Regionlarda xidmət sektoru üzrə yeni sahibkarlıq obyektləri yaradılıb
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı, 7 fevral, AZƏRTAC
Bakı, Sumqayıt, Gəncə şəhərlərində və Quba rayonunda sahibkar tərəfindən psixologiya mərkəzləri açılıb. Mərkəzlərin yaradılmasına Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən dövlət dəstəyi göstərilib.
KOBİA-dan AZƏRTAC-a bildirilib ki, agentlik tərəfindən müvafiq sahədə biznesin qurulması və inkişaf etdirilməsi üzrə sahibkara məsləhət xidməti, dövlət qurumları ilə əlaqələndirmə istiqamətlərində dəstək təmin olunub.
Mərkəzlərdə psixoloji yardım, xüsusi qayğıya ehtiyacı olan uşaqların əqli inkişafına dəstək və ailə terapiyası ilə bağlı xidmətlər göstərilir. Ümumilikdə bu mərkəzlərdə 70-dən çox işçi çalışır. Gələcəkdə işçilərin sayının artırılması nəzərdə tutulur. Sahibkar digər bölgələrdə, o cümlədən işğaldan azad edilmiş ərazilərdə də fəaliyyətini genişləndirməyi planlaşdırır.
Bölgələrdə xidmət sektoru üzrə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, bu sahədə mövcud biznesini inkişaf etdirmək istəyən sahibkarlar dövlət dəstəyi mexanizmləri barədə informasiya, məsləhət, əlaqələndirmə və digər dəstəklər üçün KOBİA-nın KOB dostu ofislərinə müraciət edə bilərlər. KOB dostlarının əlaqə vasitələri ilə linkə keçid etməklə tanış olmaq olar: https://smb.gov.az/az/nav/kob-dostu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 07 Fevral 2025 15:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















