DİQQƏT: Bu gənclərə hərbi xidmətdən möhlət hüququ verilə bilər
Icma.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Dünyanın 50 ən yaxşı universitetini bitirən və ən azı üç il Ermənistanda işləyən vətəndaşlar icbari hərbi xidmətdən azad olunacaqlar. Bəs, Dünyanın aparıcı universitetlərini bitirən azərbaycanlı gənclər üçün oxşar stimulların tətbiqi müzakirə mövzusu ola bilərmi?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən hərbi ekspert Ədalət Verdiyev bildirib ki, dünyanın aparıcı universitetlərini bitirərək müəyyən müddət Azərbaycanda çalışan gənclərin müddətli hərbi xidmətdən azad edilməsi məqsədəuyğun addım ola bilər.
Onun sözlərinə görə, belə bir qərar həm gənclərin daha yüksək səviyyəli bilik və bacarıqlara yiyələnməsinə stimul verər, həm də həmin potensialın ölkə daxilində istifadə olunmasına şərait yaradar:
“Bu addım gənclərimizin daha üstün səviyyədə bilik və bacarıqlar əldə etməsinə, eləcə də həmin biliklərin ölkə daxilində tətbiqinə müsbət təsir göstərəcək.”
Ə.Verdiyev qeyd edib ki, Azərbaycanın Silahlı Qüvvələrinin komplektləşdirilməsi hazırda kifayət qədər yüksək səviyyədədir və bu kateqoriyadan olan gənclərin müddətli hərbi xidmətdən azad edilməsi ordunun döyüş qabiliyyətinə mənfi təsir göstərməyəcək:
“Belə gənclərin hərbi xidmətdən azad olunması Silahlı Qüvvələrin komplektləşdirilməsinə mənfi təsir etməyəcək. Bu baxımdan, nüfuzlu universitetlərdə təhsil alanların müddətli hərbi xidmətdən azad olunması məsələsi bizim üçün qəbul edilən qərar ola bilər.”
Hərbi ekspert əlavə edib ki, bu cür təşəbbüslərin reallaşması üçün müvafiq təkliflərin aidiyyəti dövlət qurumları tərəfindən müzakirə olunması vacibdir.
Aynurə İsmayıl
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 21 Yanvar 2026 16:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur








Günün ən çox oxunanları



















