Icma.az
close
up
RU
Direktor müavini haqqında hökm dəyişdi: “Onu məsuliyyətdən kənarda saxlamaq üçün bütün addımlar atıldı...”

Direktor müavini haqqında hökm dəyişdi: “Onu məsuliyyətdən kənarda saxlamaq üçün bütün addımlar atıldı...”

Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

2013-2022-ci illərdə Şamaxı Şəhər İncəsənət Təhsili Mərkəzinin direktor müavini olmuş Lalə Novruzova külli miqdarda mənimsəmə ittihamı ilə 3 il 6 ay azadlıqdan məhrum edilsə də, o, özünü təqsirli bilmir. Apellyasiya şikayətində də göstərib ki, törətmədiyi əmələ görə onu cəzalandırıb, əsl günahkarları məsuliyyətdən kənarda saxlayıblar. Prokurorluq da onun haqqında hökmdən narazı qalıb. Prokurorluq onun cəzasının ağırlaşdırılmasını istəyib.

Bizimyol.info xəbər verir ki, 64 yaşlı Lalə Novruzovanın işinə baxan Sumqayıt Apellyasiya Məhkəməsi onun haqqında hökmü dəyişib. Müddət 3 il 6 aydan 5 ilə qaldırılsa da, cəzası şərti hesab edilərək azadlığa buraxılıb.

Lalə Novruzova Şamaxı Şəhər İncəsənət Təhsili Mərkəzində heç vaxt işə gəlməyən şəxslərin adlarını işçi kimi rəsmiləşdirib, onların maaşını hər ay kartdan çıxarıb mənimsəmənəkdə ittiham olunur. İttihama əsasən, bu yolla o, 46 min manatdan çox pulu mənimsəyib, 17 min manatdan çox vəsaiti israf edib.

Lalə Novruzova və vəkili apellyasiya şikayətində bildirib ki, birinci instansiya məhkəməsində - Sumqayıt Ağır Cinayətlər Məhkəməsində bu cinayət işi obyektiv və ədalətli araşdırılmayıb: “Mərkəzin Məleykə adlı təsərufat müdiri var, direktoru var. Onların əməllərinə qiymət verilməyib. Lalənin bu işləri görmək səlahiyyəti və imkanı olmayıb. Təsərufat müdiri Məleykənin adı niyəsə çəkilmir, amma Lalənin adı çəkilir. Halbuki, o, tədris məsələləri üzrə direktor müavinidir. Mənə qarşı ittiham qərəz və şəxsi mülahizələrə əsaslanır. Maddi məsul şəxs olan direktoru məsuliyyətdən kənarda saxlamaq üçün bütün addımlar atıldı”.

Lalə Novruzovanın ittiham olunduğu Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) maddəsində cəza 5 ildən başlasa da, məhkəmə ona münasibətdə Cinayət Məcəlləsinin 62-ci maddəsini tətbiq edərək, cəzanın minimum həddindən daha aşağı həddə cəza təyin edib – 3 il 6 ay. Prokuror bundan şikayət edib – 62-ci maddənin hökmdən xaric olunmasını, Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsinin sanksiyası həddində cəza təyin olunmasını istəyib.

Qeyd edək ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində dövlət ittihamçısı Lalə Novruzovaya 6 il azadlıqdan məhrumetmə cəzası verilməsini istəmişdi.

Apellyasiya məhkəməsi hökmü dəyişərək, 62-ci maddəni xaric edib, müddəti də 5 ilə qaldırıb. Lakin ona münasibətdə Cinayət Məcəlləsinin 70-ci (şərti məhkumetmə) maddəsini tətbiq edib.

Onu da qeyd edək ki, birinci instansiya məhkəməsi Lalə Novruzovaya qarşı Mədəniyyət Nazirliyinin 32 min 215 manatlıq mülki iddiasını təmin etmişdi. Bu vəsait zərərçəkmiş qismində tanınan nazirliyə ödənilməli idi. Lakin apellyasiya məhkəməsi bu hissədə də hökmü dəyişib. Zərərçəkmiş qismində tanınan nazirliyin mülki iddiası təmin olunmayıb.

Aytən, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:123
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 16 Sentyabr 2025 00:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qadın avtomobili ilə həmcinsini VURDU

18 Dekabr 2025 17:10see226

Ukraynanın NATO ya üzvlüyünə bu üç ölkə icazə vermir SİYAHI

18 Dekabr 2025 19:25see223

Ordubadda avtomobil qaz xəttinə çırpılıb, 8 minə yaxın abonent qazsız qalıb

18 Dekabr 2025 08:44see219

Burak Yılmaz 4 gün əvvəl ayrıldığı kluba qayıtdı RƏSMİ

19 Dekabr 2025 18:56see214

ABŞ ın Tayvan üçün ən böyük silah paketi təsdiqləndi

19 Dekabr 2025 00:36see203

Tərəflər kompromisə gedəcəkmi? ŞƏRH

18 Dekabr 2025 16:32see203

Elm və musiqi eyni səhnədə: NDU nun dəvəti ilə Umut Yıldız Naxçıvanda

19 Dekabr 2025 11:28see177

İlin yekunları: Azərbaycan 2025 ci ildə TikTok da kimlərdən və nədən ilham aldı

18 Dekabr 2025 11:12see173

Yuxuyozma... Yuxuda yovşan görmək haqqında Qustav Miller, Vanqa və Ziqmund Freyd nə deyib? Video

19 Dekabr 2025 00:24see165

Hikmət Babaoğlu: Ruben Vardanyanın ömürlük həbs cəzasına məhkum edilməsi çox ədalətli qərar olar

19 Dekabr 2025 20:44see163

Böyük Britaniya MN: İstəklilər Koalisiyası Ukrayna ordusunu NATO standartlarına uyğunlaşdırmaq istəyir

19 Dekabr 2025 02:17see155

bp yə yeni baş icraçı direktor təyin edildi

18 Dekabr 2025 10:11see148

Bəxti açılacaq və maaşı artacaq bürclər

19 Dekabr 2025 03:21see146

AKTA nın 2025 ci il üzrə fəaliyyətinə dair hesabat tədbiri keçirildi FOTO

18 Dekabr 2025 20:27see144

“Qarabağ” hazırda keçmiş SSRİ məkanının ən güclü komandasıdır” Rus qəzeti

18 Dekabr 2025 09:27see144

Ayça həmin mağazadan 700 min tələb edir

18 Dekabr 2025 04:01see143

40 yaşdan sonra beyin geriləməsinin əsas səbəbi

18 Dekabr 2025 16:57see141

Azərbaycanda Balıqçılıq haqqında yeni qanun qəbul olunacaq

19 Dekabr 2025 11:26see140

İnanıram ki, yaxşı formada olsam, Ayxan Abbasov məni mütləq milliyə dəvət edəcək

18 Dekabr 2025 11:31see133

Hər gün bir stəkan içən qocalmır

18 Dekabr 2025 06:06see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri