Icma.az
close
up
RU
Diş göstərəcəyik ki, bütün rəqiblər də bizə hörmətlə yanaşsın Şəfa nın kapitanı

Diş göstərəcəyik ki, bütün rəqiblər də bizə hörmətlə yanaşsın Şəfa nın kapitanı

Icma.az, Sportal.az portalına istinadən məlumat yayır.

"Şəfa"nın müdafiəçisi Tərlan Quliyev Sportal.az saytına müsahibə verib.

- "Şəfa" artıq yeni mövsümün hazırlıqlarına start verib. Yeni mövsümə hazırlıq necə gedir, hər şey sizi razı salır?

- Bəli, məşqlərimiz, hazırlıqlarımız davam edir. Məncə, yavaş-yavaş komanda formalaşdıqdan sonra nəsə bir şey demək olar. İndi yeni komandayıq. Hələ adaptasiya dövrü gedir. Tanışlıq dövründə də elə kollektiv formalaşıb ki, hələ çətinlik olmayıb. Xarici və yerli futbolçular arasında da yaxşıdır.

- Komanda artıq yoxlama görüşləri də keçirilib. "İmişli"(2:2) və "Qəbələ"(1:1) ilə oynamısınız. Bu matçlardakı performansınızı bəyəndin?

- İlk oyunumuz “İmişli”yə qarşı idi. Çətin olacağını bilirdik. Çünki yeni formalaşmışq komandayıq. Çətin olması da normaldır. Yüklənmə fonunda oynamışdıq. Sonradan isə “Qəbələ” ilə qarşılaşdıq. Hazırlıq dövrüdür, yükləmə fonunda oynayırsan. Əsas odur ki, zədə olmasın. Hazırlıqlarımız davam edir.

- "Şəfa"nın transferləri davam etməkdədir, legionerlər də gəlir. Yerlilərin, şəxsən özünün oynamaq şansını necə dəyərləndirirsən? Səncə, start heyətində oynamaq imkanın olacaq?

- Qarışıq heyətimiz formalaşır. Hər mövqeyə iki oyunuçumuz olacaq. Bu da yaxşıdır. Rəqabət olacaq. Kim güclüdürsə, o da oynayacaq. Deyə bilmərəm ki, mən oynayacam, başqası, ya kim oynayacaq. Bunu demək doğru olmazdı. Hamı istəklidir, hamı çalışır ki, əsas heyətə düşsün. Bu da komandaya xeyir verən amildir.

- "Şəfa" Premyer Liqanın ilk turunda "Zirə" qarşılaşacaq. Püşkatma sizin üçün münasib olmadı? Çünki "Zirə" sizinlə oyuna qədər xeyli matç oynamış olacaq, siz isə ilk rəsmi matçınıza çıxacaqsınız. Bunun mənfi tərəfi var sizin üçün?

- "Zirə” güclü rəqibdir. Avrokuboklarda da təcrübə qazanmış bir klubdur. Orada işləyən məşqçilərdən tutmuş, oyunçulara qədər hamısı təcrübəlidir. Nəinki “Zirə”, hansı koanda düşsəydi də, çətin olacağını bildirəcəkdim. Bütün rəqiblərə qarşı ağır olacaq. Bunu dərk edirik. Hazırlaşırıq ki, döyüşək, mübarizə aparaq. O oyundan sonra bilinəcək ki, püşkatma xeyrimizə olub, yoxsa necə. Bütün rəqiblərə hörmətlə yanaşmaq borcumuzdur. Biz də diş göstərəcəyik ki, bütün rəqiblər də bizə hörmətlə yanaşsın.

- "Şəfa"nın yeni mövsüm əsas hədəfi yəqin ki, liqada qalmaq olacaq? Heyət buna imkan verəcək?

- Bəli, əsas məqsəd Premyer Liqada qalmaqdır. Mübarizə aparıb, döyüşəcəyik. Heyətimiz yeni-yeni formalaşır, yeni oyunçular gəlir. Zaman lazımdır ki, komanda adaptasiya dövrünü keçsin. Gələcəkdə nəsə fikir bildirmək olar. Məşqçilər korpusumuz da çalışır, işləyir. Əsas odur ki, komandada rəqabət var. Rəqabət olanda, hər bir futbolçuda inkişaf yaşanır. Yeni mərhələdəyik. Əlimizdən gələni edəcəyik ki, elitada qalaq. Gücümüz hara qədər çatırsa, ən yaxşı yerlərdə olaq. 

Mirbağırağa
 

saytlarin hazirlanmasi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:158
embedMənbə:https://sportal.az
archiveBu xəbər 30 İyul 2026 13:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see370

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see358

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see279

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see269

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see258

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see246

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see239

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see234

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see229

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see222

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see213

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see212

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see204

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see192

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see191

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see186

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see183

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see175

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see172

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri