Icma.az
close
up
RU
“Qarabağda yeni reallıqların diplomatlar qarşısında nümayiş etdirilməsi...”

“Qarabağda yeni reallıqların diplomatlar qarşısında nümayiş etdirilməsi...”

Adelet.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Diplomatik korpusun nümayəndələrinin və Şərqi Zəngəzura səfəri Ermənistanı ciddi şəkildə narahat etdi. Əslində, nə baş verdi? Azərbaycan öz suveren ərazisində istənilən tədbirlər planını həyata keçirilməsində müstəqil və sərbəstdir. Bu tədbirdə də prioritet olaraq milli maraq, milli mənafe ön planda olaraq ədalətli şəkildə həqiqətləri dünyaya göstərməkdir”. 

Adalet.az xəbər verir ki, bunu Adalet.az-a açıqlamasında “Yeni Xətt” Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynov deyib. 

O, bildirib ki, beynəlxalq münasibətlərin tənzimlənməsində 58 ölkə, 9 beynəlxalq təşkilatın 150 nümayəndəsi ilə dinamik inkişafa nail olmaq Azərbaycanın öz haqqıdır:

“Qarabağda yeni reallıqların diplomatlar qarşısında nümayiş etdirilməsi Ermənistanın səmimiyyətsizliyinin iç üzünü açdı. Yəni Ermənistan cəmiyyətində Qarabağ məsələsinə münasibətdə hələ də həssaslığın olması əslində bu cəmiyyətin və onları təmsil edənlərin siyasi tərbiyələndirilməyə ehtiyacının bariz nümunəsidir. Ermənistan Gəncərsə və Xudavəng abidələrini erməni irsi kimi təqdim edir, lakin öz ərazisində Azərbaycan tarixi-mədəni irsini inkar edir. Bununla guya belə bir rəy formalaşdırmaq istəyir ki, Azərbaycan ərazisində tarixən yalnız ermənilər yaşayıb. Bu, tarixi saxtalaşdırmaqdan və rasist yanaşmadan başqa bir şey deyil. Onlar yəqin unudurlar ki, Azərbaycanın tarixi torpaqlarından Ermənistan dövləti yaranmışdır. Tarixə və elmə nəzər salanda, hazırkı Ermənistan ərazisində əvvəllər daha çox azərbaycanlılar olub”. 

R.Hüseynovun sözlərinə görə, lakin diplomatik korpusun nümayəndələrinə bu saxtakarlıqları üzə çıxaran faktlar, sənədlər, həqiqətlər təqdim olunandan sonra ermənilərin beynində işemik dəyişikliklər yarandı:

“Ermənilərin belə bir deyimi var “Ağız bağlıdırsa, baş rahatdır.” Məncə, bu deyimə riayət etmək onlar üçün ən ideal çıxış yoludur. Sözünün vaxtını və yerini bilməyən bu Ermənistan bilsin ki, Azərbaycan öz suveren ərazisində diplomatik səfərləri təşkil etməsi dövlətin xarici və daxili siyasət fəaliyyətinin normal hissəsidir. Hətta Azərbaycan öz milli maraqları naminə istənilən başqa ölkələr ərazisində qarşı tərəfin razılığı və beynəlxalq hüququn normalarına uyğun olaraq tədbirlər keçirə bilər. Ermənistanın bu reaksiyası bir daha göstərir ki, hələ də erməni cəmiyyətinin siyasi sağlamlaşmaya çox ciddi müalicəyə ehtiyacı var. Artıq hamıya bəllidir ki, 44 günlük Vətən müharibəsində Ermənistan uduzmağını hansı formada etiraf edib və ondan sonra yaranan yeni reallıqlar kontekstində bütün dünya suverenliyimizi tanıyır, Cənubi Qafqazda yeni reallıqlara barışıb. Zəfər ölkəsi olan Azərbaycanın o dünyanı təmsil edən nümayəndələrlə Qarabağ və Şərqi Zəngəzura səfər çərçivəsində postmünaqişə dövründə Azərbaycanın o ərazilərdə formalaşdırdığı bərpa, yenidənqurma, infrastruktur, ümumilikdə yeni reallıqların diplomatik korpusa təqdim edilməsi bizim üçün böyük əhəmiyyətə malikdir”.

Politoloqun fikrincə, bu səfər bir daha göstərir ki, Azərbaycan öz suverenliyi çərçivəsində milli maraqlarını, ərazi bütövlüyünü, dövlətçilik mövqeyini beynəlxalq hüququn prinsipləri əsasında təqdim etmək imkanına malikdir:

“Sülh prosesinin davamlı olması üçün yalnız dövlətlərarası sənədlər deyil, həm də keçmişdə qalan münaqişənin yaratdığı siyasi və ictimai düşüncə tərzinin dəyişməsi vacibdir. Biz Azərbaycan olaraq əsas prinsiplərimiz aydındır. Suverenlik yalnız hüquq anlayışı deyil, həm də dövlətin öz ərazisində beynəlxalq əlaqələr qurmaq və öz reallıqlarını dünyaya təqdim etmək hüququdur. Artıq bütün dünyaya aydındır ki, erməni saxtakarlıq məfhumunu regionda gücləndirən, inkişaf etdirən qüvvələr artıq dərk elədilər ki, bu xislətin, “ideologiyanın ” fəsadları dünya və region üçün təhlükəlidir, amma erməni cəmiyyəti hələ də onu dərk edə bilmir. Azərbaycan millətinin, dövlətinin tarixi böyükdür.Bu millətin dövlət xadimləri, alimləri, intellektual insanları çoxdur və qüdrətli olur. Bu millətin qəhrəmanları qürurlu və mərd olurlar, amma siz erməni millətinin ”qəhrəmanları” da saxta olub. Əgər sizin sərsəm ideologiyanızı sizə himayədarlıq edən ölkələr üçün lokal faydası olmasaydı, çoxdan bir dövlət olaraq varlığınızı şübhə altında olacaqdı. Bir daha yadınıza salırıq ki, bunu dərk edin: Azərbaycan ordusu və diplomatiyası sizin siyasi “ideologiyanızı” yandırıb kül etdi. O “ideologiyanın” daşıyıcılarının bir hissəsi Azərbaycan həbsxanalarında daha separatçılıqla məşğul ola bilmirlər.Son olaraq bildirirəm ki, bu yanaşma bir daha göstərir ki, gələcəkdə Azərbaycan suveren hüququndan istifadə edərək bu təhlükəli və faydasız düşüncəyə qarşı uyğun addımlar atmaq hüququnu öz əlində saxlayır. Beynəlxalq hüququn imkan verdiyi bütün vasitələrdən istifadə edərək, regionda davamlı sülhün və dayanıqlı inkişafın naminə müstəqillik haqqımızı qorumaq üçün cavab haqqından istifadə etməklə müəyyən tədbirlər planı həyata keçirilməlidir”.

Vasif ƏLİHÜSEYN

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://adalet.az
archiveBu xəbər 17 Sentyabr 2026 11:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see296

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see268

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see265

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see250

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see241

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see241

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see240

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see233

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see223

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see223

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see216

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see213

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see208

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see207

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see198

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see196

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see196

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see192

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see190

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri