilərdə istər vətəndaşların, istər faunanın, istərsə də floranın təhlükəsizliyini təmin etməli, talançılıqla məşğul olmamalıdır. Amma təbii ki, bu, Ermənistan dövlətinə aid deyil. Onun üçün işğal etdiyi əraziləri tamamilə məhv etmək siyasəti həmişə əsas siyasət olub”.

Millət vəkili əlavə etdi ki, bu gün də həmin siyasətin dolayısı ilə davamını görürük:

“Ermənistanın hazırkı ərazisində, İrəvan şəhərində, məsələn, hələ də azərbaycanlılara qarşı savaş davam edir. Onların irsinin dağıdılması, məscidlərimizin və abidələrimizin özgəninkiləşdirilməsi, izlərimizin gizlədilməsi kimi cinayətlər davam edir. Cənab Prezident öz çıxışlarında, təbii ki, bu məsələləri qaldırır. Beynəlxalq ictimaiyyəti ayıq-sayıq olmağa, Ermənistanın törətdiyi cinayətləri görməyə çağırır. Amma yazıqlar olsun ki, beynəlxalq təşkilatlar, xüsusilə də vaxtilə müharibənin tənzimlənməsi ilə məşğul olmalı olan ATƏT, Avropa Şurası Parlament Assambleyası, Avropa institutları və Avropa Parlamenti bu qədər talanın, cinayətin kontekstində bir kəlmə də olsun Ermənistanı qınayan söz deməyib, sənədlər qəbul etməyib".

T.Gəncəliyev qeyd etdi ki, bu vəhşiliklərin, təbii ki, dünyaya çatdırılması istiqamətində Azərbaycan dövləti əlindən gələni edir:

"Dünyada ikili standartlar mövcud olsa da, əsasən bu işləri görməli, bu məsələlərə öz münasibətini bildirməli olan beynəlxalq təşkilatların hamısı sanki gözlərini yumub, görməzdən gəlirlər. Amma biz bundan ötrü ruhdan düşməməli, bu işləri və fəaliyyətimizi davam etdirməliyik. Azərbaycan dövləti əlindən gələni edir. Bu gün biz Qarabağda, Xankəndidə, Şuşada, digər şəhər və kəndlərimizdə tədbirlər keçiririk, diplomatik korpus nümayəndələri ora səfərlər edirlər. Hər dəfə onlar öz gözləri ilə əvvəlki talan edilmiş vəziyyəti və indiki vəziyyəti görürlər. Bu, dünya ictimaiyyətinin həmin reallıqları öz gözü ilə, bilavasitə səfirləri vasitəsilə görməsi baxımından vacibdir.

Daha sonra, dediyim kimi, Azərbaycan beynəlxalq miqyasda müxtəlif tədbirlər, müxtəlif mötəbər diplomatik konfranslar keçirir, Qarabağda, Xankəndidə, Şuşada siyasi və təhlükəsizlik tədbirləri təşkil edir. Ümumiyyətlə, bizim Qarabağı bərpa etməyimiz və qurmağımız Ermənistan dövləti və onun havadarları üçün bir göstəricidir. Onlar həqiqətən də bu müsbət inkişafı görürlər. Əminəm ki, Ermənistanın havadarları, təbii ki, bundan çox narahatlıq keçirirlər, bu addımlar onları məyus edir. Çünki onların vəhşiliyi, törətdikləri cinayətlər bir növ bərpa prosesində həm üzə çıxır, həm də onları bir daha ifşa edir. 1 milyondan çox mina basdıran, bizim təbiətimizə ziyan vuran, insanların həyatını və yaşayışını məhv edən bir təcavüzdən, bir siyasətdən danışırıq. Ona görə də Azərbaycan istər keçirdiyi beynəlxalq tədbirlər vasitəsilə, istər diplomatların oraya gəlməsi, istər Xankəndidə və Şuşada beynəlxalq turnirlərin, tədbirlərin, mədəni tədbirlərin keçirilməsi vasitəsilə həm dünyaya göstərir ki, biz dağıdılmış, məhv edilmiş ərazilərimizi bərpa edirik, həm də Ermənistanın təcavüz siyasətinin ifşa edilməsi, iç üzünün göstərilməsi baxımından bu məsələlər mühüm əhəmiyyət daşıyır”.

Mövzunun ekoloji tərəfindən danışan ekoloq Rövşən Abbasov isə bildirdi ki, işğal dövründə təkcə bizim ərazilərimiz işğal olunmayıb, həm də onların təbii resursları amansız şəkildə istismar edilib:

“Bu, xüsusilə meşə və dağ-mədən resurslarına aiddir. Mənim əlimdə özümün də faktlarım var. Məsələn, böyük ərazilərdə, xüsusilə Ağdərə rayonu ərazisində, Qubadlı-Zəngilan istiqamətində iri meşə massivləri məhv edilib. Ən bariz nümunə kimi biz Bəsitçay çinar qoruğunu göstərə bilərik. Bəsitçay çinar qoruğu 2000-dən çox yaşı olan meşələrdən ibarət idi. Çox təəssüflər olsun ki, bu ərazidə yerləşən bütün yaşlı çinar ağacları məhv edilib.

Əsasən, bu qırılma bir neçə istiqamətdə gedirdi. Birincisi, qiymətli ağacların qırılması idi. Buraya əsasən çinar və palıd ağacları aid idi. Bunlar Ermənistana daşınaraq bahalı mebel istehsalında istifadə olunurdu. İkinci istiqamət isə ağac kömürü istehsalı idi. Ağac kömürü istehsal olunur və hətta Ermənistan tərəfindən sertifikatlaşdırılmış şəkildə xarici ölkələrə, o cümlədən Rusiyaya uzun müddət ixrac edilirdi. Bir də əhalinin yanacaq ehtiyaclarının ödənilməsi adı ilə baş verən qırılmalar var idi. Bundan əlavə, qızıl yataqları ərazisində, xüsusilə Heyvalı, Canyataq və Gülyataq istiqamətlərində iri meşə massivləri məhv edilmişdi. Burada qızıl yataqları işlənirdi, çirkləndirmə hovuzları, üzr istəyirəm, buxarlanma hovuzları tikilmişdi və bu ərazilərdə çox kəskin çirklənmələr var idi”.

NURİYYƏ

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması" mövzusunda dərc olunub. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:170
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 23 Sentyabr 2026 15:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see310

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see304

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see300

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see285

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see284

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see277

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see268

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see266

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see265

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see251

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see237

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see227

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see226

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see223

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see221

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see219

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see212

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see211

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see187

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri