DİQQƏT! Bu BOKT ların adı ilə də dələduzluq başladı
Icma.az bildirir, Tribuna saytına əsaslanaraq.
Son zamanlar “azpayer.com” adlı saxta internet saytı vasitəsilə bəzi şəxslər “SF Azərbaycan BOKT” adından vətəndaşlara kredit təklif edir və bunun üçün öncədən ödəniş tələb edirlər. Halbuki “SF Azərbaycan BOKT” MMC-nin bu saytla heç bir əlaqəsi yoxdur. Bu sayt dələduzlar tərəfindən yaradılıb və məqsədi insanları aldadaraq onların maliyyə və şəxsi məlumatlarını ələ keçirməkdir.
Tribunainfo.az xəbər verir ki, bu barədə məlumatı bank mütəxəssisi Rəşad Zeyvəliyev məlumat paylaşıb. O bildirib ki, heç bir rəsmi bank və ya BOKT kredit üçün əvvəlcədən ödəniş tələb etmir:
“Kredit müraciəti üçün rəsmi kanallardan — bankın və ya BOKT-un rəsmi saytından, filiallarından və ya əlaqə nömrələrindən istifadə edin. Şəxsi və maliyyə məlumatlarınızı tanımadığınız saytlarda paylaşmayın.
Şübhəli hallarla qarşılaşdıqda dərhal hüquq-mühafizə orqanlarına və ya aidiyyəti maliyyə qurumlarına məlumat verin”.
Nigar İxtiyarqızı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 22 May 2025 12:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















