Icma.az
close
up
RU
Distant təhsil məsələsində yeni yanaşma Dərslər belə keçilə bilər...

Distant təhsil məsələsində yeni yanaşma Dərslər belə keçilə bilər...

Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.

Bakıda tıxac probleminin mövcudluğu, bir sıra tədbirlərin keçirilməsi zamanı yaranan sıxlıqlar, eləcə də metroda aparılan təmir işləri ilə əlaqədar nəqliyyat xaosunun yaşanması tələbələrin gündəlik gediş-gəlişinə ciddi təsir göstərir. Belə bir şəraitdə universitetlərdə distant təhsilə keçid gündəmə gəlir. Amma məsələ burasındadır ki, Azərbaycanda distant təhsil qaydası qanunla təsdiqlənməyib və bu səbəbdən də diplomlar tanınmır. Hazırda xaricdə distant formada təhsil alan tələbələrin bir çoxu məhz bu problemlə üz-üzə qalıb.

Bəs Azərbaycanda distant təhsil niyə tanınmır və yaxın vaxtlarda bununla bağlı qanun qəbul edilə bilərmi?

Mövzu ilə bağlı "Azpolitika" ya açıqlama verən təhsil eksperti Turan Hüseynov bildirib ki, distant təhsilə yalnız bugünkü nəqliyyat problemi prizmasından baxmaq düzgün olmaz:

"Bakıda tıxacların artması, kütləvi tədbirlər zamanı hərəkətin məhdudlaşdırılması, metroda aparılan təmir işləri və digər amillər təbii ki, tələbələrin universitetə gediş-gəlişinə təsir göstərir. Amma distant təhsilin əhəmiyyəti bundan daha genişdir.

Əvvəla, distant təhsil müasir dünyada artıq alternativ və çevik təhsil modeli kimi qəbul olunur. Xüsusilə, xaricdə təhsil alan tələbələr üçün bu model dünyanın müxtəlif universitetlərinin proqramlarına, professorlarına, elektron kitabxanalarına və elmi resurslarına çıxış imkanlarını genişləndirir.

Xaricdə distant təhsilin üstünlüklərindən danışarkən bir məqamı xüsusilə vacib hesab edirəm. Tələbə yalnız diplom qazanmır, eyni zamanda fərqli ölkələrin təhsil metodları ilə tanış olur, başqa akademik mühitdə formalaşan yanaşmaları öyrənir və dünyada elmin, texnologiyanın və peşələrin hansı istiqamətdə inkişaf etdiyini görür. Bu biliklərin sonradan Azərbaycanda tətbiq olunması da ölkənin təhsil və əmək bazarının inkişafına töhfə verə bilər".

Ekspertin sözlərinə görə, burada çox ciddi bir məsələ mövcuddur:

"Xaricdə distant təhsil almaq istəyən Azərbaycan vətəndaşı əvvəlcədən həmin təhsilin Azərbaycanda tanınıb-tanınmayacağını araşdırmalıdır.

Distant təhsilin niyə bu formada tənzimləndiyi və yaxın gələcəkdə bununla bağlı hansı hüquqi dəyişikliklərin ediləcəyi məsələsində isə qanunverici tərəf olmadığım üçün konkret proqnoz verə bilmərəm. Bununla bağlı qərarı qanunverici və aidiyyəti dövlət qurumları verə bilər. Dünya təhsilində baş verənlər, top universitetlərin distant təhsilə diqqətinin artması gələcəkdə Azərbaycanda da bu problemə fərqli yanaşmanın olacağını təxmin etməyə əsas verir. Pandemiya dövründə, həmçinin müxtəlif beynəlxalq tədbirlər zamanı təhsil müəssisələrinin qısa müddətə onlayn formata keçməsi göstərdi ki, texnologiyadan yararlanmaqla təhsil prosesini davam etdirmək mümkündür.

Lakin mən bütün ixtisasların tam distant formata keçirilməsini də düzgün hesab etmirəm. Tibb, mühəndislik, bəzi texniki və praktiki ixtisaslarda tələbənin universitetdə, laboratoriyada və real iş mühitində praktiki hazırlıq keçməsi vacibdir. Ona görə də, Azərbaycan üçün daha real perspektivlərdən biri hibrid təhsil modelinin genişləndirilməsi ola bilər. Nəzəri fənlərin müəyyən hissəsi onlayn, mühazirələr və rəqəmsal resurslar vasitəsilə, praktiki və laboratoriya məşğələləri isə universitetdə təşkil edilər. Belə model həm tələbənin vaxtına qənaət edə, həm nəqliyyat yükünü azalda, həm də müasir rəqəmsal təhsil imkanlarından istifadəni genişləndirə bilər".

Ekspertə görə, əsas məsələ distant və ya hibrid təhsili sadəcə “evdən dərs keçmək” kimi qəbul etməməkdir:

"Bunun üçün keyfiyyət standartları, elektron qiymətləndirmə, akademik dürüstlük, müəllim-tələbə ünsiyyəti, praktiki hazırlıq və diplomların tanınması ilə bağlı aydın mexanizmlər yaradılmalıdır.

Mən düşünürəm ki, gələcəyin təhsili “yalnız auditoriya” və ya “yalnız onlayn” seçimi qarşısında qalmayacaq. Daha çevik, ixtisasa uyğun və lazım gəldikdə əyani ilə onlayn təhsili birləşdirən modellər daha geniş istifadə oluna bilər".

Günəş Fərəh

Azpolitika.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 23 Sentyabr 2026 15:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see547

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see309

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see299

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see298

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see292

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see273

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see269

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see269

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see255

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see252

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see240

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see240

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see238

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see235

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see233

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see233

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see230

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see221

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see221

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see221
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri