Icma.az
close
up
RU
“Direktorun otağında görüş keçirmək etik sayılmaz” Deputatdan həmkarına SƏRT REAKSİYA

“Direktorun otağında görüş keçirmək etik sayılmaz” Deputatdan həmkarına SƏRT REAKSİYA

Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Sosial şəbəkədə gənc deputatlardan birinin orta məktəb direktorunun otağında görüş keçirməsi haqda paylaşım edilib. Bildirilib ki, o, məktəb rəhbərliyinin masasında əyləşib seçicilərini qəbul edib.
Paylaşım şəbəkə izləyiciləri tərəfindən ciddi müzakirəyə səbəb olub. Hər kəs deputatı əməlinə görə tənqid edib və bildirib ki, nə zamandan bəri məktəb rəhbərinin kabineti deputatla seçici üçün görüş otağı olub?! Bir qism isə “yəqin ona görüş üçün otaq ayrılmayıb, ona görə bu addımı atıb” deyə məsələyə reaksiya verib.
Mövzu ilə bağlı Bizim.Media-ya danışan millət vəkili Elnarə Akimova bildirib ki, rayon icra hakimiyyətlərinin başçıları adətən deputatlara seçiçilərlə görüş yeri üçün  məkan ayırır: “Mən bilmirəm burda konkret hansı deputatdan söhbət gedir. Görüş yeri üçün çətinlik çəkən kim olub. Amma onu bilirəm ki, məsələn,  Yeni Azərbaycan Partiyasından seçilən deputatlar görüşlərini YAP-ın ərazi təşkilatlarında keçirirlər. Orda hər deputata otaq ayrılır. Bu, birmənalı şəkildə YAP-ın bütün rayon təşkilatlarına şamil edilir. Məsələn, mən Sumqayıtdan seçilən deputatam. Oranın 6 deputatı var. 4 millət vəkili  Sumqayıt YAP təşkilatında yerləşmişik. Digər iki deputat da bilirəm ki, icra başçıları onları yerləşdirib.  Sumqayıt şəhərinin icra başçısı Zakir Fərəcov bitərəf deputat, həmkarım Səbinə Salmanovaya Beynəlxalq Muğam Mərkəzində rahat yer ayırıb ki, seçiciləri ilə görüşə bilsin. Digərləri isə hansı ərazinin deputatıdırsa, oranın icra başçıları da həmin ərazidən seçilən millət vəkillərinə müvafiq  dairə, ərazi ayırmalıdır,  yəqin ki də, ayırıb. Düşünmürəm ki, hansısa ərazidə deputata qarşı etinasızlıq ola bilər”.
Görüşün məktəbdə keçirilməsinə isə millət vəkili belə münasibət bildirdi:
“Bəlkə o deputat həmin məktəbə baxış üçün gedib. Biz də belə görüşlərə gedirik. Məsələn, Zeynalabdin qəsəbəsi mənim seçildiyim ərazidədir. Ona görə görüşün birini ora təyin edirəm, digərini Xəzər massivinə. Bu o demək deyil ki, seçicilərin problemlərini dinləmək üçün ora gedirəm. Ola bilər, ona da həmin məktəblə bağlı müraciət olunub və seçicilərini orda görüb. Yəni bu məsələ dəqiqləşdirilmədiyi üçün fikir bildirmək doğru deyil. Amma yox, deyilənlərin əksidirsə,  məktəbdə, xüsusilə də direktorun otağında görüş keçirilməsi doğru deyil. Hər halda deputatın özünün bir dairəsi, bir hücrəsi olmalıdır ki, gələn seçiciləri rahat şəkildə qəbul eləsin. Məktəb direktorunun otağı onun özünə aid olan bir otaqdır. Bunu düzgün saymıram.  Direktorun otağında görüş keçirmək, məncə, etik sayılmaz”.

Rəna Cumaqızı, Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:57
embedMənbə:https://bizim.media
archiveBu xəbər 03 Mart 2025 10:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see232

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see221

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see211

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see170

ChatGPT yə verilməsi qadağan edilən 8 sual SİYAHI

18 Oktyabr 2025 02:52see166

Gürcüstandan çıxarılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

18 Oktyabr 2025 20:59see158

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see156

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see145

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see144

Bakı metrosunda mübahisəli durum: gediş haqqı yenə dəyişəcək?

18 Oktyabr 2025 07:33see137

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see136

“Borussiya” yenə uduzdu

18 Oktyabr 2025 03:34see135

Tanınmış logistika şirkəti iflas etdi

18 Oktyabr 2025 03:04see134

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see133

Prezident ailəsi Vatikan bağlarında Fotolar Video

18 Oktyabr 2025 04:14see132

Dabaq xəstəliyi Qaxda da təsərrüfat sahiblərini çıxılmaz vəziyyətə saldı

18 Oktyabr 2025 01:37see131

Abakar Abakarov İstanbulda ölü tapıldı

18 Oktyabr 2025 19:41see128

Qızıl altı min dollara qədər bahalaşa bilər

18 Oktyabr 2025 15:58see126

Almaniya XİN rəhbəri: “Eurofighter”lərin Türkiyəyə göndərilməsinə müsbət baxırıq

18 Oktyabr 2025 06:28see122

Netanyahudan Rəfah keçid məntəqəsinin açılması barədə məlumata REAKSİYA

19 Oktyabr 2025 00:16see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri