Icma.az
close
up
RU
Distant iş hansı işçilərə tətbiq olunacaq? MİSALLAR

Distant iş hansı işçilərə tətbiq olunacaq? MİSALLAR

Icma.az bildirir, Banco.az portalına istinadən.

Son dövrlər həm ölkəmizdə, həm də xarici ölkələrdə məsafədən (distant) iş sisteminə keçid aktuallaşıb. Xüsusilə COVID-19 pandemiyası dövründə əksər işəgötürənlər işçilərin evdən işləməsi üçün şərait yaradılırdı.

Əmək Məcəlləsində təsdiq edilən son dəyişikliklərə qədər də bəzi işəgötürənlər distant iş rejimini tətbiq edirdilər. Lakin bu vaxta qədər Əmək Məcəlləsində distant iş rejimini birbaşa tənzimləyən ayrıca norma mövcud deyildi. Bu baxımdan, ilk növbədə Əmək Məcəlləsinin 3-cü maddəsinə əlavə edilmiş anlayışı təqdim edək:

9-2. Məsafədən (distant) iş — əmək funksiyasının məsafədən icrasına imkan verən vasitələrlə (elektron, proqram-texniki, telekommunikasiya vasitələri və s.) müəssisədən və ya fiziki şəxs olan işəgötürənin yaratdığı iş yerlərindən kənarda (işlərin görülməsi (xidmətlərin göstərilməsi) üçün münasib olan digər yerdə) yerinə yetirilməsidir.

Maddənin daha yaxşı anlaşılması üçün anlayışı hissələrə bölərək əsas məqamlara diqqət yetirək.

Birinci diqqət yetiriləsi məqam işçinin əmək funksiyasının məsafədən icrasına imkan verən vasitələrlə yerinə yetirilməsinin mümkün olmasıdır.

Misal 1. İşəgötürən qaynaqçı vəzifəsində çalışan işçiyə distant iş rejimi tətbiq edə bilməz. Çünki həmin işçi əmək funksiyasını yalnız istehsalat sahəsində, yəni iş yerində həyata keçirə bilər.

Misal 2. İşəgötürən informasiya texnologiyaları üzrə mütəxəssis olan işçinin əmək müqaviləsinə dəyişiklik edərək onun distant iş rejimində çalışmasını müəyyən edə bilər. Belə ki, həmin vəzifə üzrə əmək funksiyası elektron, proqram-texniki və telekommunikasiya vasitələri vasitəsilə məsafədən yerinə yetirilə bilər.

Misal 3. İşəgötürən mühasib vəzifəsində çalışan işçinin əmək müqaviləsinə distant iş rejimi ilə bağlı dəyişiklik edir. Dəyişikliyə əsasən, beşgünlük iş rejimində çalışan işçi həftənin çərşənbə axşamı və cümə günləri işəgötürənin iş ünvanında, həftənin digər günlərində isə evdən distant iş rejimində çalışır.

İkinci əsas məqam işçinin əmək funksiyasını yerinə yetirdiyi məkan ilə bağlıdır. Maddədə qeyd edilir ki, əmək funksiyası müəssisədən və ya fiziki şəxs olan işəgötürənin yaratdığı iş yerlərindən kənarda, yəni işlərin görülməsi (xidmətlərin göstərilməsi) üçün münasib olan digər yerdə yerinə yetirilməlidir.

Misal 4. İnsan resursları üzrə mütəxəssis vəzifəsində çalışan işçi evində əmək funksiyasını yerinə yetirərək ƏMAS altsistemi üzrə əmək müqavilələri ilə bağlı fəaliyyət həyata keçirir. Bu halda distant iş rejimində çalışan işçinin iş yeri onun yaşayış ünvanı hesab edilir.

Eyni zamanda mümkündür ki, işçi distant iş rejimində əmək funksiyasını evdən deyil, digər ünvandan həyata keçirsin.

Misal 5. Tədris mərkəzində təlimçi vəzifəsində çalışan işçi birgə iş (co-working) formasında fəaliyyət göstərən mərkəzdə həmin mərkəzin müştərilərinə təlimlər keçir. Bu zaman işçinin iş ünvanı nə Tədris Mərkəzi, nə də yaşayış ünvanıdır, bu, digər ünvan — birgə iş məkanı hesab olunur.

Bəs distant iş rejimində çalışan işçi ilə bağlı hansı şərtlər müəyyən edilə bilər? Əmək Məcəlləsinin 55-ci maddəsinə əlavə edilmiş ikinci hissəyə əsasən, əmək funksiyalarının məsafədən (distant) iş formasında yerinə yetirilməsi ilə əlaqədar əmək şəraitinin əlavə şərtləri tərəflərin qarşılıqlı razılığı ilə əmək müqaviləsində müəyyən edilir. (Vergilər.az)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:94
embedMənbə:https://banco.az
archiveBu xəbər 11 Mart 2026 18:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see825

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see327

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see310

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see296

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see278

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see268

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see245

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see243

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see196

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see195

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see192

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see190

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see190

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see190

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see189

DGK də BMW X5 in gömrük dəyəri ilə bağlı narazılıq: Vətəndaş Şahin Bağırova şikayət etdi

09 Oktyabr 2026 22:28see188

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see183

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see183

Xərçəngin müalicəsində tarixi İRƏLİLƏYİŞ: xəstələrin sağ qalma müddətini ikiqat artıran möcüzəvi həb

09 Oktyabr 2026 20:17see168

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri