Icma.az
close
up
RU
Diplomatların həyat yoldaşları üçün yeni imtiyazlar MÜƏYYƏNLƏŞİR

Diplomatların həyat yoldaşları üçün yeni imtiyazlar MÜƏYYƏNLƏŞİR

Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.

Azərbaycan Respublikasının diplomatik nümayəndəliyində və ya konsulluğunda çalışan diplomatik xidmət orqanı əməkdaşının dövlət orqanında, dövlətin adından yaradılan publik hüquqi şəxsdə, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxsdə və büdcə təşkilatında təyinatlı vəzifədə (peşədə) işləyən arvadının (ərinin) ərizəsində göstərdiyi gün onun əmək müqaviləsi ləğv edilə bilər.
Bizim.Media xəbər verir ki, bu, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Əmək Məcəlləsinin 69-cu maddəsinə əlavə olunması təklif edilən yeni - 3-1-ci hissədə əksini tapıb.
Əmək Məcəlləsinin 77-ci maddəsinə əlavə olunması təklif edilən yeni - 10-cu hissəyə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada müəssisənin ləğvi istisna olmaqla, Azərbaycan Respublikasının diplomatik nümayəndəliyində və ya konsulluğunda xidmət keçən, yaxud müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən xaricdə beynəlxalq təşkilatın orqanına işləməyə göndərilən diplomatik xidmət orqanı əməkdaşının Azərbaycan Respublikasının dövlət orqanında, dövlətin adından yaradılan publik hüquqi şəxsdə, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxsdə və büdcə təşkilatında təyinatlı vəzifədə (peşədə) işləmiş və bu Məcəllənin 69-cu maddəsinin 3-1-ci hissəsi ilə müəyyən edilmiş qaydada əmək müqaviləsinə xitam verilmiş arvadı (əri) diplomatik xidmət orqanı əməkdaşının müvafiq diplomatik nümayəndəlikdə və ya konsulluqda, yaxud xaricdə beynəlxalq təşkilatın orqanında işlədiyi müddətdə və ya bu müddət başa çatdığı tarixdən 60 (altmış) təqvim günü keçənədək əvvəlki vəzifəsini (peşəsini) tutmaq üçün müraciət etdikdə onun peşəkarlıq səviyyəsi və peşə yararlılığı yoxlanılmaqla həmin vəzifəyə (peşəyə), bu mümkün olmadıqda isə ona bərabər başqa vəzifəyə (peşəyə) təyin olunacaq.
Qeyd edilib ki, hazırda Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən diplomatik xidmət orqanı əməkdaşlarının həyat yoldaşları ailənin bir yerdə yaşaması üçün ölkəmizdəki iş yerlərini itirmək məcburiyyəti ilə qarşılaşırlar.
Əmək qanunvericiliyinə əsasən əməkdaşın həyat yoldaşına iş yeri saxlanılmaqla altı aydan artıq olmayan müddətə ödənişsiz məzuniyyət verilsə də, bu məzuniyyət mövcud problemin həllinə təsir etmir. 
Qanunvericiliklə müəyyən edilən hər hansı bir zəmanət olmadan əməkdaşın həyat yoldaşının Azərbaycandakı iş yerindən çıxaraq əməkdaşla birlikdə xaricə getməsi, əməkdaşın xidmət müddəti başa çatdıqdan sonra ölkəyə qayıdarkən onun həyat yoldaşının əvvəlki işlədiyi qurumda işlə təmin olunmasında çətinliklə üzləşməsinə səbəb olur.
 

Digər tərəfdən, xaricə işləməyə göndərilən əməkdaşın həyat yoldaşının Azərbaycandakı öz iş yerini saxlamaq məqsədilə uzun illər ərindən və ya arvadından ayrı yaşaması da onların şəxsi həyatına və ailənin möhkəmliyinə mənfi təsir göstərir, həmçinin əməkdaşın uşaqlarının ailədə valideynləri ilə birlikdə yaşamaq və tərbiyə almaq hüququnun pozulmasına səbəb olur. 


Nəzərə almaq lazımdır ki, xaricdə xidmət keçən dövr ərzində diplomatik xidmət orqanı əməkdaşlarının onlarla birlikdə yaşayan həyat yoldaşlarının öz ölkələrində iş yerlərinin saxlanılması bir çox dövlətlərin təcrübəsində artıq mövcuddur.
Öz aktuallığı ilə tənzimlənməsini tələb edən bu məsələ hazırda bəzi dövlətlərin daxili qanunvericilik aktlarında təsbit olunur. 
Beləliklə, qanun layihəsində nəzərdə tutulan dəyişikliklər nəticəsində diplomatik xidmət orqanı əməkdaşlarının xaricdə xidmətkeçmə dövründə onlarla birlikdə yaşayan həyat yoldaşlarının öz ölkələrində iş yerlərinin saxlanılması ilə bağlı mütəmadi rast gəlinən problemləri həll olunacaq, eləcə də fəaliyyətindən və həmin orqanlarda xidmətkeçmədən irəli gələn əmək, vergi, sosial sığorta, əmək pensiyası və digər məsələlərlə bağlı hüquqi normaların sahəvi qanunlarda sistemli şəkildə tənzimlənməsi təmin ediləcək.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:125
embedMənbə:https://bizim.media
archiveBu xəbər 09 Dekabr 2024 16:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

20 Oktyabr 2025 08:25see196

“Bu gün layiq olduğumuz qələbə əldə etdik”

19 Oktyabr 2025 19:14see187

AZAL da yarıtmaz idarəçilik, yoxsa... Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİDEO)

21 Oktyabr 2025 09:20see161

Rəştdən Həştərxana birbaşa uçuşlar başladı

19 Oktyabr 2025 19:10see145

Rusiya bankları İran akkreditivlərini qəbul etməyə başlayıblar

20 Oktyabr 2025 15:22see144

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

21 Oktyabr 2025 05:43see142

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see141

Ərdoğandan Şimali Kiprdə keçirilən prezident seçkilərinin ilkin nəticələrinə reaksiya

20 Oktyabr 2025 00:57see139

“Amazon”, “Snapchat” və “Zoom”da problem yarandı

20 Oktyabr 2025 14:39see135

Tramp görüşü zamanı daim Zelenskiyə söyüş söyürdü

19 Oktyabr 2025 23:19see132

Körpələrdə genetik xəstəliklərin aşkarlanması üçün ölkəyə 300 mindən çox test gətiriləcək

19 Oktyabr 2025 20:14see131

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see131

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

19 Oktyabr 2025 18:49see130

“Mən ABŞ ı təhlükəyə ata bilmərəm...”

19 Oktyabr 2025 19:18see128

Əməkdar artist Yadigar Muradovun vəziyyəti stabilləşib

19 Oktyabr 2025 18:49see128

İş adamı hava limanında həbs edildi

20 Oktyabr 2025 20:43see128

Rıbin və həyat yoldaşı öləcəkləri halda tək oğul övladlarına təlimatlar tərtib ediblər...

20 Oktyabr 2025 00:18see127

Səhər yeməyində turşu yeməyin 5 faydası

21 Oktyabr 2025 02:51see126

Oyundan sonra duş qəbul edə bilmədilər Atletiko dan UEFA ya şikayət

21 Oktyabr 2025 00:12see126

Elmar Məmmədyarovdan açıqlama: “Kimin qarın ağrısı varsa, adımı hallandırır”

19 Oktyabr 2025 21:04see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri