Icma.az
close
up
RU
Direktor: Regionlarda yerli istehsal gücləndirilməli və yeni ticarət obyektləri yaradılmalıdır

Direktor: Regionlarda yerli istehsal gücləndirilməli və yeni ticarət obyektləri yaradılmalıdır

Mia.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Təbriz Vəfalı: “Ticarət obyektlərinin çoxluğu rəqabət hissini gücləndirəcək, bolluq və ucuzluq yaradacaq”

Məlum olduğu kimi, hər bir dövlətin iqtisadi qüdrətinin bariz nümunələrindən biri də ərzaq təhlükəsizliyinin təmin olunmasıdır. Azərbaycan öz iqtisadi qüdrətinə görə dünyanın sayılıb-seçilən ölkələrindən biri kimi ərzaq təhlükəsizliyi məsələsini daim diqqətdə saxlayır. Hətta bununla bağlı “Azərbaycan Respublikasının ərzaq təhlükəsizliyi Proqramı” qəbul olunub. 

Uzun illərdir ki, respublikamızda ərzaq təhlükəsizliyinin təmin olunması üçün həm yerli, həm də xarici ölkələrdə istehsal olunan qida və ərzaq məhsullarına olan ehtiyac və tələbat müəyyən qədər ödənilir. Bu baxımdan, Azərbaycanda sahibkarlığın inkişafına xüsusi önəm verilir. Məhz bunun nəticəsidir ki, ölkəmizdə kifayət qədər genişçeşidli məhsul istehsalı ilə məşğul olan dövlət və özəl sahibkarlıq obyektləri fəaliyyət göstərir.

Azərbaycan İnformasiya Mərkəzinin direktoru, tanınmış tədqiqatçı-jurnalist Təbriz Vəfalı MİA.az-a bildirir ki, ərzaq təhlükəsizliyi dedikdə, həm insanın sağlam və məhsuldar həyat tərzi, həm də ərzaqla təmin edilməsi nəzərdə tutulur.

"Şübhəsiz ki, ərzaq təhlükəsizliyinin təmin olunmasında yerli qida məhsulları ilə bərabər xarici ölkələrdən idxal edilmiş məhsullar da mühüm rol oynayır", - deyən Təbriz Vəfalının sözlərinə görə, şəbəkə marketlərində əhalinin ərzaqla təmin olunması daim diqqət mərkəzində saxlanılır:

“Bu məsələ dövlət səviyyəsində həmişə önə çıxarılır. Təbii ki, ərzaqla təminedilmə məsələsi dedikdə, burada bir neçə amili nəzərə almaq lazımdır. Birinci mərhələdə, məhsulların keyfiyyətinə üstünlük verilməlidir. Çünki əhalinin sağlamlığının qorunması üçün keyfiyyət məsələsi hər şeydən öndədir. Zəruri şərtlərdən biri də ərzaq təhlükəsizliyinin təminatı məsələsində monopoliyaya yol verilməsinin qarşısının alınmasıdır. Məsələn, kəndlərdə, qəsəbələrdə və digər yaşayış massivlərində bir və ya iki ticarət obyekti fəaliyyət göstərir. Bu da əhalinin tam tələbatının ödənilməsində müəyyən problemlər yaradır. Hətta iri marketlərdə satılan eyni məhsul qeyd etdiyimiz yaşayış məkanlarında fəaliyyət göstərən mağazalarda baha qiymətə satılır. Səbəb isə ticarət obyektlərinin azlığı və rəqabətin olmaması ilə bağlıdır. Elə məkanlar var ki, orada cəmisi bir supermarket və ya mağaza fəaliyyət göstərir. Axşam saat 21.00-22.00-da bağlanan bu ticarət obyektindən gecələr istifadə etmək qeyri-mümkündür. Ona görə də, küləkli, yağışlı, qarlı və şaxtalı havalarda xeyli uzaqlıqda yerləşən marketlərə getmək yerli sakinlər üçün də ciddi problemdir. Bundan əlavə, xırda mağazalarda bəzi məhsulların olmaması, eyni məhsulun bütün çeşidlərinin təqdim edilməməsi müştəri  məmnunluğunun təmin olunmasına öz mənfi təsirini göstərir”. 

Tədqiqatçı-jurnalist vurğulayır ki, ticarət obyektlərinin çoxluğu həm bolluğun, həm də ucuzluğun olmasına şərait yaradacaq. Həmçinin marketlərin sayının çoxluğu rəqabət hissini gücləndirəcək və daha çox müştəri cəlb etmək üçün müxtəlif kampaniyaların həyata keçirilməsi mümkün olacaq: “Əgər bizim ərazidə istənilən qida məhsulu bir marketdə 2 manata satılırsa, həmin yerdə bir neçə marketin açılması nəticəsində rəqabəti gücləndirmək baxımından sözügedən məhsul 2 manatdan ucuz olacaq. Şübhəsiz ki, qiymət endirimi, endirim kampaniyalarının həyata keçirilməsi istər aztəminatlı ailələrin, istərsə də imkanlı şəxslərin maraqlarını təmin edəcək. Bu isə ərzaq təhlükəsizliyinin ən yüksək səviyyədə təminatına gətirib çıxaracaq”. 

Mərkəz rəhbəri qeyd edir ki, bolluğun və keyfiyyətli məhsul bazarının təşkili bütün ticarət obyektləri üçün əsas stimul olmalıdır. Bu stimul müştəri məmnunluğunun səviyyəsinin yüksəldilməsi ilə yanaşı, marketlərin daha çox gəlir əldə etməsinə imkan yaradır: “Dövlət rəhbərliyinin qoyduğu tələblərə uyğun olaraq, Azərbaycanda müştəri məmnunluğunun təminatı həmişə diqqətə alınmalı, bununla da ərzaq qıtlığının qarşısının davamlı alınması yönümündə çoxsaylı tədbirlər davamlı reallaşdırılmalıdır. Məsələn, bunun üçün sosioloji sorğular keçirtmək, müştərilərin arzu, istək və iradlarını öyrənmək, problemlərin həlli yollarını arayıb tapmaq və onları çözmək hər bir ticarət obyekti qarşısında dövlət əhəmiyyətli vəzifə olmalıdır”. 

Təbriz Vəfalı hesab edir ki, respublikamızın bütün bölgələrində yerli istehsalın gücləndirilməsi ilə yanaşı, yeni ticarət obyektlərinin yaradılması regionlarda xoş güzəranın, firavanlığın, bolluğun və rahatlığın birbasa təminatçısı olacaq: “Ümidvaram ki, Azərbaycan istər ərzaq təhlükəsizliyinin təminatı, istərsə də müştəri məmnunluğunun təmin olunması baxımından dünyanın ən öncül dövlətlərindən biri olaraq tarixə öz adını qızıl hərflərlə yazdıracaq”.

Samir

MİA.AZ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:104
embedMənbə:https://mia.az
archiveBu xəbər 10 İyun 2025 09:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see257

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see222

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see206

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see203

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see193

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see189

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see185

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see172

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see166

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see160

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see160

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see160

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see156

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see156

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see153

Çay saatına çox yaraşan limonlu, zəncəfilli keks

28 Yanvar 2026 07:12see144

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see143

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see138

Hava kəskin soyuyur Bu ərazilərə qar yağacaq

28 Yanvar 2026 07:13see137

İlhan Omar canlı yayımda hücuma məruz qaldı

28 Yanvar 2026 15:33see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri