Icma.az
close
up
RU
Dırnaq yemək bu xəstəlikləri yaradır Onixofagiyanın səbəbləri

Dırnaq yemək bu xəstəlikləri yaradır Onixofagiyanın səbəbləri

Saglamolun saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Onixofagiya uşaq yaşlarından başlayan, dünyada çox yayılmış zərərli vərdişlərdən biridir.

Bir çoxları bu vərdişin yalnız estetik və əsəb problemi olduğunu düşünüb, tərgitməyə tələsmir.

Medicina.az dırnaqları dişlərlə qoparıb soymağın orqanizmə zərərli təsirlərini araşdırıb.

Səbəbləri

Dırnaq yemək düşünülmədən, reflektiv hərəkət olub, daha çox gərgin vaxtlarda, beyinlə hərəkətlər arasında fikir bağlılığı itən anda, stress vaxtı baş verir. Çox zaman insan bütün dırnaqlarını yeyib bitirəndən sonra nə etdiyinin fərqinə varır.

Alimlər bildirir ki, insan dırnaqlarını yeyirsə, o an beyin hansısa problemdən  çıxış yolu axtarır, sanki neqativ hissləri " yeyir".
Zamanla bu hərəkət  "əsəb tikləri" kimi xarakter alır, nəzarət olunmur.

Sağlamlığa təsiri:

- İlk növbədə dırnaqların strukturuna təsir edib, onları əyir, barmaqlara kobudluq verir.

- Dırnaqların içi bakteriyaların artması üçün əlverişli yerdir. Çünki barmaqlar çirkli səthlərə çox toxunur.

Dırnaq dibində olan salmonella, bağırsaq çöpü, bir çox qurd yumurtaları ağız vasitəsilə həzm traktına keçir.

- Dırnaqları gəmirən dişlər, xüsusən ön dişlər emalı korlayır, dişlərin həssaslığını pozur,  dişləmi dəyişir, çeynəmədə problemlər yaradır.

- Psixoloji baxımdan dırnağını yeyənlərdə səbəbsiz təşviş, utanc, özünə qarşı dəyərsizlik, kədər xas olur.

- Onixofagiya çənə və boyun əzələlərinə təzyiq nəticəsində boyun hissədə ağrı yaradır.

- Bu adamların dırnaqlarında paronixiya adlı infeksiya, irinləmə, qızartı, şişkinlik da çox olur.

- Bu adamlarda göbələk yoluxması həmişə normadan artıq olur

Bir qrup həkimlər isə bildirir ki, dırnaq yeyənlərdə  immunitet daha möhkəm olur, çünki orqanizmə daim bakteriya, göbələk düşür və immunitetdə onlara qarşı antitel yaranır.

Xilas olmaq yolları:

Çox qadınlar bunu estetik baxımdan həll etməyə çalışır: xüsusi dırnaq boyaları, şellak, acı dadlı gellər və s.
Dırnaq yeməyi tərgitmək siqaret və alkoqol kimi çətindir, bunun üçün məqsəd və stimul olmalıdır.

Bu vərdişdən yaxa qurtarmaq üçün nevroloq, psixiatr və psixoloq dəstəyindən istifadə edə bilərsiz.

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:238
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 23:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see375

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see247

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see240

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see236

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see235

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see233

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see231

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see230

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see229

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see225

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see218

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see213

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see213

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see213

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see212

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see212

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see212

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see210

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri