Icma.az
close
up
RU
DİQQƏT: Bu məhsulları çox yesəniz ürək damar və böyrək xəstəliklərinə düçar olarsınız KONKRET

DİQQƏT: Bu məhsulları çox yesəniz ürək damar və böyrək xəstəliklərinə düçar olarsınız KONKRET

Icma.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Qurban bayramı ərəfəsində süfrələrin əsas qonağı olan ət yeməkləri düzgün istehlak edilmədiyi təqdirdə sağlamlıq üçün risk yarada bilər. Həkim-diyetoloqlar və qidalanma üzrə mütəxəssislər bayram günlərində balanslı və sağlam qidalanma vərdişlərinin qorunmasının vacibliyini vurğulayır”.

Bəs, qurban bayramında necə qidalanmaq lazımdır?

Fərid Səfərov

Mövzu ilə bağlı qida məsələləri üzrə ekspert Fərid Səfərov KONKRET.az-a açıqlamasında bildirib ki, həddindən artıq ət istehlakı ürək-damar, həzm və böyrək problemlərinə yol aça bilər. Gündəlik ət qəbulu 200–250 qramı keçməməlidir.

“Həzm sisteminin düzgün işləməsi üçün ət yeməkləri ilə yanaşı bol tərəvəzli və zeytun yağlı salatlar süfrələrdə yer almalıdır. Bu, həm orqanizmi yüklənmədən qoruyur, həm də vitamin və lif ehtiyacını ödəyir. Əti yağda qızartmaq əvəzinə sobada, buxarda və ya qaynadaraq bişirmək daha sağlam alternativlər sayılır. Bu üsullar yağ qəbulunu azaldaraq mədə və qaraciyərin işini yüngülləşdirir. Bayram süfrələrində şirniyyat və ət yeməklərinin bolluğu orqanizmin suya olan ehtiyacını artırır. Gündə ən az 8–10 stəkan su içmək maddələr mübadiləsinin düzgün işləməsi üçün vacib sayılır”.

Mütəxəssis qeyd edir ki, bayram günlərində təqdim olunan çoxlu şirniyyatlar şəkər yükünü artırır.

“Bu cür qidaların az miqdarda və günün erkən saatlarında qəbul olunması məsləhət görülür. Qonaqlıqlar və bol kalorili yeməklər çəki artımına səbəb ola bilər. Bu səbəbdən gündəlik yürüş və yüngül fiziki aktivlik bayram günlərində də davam etdirilməlidir. Ailə ilə birlikdə bayramı qeyd etmək, yeməkləri paylaşmaq, ehtiyac sahiblərinə qurban payı çatdırmaq və yemək israfından uzaq durmaq həm dini, həm də sosial baxımdan böyük əhəmiyyət daşıyır”.

Aynurə İsmayıl
KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://konkret.az
archiveBu xəbər 07 İyun 2025 18:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see258

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see236

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see189

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see183

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see182

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see181

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see177

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see177

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see171

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see159

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see152

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see147

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see146

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see146

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see143

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see140

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri